525.Az

"MİRAS" Azərbaycan turizmini tanıdacaq


 

"MİRAS" Azərbaycan turizmini tanıdacaq<b style="color:red"></b>

Türkiyə Cümhuriyyətinin müxtəlif şəhərlərində turizmin inkişafına yönəlmiş tədbirlər tez-tez həyata keçirilir. Onlardan biri  - Beynəlxalq Qaradəniz Turizm sərgisi bu il fevralın 14-17-də Ordu şəhərində keçiriləcək. 525.az-ın məlumatına görə, sərginin təşkilatçıları Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Ordu Valiliyi və Türkiyə Səyahət Agentlikləri Birliyidır (TURSAB).

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin və Heritage Travel Turizm Şirkətinin nümayəndə  heyətləri həmin sərgiyə qatılmaq üçün  Ordu şəhərinə yola düşüb. Nümayəndə heyəti Azərbaycanın turizm imkanlarını, turizmin inkişafında son illərdə əldə olunmuş yenilikləri, turizmin yeni növləri ilə bağlı ölkəmizdə aparılan işləri sərgi ziyarətçilərinin diqqətinə çatdıracaqlar.

Sərgininin təşkilati işlərini üzərinə götürmüş Demar Sərgi Birliyinin baş direktoru Rəcəb Köyməndən aldığımız məlumata görə, sərgi  4 min kvadrat metr sahəsi olan Ordu Mədəniyyət Mərkəzində müxtəlif tədbirlər vasitəsilə  gerçəkləşəcək. Yerli və əcnəbi iştirakçılar öz ölkələrinin turizm məhsullarını, ötel və turizm agentliklərini nümayiş etdirməklə yanaşı, musiqi, rəqs, milli mətbəx və s. təqdim edəcəklər.

Qeyd edək ki, MİRAS İctimai Birliyinin Musiqi Qrupu da tədbirdə  çıxış edəcək.

GÜNEL

 





13.02.2013    çap et  çap et