525.Az

"Forbes" Rusiya şirkətlərinin reytinqini açıqladı


 

"Forbes" Rusiya şirkətlərinin reytinqini açıqladı

“Forbes” jurnalı Rusiyanın ictimaiyyətə açıq olmayan şirkətlərinin reytinqini açıqlayıb. Jurnal yazır ki, 200 özəl şirkətin ümumi dövriyyəsi 27.5 faiz artıb və rekord göstəriciyə - 10.2 trilyon rubla çatıb.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onların arasında favoritlər iri hökumət layihələrini həyata keçirməyə yardımçı olan şirkətlərdir. Onlar yollar çəkir, boru kəmərləri inşa edir. Həmin şirkətlərlə bərabər bu müddət ərzində aqroholdinqlər, avtomobil satan və digər sahələri əhatə edən şirkətlər böyüyüb.

İlk “üçlüyə” 2011-ci ildə 433.5 milyard rubl daxilolmaları ilə Kazanın TAİF şirkəti, 333 milyard rubl gəliri ilə “Stroyqazkonsaltinq” tikinti şirkəti və 316 milyard rubl daxilolmaları ilə “Meqapolis” şirkətləri daxildir.

 





24.09.2012    çap et  çap et