525.Az

Açıq cəmiyyət və mətbuat


 

Açıq cəmiyyət və mətbuat  <b style="color:red"></b> Tofiq YUSİFOV 

XX əsrin sonu, XXI əsrin əvvəllərində Azərbaycanda müstəqillik, azadlıq, demokratiya dalğası ölkənin inkişafı və Qərb dəyərlərinə yanaşması ilə bərabər, KİV-in də çox sürətli tərəqqisi və cəmiyyətdə mövqelərinin möhkəmlənməsi ilə müşayiət olundu. Bu iqtisadi-siyasi, sosial–mədəni, intellektual tərəqqi isə, öz növbəsində, cəmiyyətin inkişafının yeni mərhələyə keçidi ilə nəticələndi. Ölkədə demokratiya, plüralizm, fikir və söz azadlığının əsas daşıyıcılarından biri olan media insanların cəmiyyətin idarə olunmasında iştirakını labüdləşdirdi, onları ölkənin taleyüklü məsələlərində daha məsuliyyətli və fəal olmağa səfərbər etdi. İnsanlarda ölkə, Vətən, xalq üçün, onun taleyi üçün bir sahiblik, bir məsuliyyət hissi yaranmağa başladı. Bu yeni dalğa ölkədə prinsip və keyfiyyətcə yeni bir prosesin – açıq cəmiyyət quruculuğunun ilk cücərtiləri, simptomları idi. Kütləvi informasiya vasitələri – qəzetlər, jurnallar, teleradio proqramları, sənədli kinofilmlər və kütləvi informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr – cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Onların fəaliyyəti cəmiyyətdə baş verən reallıqlara münasibət formalaşdırır, ictimai-siyasi təsir göstərir. KİV təkcə informasiya ilə kifayətlənmir, o həm də yeniliklərə şərh verir, ayrı-ayrı ideyaları, təlimləri, siyasi proqramları təbliğ və təşviq edir.

KİV insanlarda ictimai fikirlər, inam və sosial fəallıq formalaşdırmaqla, onları müəyyən fəaliyyətə istiqamətləndirir. İnformasiyaların əsas mənbəyi, daşıyıcısı “dördüncü hakimiyyət” adlanan, çağdaş dünyamızda özündən əvvəlki hakimiyyət qolları ilə, demək olar, eyni səviyyədə dayanan və onlara sağlam opponentlik edən kütləvi informasiya vasitələri, qısa deyilsə, mediadır. Cəmiyyətin inkişafında uzaq keçmişdən mətbuat öz sözünü demiş, müasir dövrdə isə KİV ictimai həyatın ayrılmaz mexanizminə çevrilmişdir. XX əsrin ortalarından “informasiyalı cəmiyyət” anlayışının meydana çıxması da bu proseslərlə bağlıdır və məhz informasiyalı cəmiyyət tədricən formalaşaraq müasir sivilizasiyada özünə vətəndaşlıq hüququ qazanmışdır. Bu inkişaf isə, həm də kütləvi informasiya vasitələri, bütövlükdə jurnalistika ilə bağlıdır. Belə bir cəmiyyətdə vətəndaşların informasiya almaq hüququ cəmiyyətin və dövlətin demokratik göstəricisi kimi qəbul olunur. Demokratik, hüquqi cəmiyyətdə hər bir vətəndaş dünyada və ölkədə baş verən proseslər barədə məlumatlanmaq üçün hüquqi cəhətdən zəmanət verilən azadlıqlara malikdir. Aşkarlıq və demokratiya kütləvi informasiya vasitələri olmadan nəinki reallaşdırıla, heç təsəvvür belə edilə bilməz. Ona görə də, “bəşəriyyət demokratiyanın yolunu açıq, informasiyalı cəmiyyətdən almışdır”  və “Demokratik əsaslarla fəaliyyət göstərən ölkədə jurnalistikanın inkişafı insanın informasiya hüququnu təmin edən açıq cəmiyyətə aparır” söyləyən mətbuat nəzəriyyəçiləri tamamilə haqlıdırlar. 

Açıq cəmiyyət elə bir ictimai mühitdir və belə bir fakta əsaslanır ki, heç kim həqiqət üzərində mütləq monopoliyaya malik deyildir, müxtəlif adamların müxtəlif nəzər- nöqtələri ola bilər, ayrı-ayrı qurumlar insan hüquqlarını mütləq müdafiə etməlidirlər, bütün insanlara sərbəst və əmin-amanlıq şəraitində yaşamaq imkanı verilməlidir. Ümumilikdə, açıq cəmiyyət qanunun aliliyini, demokratik yolla seçilmiş hökumətin varlığını, müxtəlif təbəqələrin olmasını qəbul edən, ictimai azlıqlara və onların hüquqlarına hörmətlə yanaşan bir cəmiyyət kimi xarakterizə olunur.  KİV-in bu dövrdə konstruktiv rolu, əsasən, açıq cəmiyyət azadlıqlarının əldə edilməsindən və saxlanılmasından ibarətdir. İnformasiya plüralizmi, informasiya məkanının tam prinsipial açıqlığı, KİV-in dövlət təsirinin hüdüdlarından kənarda da geniş yayılması açıq cəmiyyətin formalaşmasının əsas və aparıcı şərtidir. Bu cəmiyyətin prinsiplərinə görə, demokratik hökumət onu tənqid edənləri, müəyyən əks mülahizə yürüdənləri nəzarətdə saxlamamalı və məzəmmət etməməlidir. Demokratiya yeni ideya, məlumat, fikir və düşüncələri qeyri-adi, qeyri- məhdud axından qidalanan vətəndaşların enerjisi hesabına çiçəklənir. Vətəndaşları hökumətin təzyiqindən qorumaq üçün hökumətin təklifləri qanunverici orqanda qanun şəklinə salınmalı, KİV vasitəsi ilə ictimaiyyətin müzakirəsinə verilməli, ictimai nəzarət təmin edilməlidir. Neçə onilliklər öncə açıq cəmiyyət ideyası mücərrəd fikir, fantastik mülahizə təsiri bağışlaya bilərdi. Lakin qloballaşma dövrünün coşqun proseslərini, son 40- 50 ildə dünyada baş verən əhəmiyyətli dəyişiklikləri nəzərə alsaq, açıq cəmiyyətin qanunlarının çox qısa zaman kəsiyində ictimai- siyasi münasibətlərdə və bütövlükdə cəmiyyətdə aparıcı vasitəyə çevriləcəyi şübhə doğurmamalıdır. İnformasiya–kommunikasiya texnologiyalarının günbəgün deyil, saatbasaat inkişaf etməsi, dünyada demokratik proseslərin dönməz xarakter alması, sivilizasiyanın modernləşməyə meyli bütün bəşəriyyətin üzünün tərəqqiyə və açıq cəmiyyətə çevrilməsindən xəbər verir. Məhz bu səbəbdən də “Azərbaycanda açıq cəmiyyətin formalaşmasında mətbuatın rolu (1991-2004-cü illər)” mövzusu ciddi aktuallıq kəsb edir. Araşdırmanın  məqsədi Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə baş verən mütərəqqi meylləri, demokratik prosesləri, vətəndaş və açıq cəmiyyət quruculuğu səylərinin tarixini, mətbuatın bu inkişafa pozitiv təsiri və ideoloji təminatı məsələlərini öyrənməkdir. Dünyada açıq cəmiyyət quruculuğunun əsas prinsiplərinin bərqərar olduğu ölkələrin keçdiyi inkişaf tarixinin Azərbaycan reallıqları ilə müqayisəli araşdırılması, ölkəmizin Qərb dəyərlərinə inteqrasiyası problemləri, mənəvi inkişaf, insan hüquq və azadlıqlarının cəmiyyətimizdə bərqərar olması məsələləri tədqiqatın prioritet istiqamətini təşkil edir.

Qloballaşma şəraitində Azərbaycanın açıq cəmiyyət quruculuğuna qədəm qoyması faktının strateji nəticələrini proqnozlaşdırmaq, mətbuatın ölkə üçün bu taleyüklü inkişaf mərhələsində maarifçilik, təşkilatçılıq və aşkarlıq , şəffaflıq vasitəsi kimi rolunun fövqəladə şəkildə artması müstəvisində fəaliyyət prinsiplərini araşdırmaq başlıca məqsəd kimi qarşıya qoyulmuşdur.  Burada əsas tədqiqat obyekti 1991-2004-cü illəri əhatə edən müasir Azərbaycan mətbuatıdır. Əsasən, “Azərbaycan”, “525-ci qəzet”, “Zerkalo”(“Ayna”), “Yeni Azərbaycan”, “Yeni Müsavat” qəzetlərinin materialları, həmçinin digər elmi, bədii və publisistik nümunələr üzrə sözügedən zaman kəsiyində ölkədə yeni cəmiyyət quruculuğu, demokratik proseslər, müstəqillik illərinin mürəkkəb keçid mərhələsində ictimai şüurun, dövlətçiliyin qorunması və milli ideologiyanın formalaşması səylərinə mətbuatın sanballı köməyi və təsiri konkret faktlarla göstərilir. Burada açıq cəmiyyət quruculuğu məsələlərinin son dövrdə istər dünyada, istərsə də Azərbaycanda kifayət qədər geniş maraq kəsb etməsi, onun mahiyyət və əsas prinsipləri ilə bağlı polemikaların daim ictimai həyatda, siyasi və sosial kuluarlarda yer alması, ölkədə yeni cəmiyyətin təşəkkülünün günün reallığına çevrilməsi faktı əsas götürülərək ictimai həyatın ruporu olan mətbuatın bu problemlərə yanaşma formaları ətraflı şəkildə tədqiq olunmuşdur.  Araşdırmada həm açıq cəmiyyətin tələbləri nöqteyi-nəzərindən daha sivil və demokratik ölkələrin təcrübəsi, həm də , eyni zamanda, bu təcrübəni gündəlik fəaliyyətlərində tətbiq etmiş və maraqlı, legitim nəticələr qazanmış KİV-in publisistik materialları tədqiqat obyekti olmuşdur.  Müəllifin qələmə aldığı mövzunun nəzəri və metodoloji əsasında açıq cəmiyyətin formalaşması prosesində misilsiz xidmətləri olan, demokratiyanın ayrılmaz atributuna çevrilən, “dördüncü hakimiyyət” kimi dəyərləndirilən mətbuatın milli ənənələri, müasir fəaliyyət prinsipləri, dünya təcrübəsinin tarixi və müasir meyllərinin analoji aspektləri ilə müqayisəli şəkildə təhlili dayanır. Nəzəri konsepsiyalar və siyasi, fəlsəfi, publisistik aspektlərə tarixilik baxımından yanaşma mövzunun araşdırma üzrə məqsəd və nəticələrinin əsas prinsiplərini təşkil edir. Bu zaman bir sıra maraqlı, orijinal nəzəri fikirlər irəli sürülür və əsaslandırılır. Araşdırmada göstərilir ki, açıq cəmiyyət quruculuğu konsepsiyası və bu prosesin reallaşmasında mətbuatın rolu tarixi ciddi araşdırma mövzusu kimi ötən əsrdən tədqiq edilməyə başlamışdır. “Açıq cəmiyyət” anlayışı ilk dəfə olaraq fransız filosofu Anri Berqsonun (1859 – 1941) 1932- ci ildə yazmış olduğu “Mənəviyyat və dinin iki mənbəyi” kitabında özünə geniş yer almışdır. A.Berqson sözügedən kitabda bir-birinə tam əks mövqedə dayanan “açıq cəmiyyət “ və “qapalı cəmiyyət” fəlsəfi kateqoriyalarını geniş elmi –siyasi leksikona daxil etmişdir. Lakin A. Berqsonun sözügedən əsərində “açıq cəmiyyət”, “qapalı cəmiyyət” anlayışları sırf dini – fəlsəfi məna yükünə  malikdir və ictimai həyatın digər sahələrini əhatə etmir.

Bu anlayışlar yalnız Böyük Britaniya alimi Karl Popperin 1945-ci ildə işıq üzü görmüş “Açıq cəmiyyət və onun düşmənləri” kitabından sonra geniş şöhrət qazanmışdır. Bu ikicildlik kitabda K.Popper açıq cəmiyyət ideyasını özünün elmi səmərəlilik fəlsəfəsi ilə birləşdirərək mükəmməl bir elmi – siyasi istiqamətin əsasını qoymuş oldu. Məhz bu aspektdən açıq cəmiyyət ideyası media tərəfindən ötən əsrin ortalarından sonra daha intensiv şəkildə öyrənilməyə başlandı. Həmin dövrdə- 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində Şərqi Avropada, eləcə də keçmiş SSRİ məkanında baş verən demokratik proseslər və milli – azadlıq hərəkatları nəticəsində açıq cəmiyyət quruculuğu prosesi ən aktual və strateji cəhətdən ən cəlbedici istiqamətə çevrildi. Bu dövrdə açıq cəmiyyətin mahiyyəti, perspektivləri və problemləri ilə bağlı istər Qərb, istər rus, istərsə də Azərbaycan məkanında kifayət qədər ciddi araşdırmalara başlandı. Hazırda bu publisistik, elmi və fəlsəfi araşdırmalar ABŞ, Böyük Britaniya, Rusiya, Norveç, Almaniya, Fransa kimi ölkələrin sahə elmi mərkəzlərinin tədqiqatlarının əsas profilini təşkil edir.  Azərbaycanda açıq cəmiyyətin formalaşması prosesində milli kütləvi informasiya vasitələrinin rolunun araşdırılması ölkəmizdə sözügedən sahədə ilk cəhddir. Çağdaş Azərbaycan jurnalistikası tarixində demokratik inkişafın, vətəndaş cəmiyyətinin ən yüksək fazası olan açıq cəmiyyətin formalaşmasına mətbuatın təsiri mövzusu ilə bağlı indiyə kimi fundamental, kompleks araşdırmaya rast gəlmək qeyri-mümkündür. Bu sahəyə yaxın mövzularda müəyyən mülahizələr səslənsə, yazılar dərc olunsa da, həmin materiallarda mövzunun bütövlükdə elmi-publisistik həlli deyil, ayrı-ayrı aspektləri barədə fikirlər irəli sürülmüşdür. Bu araşdırmada mətbuatın ölkədə gedən quruculuq proseslərinə təsiri, cəmiyyətin bu quruculuq səylərini dərindən qavraması və dəstəkləməsi, cəmiyyətlə dövlət arasında münasibətlərin sivil qaydada tənzimlənməsində onun yeri və rolu elmi və praktik şəkildə əsaslandırılmışdır. 

 

Müasir cəmiyyətdə mətbu proseslərin sürətli inkişafı bir sıra amillərlə bağlıdır bu inkişaf özünün məntiqi nəticələrini meydana çıxarır. Tərəqqidə olan ictimai-siyasi formasiyanın, konkret cəmiyyətin lokomotivi elmi-texniki inqilab, yeni ictimai münasibətlərin yaranması ilə reallaşan, evalyusiyanın danılmaz atributuna çevrilən informasiyadır. Məhz informasiya axınının intensivləşməsi, planetin ən fərqli ictimai-siyasi mühitində, eləcə kommersiya dünyasında bu əmtəəyə sonsuz maraq onu sivilizasiyanın taleyini müəyyən edəcək, bəlkə dəyişəcək səviyyəyə qaldırır.

İnformasiyanın əsas daşıyıcısı olan media üçün isə söz mətbuat azadlığı demokratik inkişafın ən başlıca istiqamətidir. Azad söz azad mətbuat cəmiyyətdə aşkarlığın demokratik prinsiplərin bərqərar olmasında aparıcı rol oynamaqla yanaşı, demokratiyanı səciyyələndirən əsas amillərdən sayılır. Ayrı-ayrı ölkələrdə demokratiyanın səviyyəsini dəyərləndirərkən bu iki kriteriya hökmən nəzərə alınır, çünki mətbuat azadlığı elə cəmiyyətin azadlığının göstəricilərindən biridir.

Bəs açıq cəmiyyət nədir özündə hansı qanunauyğunluq prinsipləri ehtiva edir? Bu cəmiyyətin formalaşması üçün hansı şərtlərin olması zəruridir?

Açıq cəmiyyət elə bir cəmiyyətdir ki, elə bir fakta əsaslanır ki, heç kim həqiqət üzərində mütləq monopoliyaya malik deyildir, müxtəlif adamların müxtəlif nəzərnöqtələri ola bilər, ayrı-ayrı qurumlar insan hüquqlarını mütləq müdafiə etməlidir, bütün insanlara sərbəst əmin-amanlıq şəraitində yaşamaq imkanı verilməlidir. Buradan da aydın olur ki, debatlar açıq cəmiyyətin ilkin şərtlərindən biri, ayrılmaz hissəsidir. Bu qənaət müasir rus dünya mətbuat nəzəriyyəçilərinin əsərlərində dəfələrlə bu ya digər formada öz təsdiqini tapmaqdadır . Ümumilikdə  isə açıq cəmiyyət qanunun aliliyini, demokratik yolla seçilmiş hökumətin varlığını, orada müxtəlif cəmiyyətlərin olmasını qəbul edən, ictimai azlıqlara onların hüquqlarına hörmət edən bir cəmiyyət kimi xarakterizə olunur.

Açıq cəmiyyətanlayışı özünün yaranması populyarlıq qazanması üçün ilk növbədə fransız filosofu Anri Berqsona minnətdar olmalıdır. “İntuitivizmhəyat fəlsəfəsicərəyanlarının qatı tərəfdarı olan A. Berqson hələ 1932- ci ildə yazmış olduğuMənəviyyat dinin iki mənbəyikitabında bir-birinə tam əks mövqedə dayananaçıq cəmiyyətqapalı cəmiyyətfəlsəfi kateqoriyalarını müasir elmisiyasi müstəviyə, daha konkret olaraq isə, sosial həyata daxil etmişdir.

Lakin A. Berqsonun sözügedən əsərindəaçıq cəmiyyətanlayışı yalnız dinifəlsəfi məna daşıyır ictimai həyatın digər sahələrinə tətbiq olunmur. Başqa sözlə deyilsə, bu kateqoriya sözügedən kitabda dini məzmun kontekstindən araşdırılır.

Avstriya mənşəli Böyük Britaniya alimi Karl Popperin 1945-ci ildə işıq üzü görmüş məşhurAçıq cəmiyyət onun düşmənlərikitabından sonra açıq cəmiyyət araşdırmaları geniş şöhrət qazandı. Bu ikicildlik kitabda açıq cəmiyyət fəlsəfəsini özünün elmi səmərəlilik fəlsəfəsi ilə birləşdirən Popper iddia edir ki, “gələcək bizdən asılıldır bizə heç bir tarixi zərurət təzyiq göstərmir”, “obyektiv tarixi prosesi öyrənməkləyaratdıqları nəzəriyyə əsasında gələcəkdən xəbər verənrəmmallarən azı səhv edirlər. Digər məqamda isə tarixilik əleyhdarı israr edir ki, “ gələcəyi qabaqcadan görmək olmaz, lakin onu kəşf etmək olar.” Belə fəlsəfə insanı həm öz nəzəriyyələrinin real həyata uyğunluğuna nəzarət etməyə, həm fəal həyat mövqeyi tutmağa, konkret hərəkətlərə, xoşbəxt gələcəyə doğru təklikdə konkret addımlar atmağa sövq edir.

Məhz buna görə Popper 5-7 il üçün nəzərdə tutulan qlobal planların əleyhinə çıxış edir. Popper hesab edir ki, kiçik addımlarla hərəkət etmək lokal eksperimentlərdən təcrübə toplamaq lazımdır. Belə siyasəti o, “sosial mühəndislikadlandırır. Sosial mühəndislik tərəfdarları hesab edirlər ki, siyasətin elmi əsasını ictimai institutları bizim məqsəd arzularımıza uyğun olaraq qurmaq ya dəyişmək üçün zəruri olan informasiyanın toplanması təşkil edir.

Karl Popper kimdir?

Ser Karl Popper elmi fəlsəfə, siyasi nəzəriyyə sosiologiya sahəsində böyük xidmətləri ilə məşhurlaşmışdır. K. Popperin Debatlar Klubu məhz onun şərəfinə belə adlandırılmışdır. Qeyd edildiyi kimi, 1945-ci ildə yazdığıAçıq cəmiyyət onun düşmənlərikitabı ilə Popper açıq cəmiyyət ideyasını məşhurlaşdırmışdır ki, bu anlayış da fəlsəfə, məntiq, iqtisadiyyat, politologiya, filologiya jurnalistika elmlərinə güclü təsir göstərmişdir.

Karl Popper 1902-ci ildə Avstriyada anadan olmuş, təhsilini Vyana Universitetində almış 1928-ci ildə elə orada ona bakalavr dərəcəsi verilmişdir. 1930-cu ilin sonlarında Karl Popper Yeni Zelandiyanın Kaystçers Universitetində dərs demək üçün Vyananı tərk edir.

1946- ildə onu London İqtisadiyyat Məktəbində dərs demək üçün Böyük Britaniyaya dəvət edirlər. Burada o, məntiq elmi metod üzrə professor elmi dərəcəsi alır.

1972-ci ildə Popperə zadəgan titulu (ser) verilir on ildən sonra isə o, Böyük Britaniyanın Fəxri Ordeninə layiq görülür. Karl Popper Kral Cəmiyyətinin, Britaniya Akademiyasının, Amerika Elm İncəsənət Akademiyasının, həmçinin bir sıra milli beynəlxalq Akademiyaların üzvü seçilmişdir.

1994- ilin iyununda K.Popper Praqada Mərkəzi Avropa Universitetində mühazirələrlə çıxış edir. Bu universiteti o, sabiq Sovet İttifaqı Şərqi Avropada açıq cəmiyyət ideyalarını aşılayacaq intellektual bir mərkəz kimi təsis etmişdi.

Açıq cəmiyyət onun düşmənlərikitabından başqa K. PopperElmi kəşfin məntiqi”, “Tarixçiliyin kasıblığı”, “Gümanlar təkziblər”, “Obyektiv biliklər”, “Realizm elmin məqsədi”, “Açıq kainat s. kimi geniş şöhrət qazanmış əsərlərin müəllifidir.

Karl Popper 1994- ilin sentyabrında vəfat etmişdir.

 Popperin anlamında açıq cəmiyyət tamamilə demokratikdir. Bu cəmiyyət qeyriməhdud kapitalizm deyildir, eyni zamanda, onun kökündə marksizm ya anarxizm dayanmır: o, demokratiyanın müstəqil, ayrıca variantıdır.

 

Görkəmli publisist Ə.Ağayev 1899-cu ildəŞərqdə jurnalistikaya bir nəzəradlı məqaləsində yazırdı: “...Şərq xalqları arasında dövri mətbuatın yayılmasına uzun müddət mane olmuş hələ onun inkişafına mane olan digər səbəb - müsəlman xalqları arasında hər hansı tənzimləyici bağlılığın olmamasıdır. Məlum olduğu kimi, gündəlik ya dövri mətbuat yalnız o yerdə mümkündür ki, orada fərdin cəmiyyətə ya hakimiyyətə münasibətdə hüquq vəzifələri az-çox dəqiq müəyyən edilsin, vətəndaşların əmlakı azadlığı qanunla qorunsun, bir sözlə, həyat qaydaları sarsılmaz təmələ arxalansın. Lakin o yerdə ki, özbaşınalıq ya hərc-mərclikdir, ümumi tənzimləyici təməl yoxdur, hər şey təsadüfdən ya kimlərinsə istəyindən asılıdır, - orada mətbuata yer yoxdur” .

Azərbaycanda milli-azadlıq hərəkatının başlandığı 1988-ci ildə , şübhəsiz, xalqı birləşdirən başlıca vəsilələrdən biri, bəlkə ən birincisi məhz mətbuat idi. Həmin ildən başlayaraq Qarabağa Xalq Yardımı Komitəsinin orqanı olanAzərbaycanqəzetində, həmçininMeydan”, “Azadlıq”, “Ayna” (Zerkalo), “Yeni Müsavat”, “Aydınlıq”, “Səhər”, “Həyat”, daha sonra isə “525-ci qəzet”, “Hürriyyət”, “Səs”, “İki sahil”, “Yeni Azərbaycan digər mətbuat orqanlarında dərc olunmuş analitik yazılar, ölkənin gələcəyi üçün narahatlıq hissi ən əsası, bu nəşrlərin bir çoxu üçün xarakterik olan vətəndaşlıq mövqeyi onları kütlənin obyektiv informasiya mənbəyinə çevirdi. Bununla da sanki möcüzə baş verdi: hələ öz müstəqilliyini elan etməmiş respublikanın dünənə qədər cəmiyyətin arxasınca güclə sürünən mətbuatı tədricən geniş xalq kütlələrini inandıran, onları öz arxasınca aparan güc mərkəzinə, avanqard quruma çevrilməyə başladı.

Ölkə mətbuatı bu ərəfədə Qarabağ uğrunda gedən ümumxalq mübarizəsində, qanlı 20 Yanvar hadiəsələrinə etiraz aksiyalarında, ölkəni müstəqilliyə doğru aparan yolun bələdçiliyində demokratik qüvvələrin, haqq işinin müdafiəçilərinin sırasında oldu. Beləliklə, ölkə mətbuatı passiv seyrçi mövqeyindən cəmiyyətin bütün təbəqələrinə bacarıqla nüfuz edən nüfuzlu ictimai qüvvəyə - sözün əsl mənasında, “dördüncü hakimiyyətə çevrildi.

Demokratik dəyişikliklərin, aşkarlığın, plüralizmin, insan haqlarının dönməz müdafiəçisi kimi tanınan, cəmiyyətdə baş verən bütün taleyüklü prob-lemlərə cəsarətlə nüfuz edən ölkə mətbuatının gücü ilə artıq ayrı-ayrı məmurlar deyil, hətta iqtidar müxalifət hesablaşmalı olurdu. Mətbuatın təsiredici gücünün ilk dalğasını cəmiyyət 1992-ci ildəsınaqdankeçirmiş oldu.

 Müstəqilliyimizin ilk dövrlərində gedən prosesləri təsəvvür etmək üçün 1992-ci ildə baş vermiş bir hadisə ilə bağlı jurnalistlərin ölkə başçısına ünvan-landıqları müraciəti həmin müraciətə cavabı diqqətə çatdırmaq yerinə  düşərdi.Respublikanın 38 qəzet informasiya agentliyi rəhbərinin Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyə göndərdiyi məktubda bildirilirdi ki, 1992-ci il oktyabrın 1- Azərbaycan Respublikasının daxili işlər naziri İ. Həmidov öz mühafizəçiləri ilə birlikdəAynaqəzeti redaksiyasına gəlib qəzetin əməkdaşı Cahangir Hüseynovu döymüş, ləyaqətini alçaltmışdır.

İ.Həmidov bu zorakılığıAynaqəzetindəRealİnformasiya Agentliyinin verdiyi materialın dərc olunması ilə əsaslandırmağa çalışmışdır. Məktubda bildirilirdi ki, bundan qabaq nazir jurnalist Mahal İsmayıloğluna da kobudluq göstərmiş, ancaq Milli Məclisin bu hadisəyə laqeyd münasibəti jurnalistlərin öz həmkarlarını zəif mudafiə etməsi nəticəsində hadisə prinsipial mövqedən qiymətləndirilməmişdir.

Dövlət aparatında məsul vəzifələrdə işləyib, nazirin özbaşınalıqlarınadözümlümünasibət göstərən şəxslərin əslində bu cür hadisələrin təkrar-lanmasına, qanunsuzluğun baş alıb getməsinə şərait yaratması xüsusi qeyd edilmişdi.”Azadlıq”, “Azərbaycan”, “Azerbaydjan”,  Azərbaycan dün-yası”, “Azərinform”, “Axtarış”, “And”, “Açıq söz”, “Ayna”, “Biznes”, “Bakı”, “Bakinski raboçiy”, “Birja”, “Vətən”, “Vışka”, “İstiqlal”, “ İki sahil”, “İncəsənət”, “Kəndin səsi”, “Millət”, “Müstəqil qəzet”, “Müxalifət”, “Nax-çıvan”, “Odlar Yurdu”, “Ordu”, “Svoboda”, “Səhər”, “Səs”, “Savalan”, “Tək səbir”, “Femida”, “Ülfət”, “Xalq qəzeti”, “Şimali Azərbaycanqəzetlərinin, “Real”, “Turan”, “Xəbər servis”, “Xəbərlərinformasiya agentliklərinin rəhbərlərinin imzalıdığı müraciətdə deyilirdi: “Oktyabrın 2- etiraz əlaməti olaraqAzərbaycannəşriyyatının qarşısına toplaşmış jurnalistlərə Bakı şəhər Dİİ-nin rəis müavini Əli Əliyevin nalayiq söyüşlərlə göstərdiyi kobudluq, televiziya operatorlarının zorla polis avtomobilinə basılması da nazir İ.Həmidovun zorakılıqlarının məntiqi davamıdır.

Vətəndaşları hər cür zorakılıqdan məhz özü qorumalı olan DİN get-gedə zorakılıq aparatına, qanunsuzluq mücəssəməsinə çevrilirHadisələrin bu cür inkişafı Azərbaycanın demokratik dövlət quruculuğu yolunda olması haqqında beynəlxalq aləmdə təzəcə yaranmaqda olan rəyə sarsıdıcı zərbə vuracaq.”

Bəri başdan haşiyə çıxaraq qeyd edək ki, media kapitanlarıjurnalistlərin öz həmkarlarını zəif mudafiə etməsiməsələsində, yumşaq deyilsə, bir qədər qeyri-obyektivliyə, şişirtməyə yol vermişlər. 1992-ci il sentyabrın 14-dən ölkə Milli Məclisinin qərarı ilə öz nəşriniAzərbaycanqəzeti kimi davam etdirənHəyatqəzetinin həmin il 24 sentyabr tarixli nömrəsində Ş. Çobanoğlu E. Vəliyevin imzaları ilə çıxanİ.Həmidov Mahal İsmayıloğlunu döyübmü?” başlıqlı məqaləsində bu məsələyə kifayət qədər kəskin münasibət bildirilmişdi. Müəlliflər bu məqalədə həmin il sentyabrın 21-Aydınlıqqəzetinin əməkdaşı M. İsmayıloğlunun ölkənin daxili işlər naziri İ. Həmidov tərəfindən döyülməsinin birmənalı şəkildə pisləmiş bu addımın demokratiya ilə bir araya sığmadığını xüsusi vurğulamışlar.

Daha sonra, son vaxtlar ölkədə sabitliyin yaradılması, çoxsaylı qanunsuz silahlı qrupların zərərsizləşdirilməsi, Azərbaycanın maddi sərvətlərinin talanmasının qarşısının alınması yolunda DİN-nin şəxsən İ. Həmidovun böyük əməyinin olduğunu vurğulayan müraciət iştirakçıları cəmiyyətin sağlamlığı üçün çəkilən heç bir əməyin həmin cəmiyyətin üzvlərinə qarşı zor işlətmək hüququ vermədiyini bildirmişlər.

Müraciəti imzalayanlar - KİV təmsilçiləri Azərbaycan prezidentinə müraciətlə ümid edirdilər ki, nazir İ. Həmidovun qanunu kobudcasına pozan hərəkətlərinə prinsipial qiymət veriləcəkdir. Həmin dövrdə, əslində, heç kəsi saya almayan, “hər şeyə qadirbir nazirlə bağlı ölkə prezidentinə faktiki olaraq ultimatum verən yeni müstəqil mətbuatın heç bir yaşı da yox idi!  Amma bu müraciətdə qədər məntiq, qədər cəsarət uzaqgörənlik, ən əsası, demokrtiya elementləri var idi!

Bu cür çox cəsarətli müraciətə, fəal vətəndaşlıq mövqeyinə cavab ver-məmək, hətta gənc bir ölkənin təcrübəsiz başçısı üçün arzuolunmaz idi elə sabahısı gün mətbuatda o vaxtkı ölkə başçısı Ə. Elçibəyin cavab məktubu* dərc olundu. Məktubda deyilirdi: “…Son günlər respublikanın daxili işlər naziri İsgəndər bəy HəmidovlaAydınlıqAynaqəzetlərinin əməkdaşları arasında olan münaqişə ilə bağlı müraciətinizi diqqətlə oxudum. Belə hesab edirəm ki, demokratik Azərbaycanın sabahı üçün haqlı narahatlıq həyəcan ifadə olunub. Xalq hərəkatının ayrılmaz hissəsi olan demokratik mətbuatın keçmiş rejimin devrilməsində müstəsna xidmətləri olduğu kimi, demokratik dövlət quruculuğunda da rolu əvəzsizdir.

İndi xalqın sabaha inamı xeyli dərəcədə azad, demokratik mətbuatdan asılıdır. Mətbuatda obyektiv tənqid nəinki lazımdır, hətta vacibdir. Əlbəttə, bu, çoxlarının xoşuna gəlməyə bilər. Lakin biz demokratik cəmiyyətə məhz bu yolla getməliyik. Unutmayaq ki, sözə yalnız sözlə qalib gəlmək olar. Bu baxımdan son günlər ayrı-ayrı mətbuat nümayəndələrinə olan təzyiqlərə qarşı sizin həmrəyliyinizi alqışlayıram belə hesab edirəm ki, bu birliyin özü demokratiyanın tədricən həyatımıza daxil olduğuna sübutdur.

 Bəzi vətəndaşların respublika rəhbərlərinin ayrı-ayrı qəzetlərə iradı  ilə razılaşmamaq olmaz. Doğrudan da, bəzi qəzetlər tez-tez jurnalist etikasını pozur, obyektiv tənqid əvəzinə şəxsiyyəti təhqir edir, böhtanlar atır. Demokratik cəmiyyətdə bu da yolverilməzdir. Lakin bu, hər hansı yazıya görə fiziki mənəvi təhqirlərə səbəb olmamalıdır. Belə hallara heç cur bəraət qazandırmaq olmaz. Münasibətlərin aydınlaşdırılması üçün yalnız qanunun gücündən istifadə etmək lazımdır”.

İ. Həmidovu dolayı yolla müdafiə etmək məcburiyyəti qarşısında qalan haqlı olaraq gənc mətbuatın nöqsanlarını da sadalayan Ə. Elçibəy daha sonra yazırdı: “ ...Bütün bunlara baxmayaraq, prezident kimi mən sizinlə tamamilə şərikəm ki, belə məsul vəzifədə çalışan bir şəxsin bu cür hərəkəti qətiyyən yolverilməzdir.

Bu məsələ ilə bağlı Azərbaycanda demokratiyanın təhlükə altında olmasından ehtiyat edənlərə bildirmək istəyirəm ki, bundan sonra da respub-likamızda demokratiyanın, o cümlədən mətbuat azadlığı insan hüquqlarının qorunmasının təminatçısı kimi çıxış edəcəyəm. Bugünkü şəraitdə yalnız fikir müxtəlifliyi cəmiyyətin inkişafı üçün əsas hərəkətverici qüvvə ola bilər...”

Bir sıra neqativ məqamlara şərh vermədən əsas diqqəti müraciətin ümumi ruhuna yönəltdikdə, burada olayla bağlı ölkə başçısının, cəmiyyətin, onların timsalında mətbuatın ağır təpkisini hiss etməmək qeyri - mümkündür. Ə. Elçibəyin cavab məktubunda medianın böyük imkanları, demokratik mövqeyi cəmiyyətə böyük təsir elementlərini duymamaq olmur.

Bu hadisə, bəlkə cəmiyyətin mediaya münasibəti sahəsində əhəmiyyətli bir dönüşün, sonsuz etibarın əsasını qoydu. Müraciətdən dərhal sonra İ.Həmidovun adları sadalanan jurnalistlərlə görüşüb üzrxahlıq etməsi, mətbuata ehtiramını bildirməsi belə ölkə başçısının onun qəbahətini öz adıyla adlandırmasının qarşısını ala bilmədi. Bu, bir daha sübut etdi ki, azad mətbuat ölkədə gedən demokratik proseslərin barometridir o, vətəndaş cəmiyyətini öz arxasınca aparmaq missiyasını yerinə yetirməyə məhkumdur. Beləliklə, yeni müstəqil KİV Azərbaycanda açıq cəmiyyətin formalaşması prosesinin əsasını qoyan ən zəruri amillərdən biri oldu.

Qeyd edilənləri ümumiləşdirərək müasir reallıqları nəzərə alaraq, -təndaş cəmiyyətini təxminən bu şəkildə xarakterizə etmək olar:

Vətəndaş cəmiyyəti

 a) əmək vasitəsi ilə öz fərdlərinin tələbatını təmin edən müəyyən inkişaf mərhələsində olan insanların birlik formasıdır.

b) fərdlərin könüllü formalaşmış ilkin birliklərinin - ailə, kooperasiyalar

(peşə, yaradıcılıq, idman, etnik, milli, dini s.) birliklər (siyasi partiyalar, həmkarlar ittifaqları ) kompleksidir.

c) cəmiyyətdə qeyri - dövlət münasibətlərinin (iqtisadi, sosial, mədəni, mənəvi, əxlaqi, milli, dini s.) məcmusudur.

ç) dövlət hakimiyyəti tərəfindən fəaliyyətlərinə birbaşa müdaxiləyə bu fəaliyyətlərin özbaşına reqlamentləşdirilməsinə qanunla yol verilməyən azad fərdlərin onların birliklərinin təzahür sahəsidir.

Vətəndaş cəmiyyətinin bütün bu elementləri sıx inteqrasiya olunub, bir-birindən asılı vəziyyətdə və qarşılıqlı əlaqədədir. Eyni zamanda, vətəndaş cəmiyyətini dövlətlə tamamilə əlaqəsi olmayan bir sistem kimi təsvir etmək düzgün olmazdı. Belə ki, demokratik dövlətdə siyasi plüralizm və çoxpartiyalılıq şəraitində seçkilər yolu ilə hakimiyyətə gəlmiş partiya, belə demək olar ki, vətəndaş cəmiyyəti sistemindən dövlət münasibətləri sisteminə keçir.

Beləliklə, vətəndaş cəmiyyəti dövlətdən uzaqlaşmır, əksinə, dövlətin siyasətini istiqamətləndirir. Vətəndaş cəmiyyəti siyasi demokratiyanın fundamentini, özülünü təşkil edir. Bütün bunlardan sonra, qarşıya kifayət qədər məntiqi bir sual çıxır: bəs, vətəndaş, açıq cəmiyyətlərin alternativi, əksi olan “qapalı cəmiyyətlər” hansı xarakterik xüsusiyyətlərə malik olur? Karl Popper irəlidə adını çəkdiyimiz və sonralar da istinad edəcəyimiz “Açıq cəmiyyət və onun düşmənləri” kitabında yazır:

“Maqik, qəbilə və kollektiv cəmiyyətləri biz qapalı cəmiyyətlər, ayrı-ayrı fərdlərin şəxsi qərarlar qəbul etməyə məcbur olduqları cəmiyyətləri isə açıq cəmiyyətlər adlandırırıq.” Bu cəmiyyətlər arasında mövcud olan ayrı-ayrı fərqlərin və əksliklərin geniş spektri aşağıdakılardır: * Qapalı cəmiyyətdə insan müəyyən ənənələrə, stereotiplərə sadiq qalan və onları göz bəbəyi kimi qoruyan kollektivlərə kor-koranə tabe olaraq fəaliyyət göstərir. Açıq cəmiyyətdə də insanın fəaliyyəti müəyyən normalar, qanunlar ilə məhdudlaşır, lakin bu qanunlar ona hansı formada hərəkət etməyi əmr etmir, əksinə, onlar vətəndaşa seçim azadlığı bəxş edir. Bu kanonlar ona sərbəst şəkildə müəyyən məqsəd uğrunda özünün münasib bildiyi həll yollarını seçmək və tətbiq etmək fürsəti verir.   

* Qapalı cəmiyyət insanlara təşəbbüs və qabiliyyətlərini nümayiş etdirmək imkanı yaratmır. Açıq cəmiyyətdə isə insana səmərəli düşünmək, yaratmaq, qurmaq və yenilik tətbiq etmək üçün hüquq və real imkanlar verilir. * Açıq cəmiyyətə xas olan rəqabət onun sürətli inkişafına, yenilənməsinə şərait yaradır. Qapalı cəmiyyət isə durğunluq vəziyyətində olduğu üçün, əksinə, az hərəkətli və inersiyaya meyllidir. * Qapalı cəmiyyətdə çox sərt repressiv sosial və siyasi nəzarət mövcuddur. Qəbul olunmuş  normalara uyğun gəlməyən bütün hərəkətlərin qarşısı alınır, bu hərəkəti etmiş insanlar isə cəzalandırılır. Açıq cəmiyyətdə isə qadağa yalnız sosial cəhətdən təhlükəli olan, insanlara ziyan gətirən və s. hərəkətlərə qoyulur. Burada insanlar öz narazılıqlarını qrup halında bildirə, istədikləri vaxt iş yerini dəyişə, dini icmadan çıxa, istədikləri ictimai – siyasi təşkilata daxil ola bilərlər: bir sözlə, onun ictimai maraqlarına uyğun gələn istənilən sosial müstəvini seçə bilərlər.

* Qapalı cəmiyyətdə dəyişilməsinə və ya ona qarşı çıxmasına yasaq qoyulmuş müəyyən dəyərlər sistemindən ibarət ideoloji və dini monizm mövcuddur. Açıq cəmiyyətdə isə plüralizm hakimdir. Bu cəmiyyətdə həmişə müxtəlif ideoloji, dini cərəyanlar və mədəniyyətlər təmsil olunur. Ən əsası isə, burada şəxsiyyət azadlığı, insan hüququnun dövlətin qanunları ilə ilə müqayisədə prioriteti, başqa sözlə deyilsə, liberal dəyərlərə – insanları təşəbbüslərə, şəxsi məsuliyyətə, tolerantlığa və bu gün ayrı əqidəyə və baxışlara malik olan insanlara qarşı dözümlülüyə istiqamətləndirən prinsiplər dominantlıq təşkil edir. Açıq cəmiyyətin əsas parametrləri bəlli idi və göründüyü kimi, yenicə müstəqillik əldə etmiş bir ölkənin kifayət qədər gənc və müəyyən mənada təcrübəsiz mətbuatının yeni cəmiyyət quruculuğu səyləri nə qədər zəngin və ardıcıl idi. Həmin dövrün mətbuatının səhifələrində bu faktı təsdiqləyən kifayət qədər dəlillərə – qəzet çıxışlarına rast gəlmək mümkündür.

... Bəlkə də ötən əsrin ortalarında açıq cəmiyyət ideyası təəccüb, gözlənilməz təsir bağışlaya bilərdi, lakin müasir dövrün mürəkkəb proseslərini, son illərdə dünyada baş verən dinamik inkişafı nəzərə alsaq, açıq cəmiyyətin qanunlarının çox qısa zaman kəsiyində ictimai – siyasi münasibətlərdə və bütövlükdə cəmiyyətdə aparıcı vasitəyə çevriləcəyi heç kəsdə şübhə doğurmur. İnformasiya – kommunikasiya texnologiyalarının daim inkişafı, dünyada demokratik proseslərin dönməz xarakter alması, sivilizasiyanın modernləşməyə meyli bütün bəşəriyyətin total tərəqqiyə və açıq cəmiyyətə birmənalı şəkildə çox böyük dəyər verməsi və diqqət yetirməsi qənaəti yaradır.  Beləliklə, Azərbaycanın 1991-ci ildə müstəqillik qazanması və sivil dünyaya inteqrasiya yolunu tutması bir sıra məqamlarla yanaşı, azad mətbuatın yaranması və çox sürətli inkişafı ilə nəticələndi. Demokratik dəyərlərin, insan haqlarının keşiyində dayanan, cəmiyyətin maariflənməsi, məlumatlanması və əylənməsi funksiyalarını dinamik şəkildə reallaşdıran ölkə mediası qısa zaman kəsiyində xalq arasında, belə demək mümkündürsə, söz, iş və nüfuz sahibinə çevrildi. KİV-in bu səyləri cəmiyyət tərəfindən pozitiv qarşılandı və ümumən xalqda mətbu sözün kəsərinə və sanbalına gerçək bir inam yarandı. Elə müstəqilliyimizin ilk illərindən başlayaraq ölkə mediası Azərbaycanın çoxşaxəli fəaliyyətinin ön sıralarında oldu və sonda cəmiyyətin əsas təbəqələrini də öz arxasınca aparmağı bacardı.  Azərbaycan mətbuatının tarixi xidmətlərindən biri də müstəqilliyimizin ilk illərindən tutduğu yola sadiqlik, ölkənin problem və qayğılarını özününküləşdirərək, yeni həyat, cəmiyyət quruculuğu uğrunda mücadilənin ön sıralarında addımlaması və insanlarda bu yolun doğruluğuna, dönməzliyinə möhkəm, sarsılmaz inam yaratması idi. Azərbaycan mediasının sözügedən fəaliyyəti onu açıq cəmiyyət quruculuğu iştirakçısından bu istiqamət üzrə strateji tərəfdaşa, ayrılmaz tərkib hissəsinə, əsas istiqamətləndirici qoluna və nəhayət, təminatçısına çevirdi. Ölkədə  digər təsisatlarla yanaşı, azad, müstəqil mətbuatın ictimai rəyi sərbəst şəki

ldə əks etdirməsi və bununla da vətəndaş cəmiyyətinin, açıq cəmiyyətin formalaşması üçün münbit şərait yaratmaq funksiyasını yerinə yetirməsi prosesi başlandı.  Azərbaycanda demokratiya və mətbuat azadlığının zəruriliyini şərtləndirən tarixi şəraitin yaranması  1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti Dövlət Müstəqilliyi aktını qəbul etdi. Bu zaman cəmiyyətdə qələbə eyforiyasından daha çox məsuliyyət hissindən doğan bir çaşqınlıq və qeyri-müəyyənlik hökm sürürdü. Toplum çox təbii olaraq bir neçə təbəqəyə parçalanmışdı: bu təbəqələrin ikisi isə özünü çox açıq formada büruzə verirdi. Bunlar mühafizəkarlar və yeni siyasi şəraitin yaratdığı liberal və demokratik dəyərlərin tərəfdarları idi. Bu tendensiya özünü KİV-lərin fəaliyyətində də bariz şəkildə göstərirdi.

Məsələn, 1993-cü il fevral ayının 13-də “Azərbaycan” qəzetinin 29 saylı nömrəsində N.Səfərov soyadlı müəllif açıq cəmiyyət quruculuğunun başlıca şərti olan çoxpartiyalılığın təməl prinsipləri sadalayır, ABŞ, Fransa, İtaliya, İspaniya və s. kimi ölkələrdə onların qeydiyyatı, təşkili mexanizmindən bəhs edirdi. Həmin qəzetin 1993-cü il 4 mart tarixli 37-ci sayında isə Ə.Mustafanın yazıçı Ə.Əylisli ilə “Qəzetlərdə onun-bunun üstünə axıdılan söz çirkabı demokratiyanı gözdən sala bilər” sərlövhəli müsahibəsində isə ölkədə həmin dövrdə gedən proseslər, cəmiyyətin qütbləşməsi, köhnəliklə yeniliyin mətbuat səhifələrinə yol tapması problemi araşdırılırdı. Bu dəyişikliklər, əslində, qlobal proseslərin başlanğıcı idi və istər mühafizəkarlar, istərsə də cəmiyyətin inkişafının demokratik və liberal dəyərlər əsasında inkişafına ümid bəsləyənləri çətin imtahan qarşısında qoymuşdu. Akademik R. Mehdiyev “Azərbaycan” qəzetinin 18 fevral 2003-cü il tarixli sayında fransız filosofu O. Kontdan iqtibas gətirərərək yazırdı:
 
“...Bizim ən qorxulu xəstəliyimiz həyatın bütün əsas məsələlərinə münasibətdə beyinlərdə dərin fikir ayrılığının olmasıdır, halbuki bu məsələlərə səbatlı münasibət, sosial qayda-qanunun birinci şərtidir”. Günlər keçdikcə, totalitar rejimin demontajı dönməz xarakter aldıqca, yeni-yeni demokratik institutlar yarandıqca, vətəndaş cəmiyyətinin, açıq cəmiyyətin konturları daha aydın şəkildə görünməyə başlayırdı. Çoxpartiyalı sistem, plüralizm, aşkarlıq, söz və mətbuat azadlığı, insanların öz iradələrini azad şəkildə ifadə etmək cəhdləri sosial – siyasi müstəvidə özünə getdikcə daha intensiv şəkildə yer alırdı. Bütün ölkələr kimi, Azərbaycan da o dövrdə çox ağır, əzablı və mürəkkəb keçid dövrünü yaşayırdı. Azərbaycanı Avropa inkişaf yoluna istiqamətləndirmək, sivil dünyaya inteqrasiya üçün çox böyük səylər tələb olunurdu. Bu proses KİV-in fəaliyyətində özünü daha qabarıq şəkildə göstərirdi. Mətbuatın texniki bazası çox dözülməz vəziyyətdə idi. Jurnalistlər ağır şəraitdə, müxtəlif təpki, çətinlik və məhrumiyyət şəraitində işləyirdilər. Lakin bununla belə, ölkə əhalisinin mətbuata inamı və etibarı günü-gündən artırdı, insanlar yeni həyat quruculuğu prosesinin ilk addımlarını, ilk uğur və problemlərini məhz mətbuat səhifələrindən öyrənirdilər. Azərbaycan həmin dövrdə böyük hadisələr ərəfəsində idi. Qapalı cəmiyyətdən qurtulmuş, lakin yeni ictimai-siyasi formasiyaya qədəm qoymamış ölkənin açıq cəmiyyətdən, vətəndaş cəmiyyəti quruculuğundan başqa yolu qalmamışdı. İstənilən hərəkət geriyə – qapalı cəmiyyətə qayıdış demək idi. Tarixi, siyasi, ictimai və sosial vəziyyətin dəyişməsi geriyə yolu qeyri-mümkün etmişdi. Azərbaycan mətbuatı öz gerçək müstəqilliyinə yalnız 1993-cü ildə, ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra nail oldu.

“H.Əliyevin hakimiyyətə gəlişindən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başladı. Vətəndaş müharibəsinin qarşısı alındı, Ermənistanla atəşkəs sazişi əldə edildi. Cəbhədən gənclərin meyitlərinin gəlməsi dayandı. Demokratikləşmə prosesi başlandı. Demokratik əsaslarla prezident və parlament seçkiləri keçirildi, yeni Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq nüfuzu addım-addım möhkəmlənməyə başladı”. 1996-cı ildə Kölndə Almaniyanın iş adamları qarşısında çıxış edən H.Əliyev deyirdi:

“Beş il bundan öncə ölkəmiz dövlət müstəqilliyini əldə edibdir. Bütün bu illər Azərbaycan üçün çox mürəkkəb və çətin olubdur. Bilirsiniz ki, keçmişdə Sovet İttifaqına mənsub olan bütün ölkələr indi keçid dövrünü yaşayırlar. Onların hamısı, demək olar, eyni problemlərlə qarşılaşırlar, hamısında iqtisadiyyatın, sosial sahənin, yenidən qurulması və dövlət quruculuğu prosesləri gedir. Bu proseslər Azərbaycan üçün də xarakterikdir və şübhəsiz bu, bizim iqtisadi və sosial həyatımızda, ölkəmizin bütün başqa sahələrində vəziyyəti çətinləşdirir. Ancaq Azərbaycan xalqının başı mürtəce amillərə də qarışmışdır.

Bilirsiniz ki, ölkəmiz Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıbdır. Bu təcavüzün nəticəsində Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, həmin torpaqlardan Azərbaycanın 1 milyondan çox sakini qovulmuş və onlardan bir çoxu indi çadırlarda dözülməz şəraitdə yaşayırlar. Şübhəsiz, bütün bunlar Azərbaycanda həyatı olduqca çətinləşdirir”.

Azərbaycanın zorla sürükləndiyi, 1987-ci ilin sonlarından başlayıb, 1991-1994- illərdə şiddətlənərək öz zirvəsinə çatdığı Dağlıq Qarabağ problemi ölkənin, eləcə mətbuatın dinamik inkişafının qarşısına böyük sədd çəkdi. Yalançı yenidənqurma, Qorbaçovsayağı demokratiya bütövlükdə ölkəmizdə demokratiyanın təməl prinsiplərinə, insan haqlarına sivil proseslərə kölgə saldı. Yenidənqurma demokratiya pərdəsi altında Azərbaycanın başına gətirilən fəlakətlər milli azadlıq hərəkatıni, istiqlal mübarizəsini şiddətləndirsə , 20 Yanvar 1990- il faciəsi, eləcə zorla cəlb olunduğumuz Qarabağ müharibəsinin nəticələrinə beynəlxalq rezonans, dünyanın baş verən proseslərə ikili standartlardan yanaşması Azərbaycan cəmiyyətinin yaddaşında ağrılı izlər buraxdı. 

Həmin dövrlərdə Azərbaycan mətbuatı cəmiyyəti irticaya, qəsbkarlığa fərqli standartlara münasibət məsələsində, ölkənin taleyi həll olunan ölüm-dirim savaşında heyrətediləcək heç vaxt görünməmiş birlik yekdillik nümayiş etdirirdi.

Bir faktı qeyd etmək çox fəxarətli diqqətəlayiqdir ki, bu oyanma prosesinin, yeni həyat quruculuğu mücadiləsinin ön sıralarında cəmiyyətin bütün qabaqcıl nümayəndələri, strukturları ilə bərabər yenə Azərbaycan mediası, ölkə jurnalistləri gedirdilər. Ölkə KİV-i suverenliyimizin ilk illərindən Qafqaz regionunda öz müstəqilliyi demokratikiyi ilə xüsusi fərqlənirdi.

Hələ 1994- ildəAzərbaycanqəzeti mətbuatın ölkənin taleyində işti-rakından yazarkən çox haqlı olaraq göstərirdi ki, “... millətin millət kimi formalaşmasında mətbuatın rolu həqiqətən əvəzsizdir... XX yüzilliyin sonunda ən böyük nailiyyətlərimizdən biri xalq hərəkatı ilə paralel şəkildə azad müstəqil mətbuatın formalaşması oldu.

Xatırladaq ki, həmin dövrdə aylıq, həftəlik qəzetlər daxil olmaqla ölkədə 282 qəzet çıxırdı. 41 jurnal, 14 informasiya agentliyi, 18 müstəqil televiziya radio şirkəti isə təkrar qeydiyyatdan keçərək öz fəaliyyətini uğurla davam etdirirdi.

Ölkənin taleyüklü günlərində məhz ölkəmizin kütləvi informasiya vasitələri hakimiyyət strukturları ilə çiyin-çiyinə yeni demokratik quruluş uğrunda, plüralizm insan haqlarının bərqərar olması yolunda dönmədən məqsədyönlü mübarizə aparırdı.

Bütün bu reallıqlar bir daha sübut edirdi ki, ölkədə azad mətbuat müstəqilliyimizin ilk illərindən mövcud olmuşdur, mövcuddur heç bir qüvvə onun qarşısını kəsmək iqtidarında deyildir. Bu gün hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə gedən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin, açıq cəmiyyətin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmaqdadır. Azərbaycanda Qərb standartlarına cavab verən kütləvi informasiya vasitələrinin mövcudluğu məhz bu reallığın nəticəsi kimi qiymətləndirilə bilər.

Faktiki olaraq bu gün Azərbaycanda mətbuatın dövlət tənzimlənməsindən imtina edilib. Təcrübə göstərir ki, mətbuatın ictimai tənzimlənməsinə özünütənzimlənməyə, mətbuat-dövlət, mətbuat-vətəndaş münasibətlərinin sivil, demokratik yolla tənzimlənməsinə həmişə ehtiyac var. Eyni zamanda, ölkədə müasir, beynəlxalq standartlara cavab verən, peşəkar, qərəzsiz, obyektiv mətbuatın formalaşması güclənməsi istiqamətində gedir. Elektron KİV-lərə nəzarət edən onların fəaliyyətini tənzimləyən dövlət orqanı yaradılıb fəaliyyət göstərir. Amma bütün bu görülən işlərə, dövlətin göstərdiyi ciddi kömək yardımlara baxmayaraq, bir sıra problemlər öz həllini gözləyir.

Şübhəsiz, bu gün Azərbaycan mətbuatının ən böyük problemləri qəzetlərin qütbləşməsi, bəzi mətbuat orqanlarının siyasi dairələrin nəzarətində olması, müstəqil maliyyələşmənin istənilən səviyyədə olmamasıdır.

Azərbaycanda çağdaş mətbuatın problem əhəmiyyətini hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov , fikrimizcə, obyektiv şəkildə göstərmiş, açıq cəmiyyət quruculuğu prosesində mətbuatın roluna düzgün qiymət verə bilmişdir: “...Beləliklə, sizlər sözün yaxşı mənasında insanları özünüzdən asılı vəziyyətə salmısınız. Bütün bunlar onu göstərir ki, cəmiyyətdə KİV-in rolu getdikcə artır. Demokratik açıq cəmiyyətin həyatı üçün isə KİV-in əhəmiyyətinin dərəcədə böyük olduğu tamamilə aydındır. Açıq cəmiyyət qurmaq yalnız o halda mümkün olur ki, insanlar cəmiyyətin həyatının bütün sahələrini özündə əks etdirən informasiyaları operativ şəkildə əldə edə bilsinlər. Bunsuz açıq cəmiyyət yaratmaq mümkün deyil”.

Demokratik prinsiplərə əməl etməyi qarşısına məqsəd qoymuş Azərbaycan iqtidarı ölkənin hüquqi dövlət quruculuğu prosesinin sürətlənməsi üçün lazımi ideoloji təşkilati yaradıcılıq mühiti yaradır. Belə şəraitin formalaşmasında isə kütləvi informasiya vasitələri çox güclü bir demokratiya institutu rolunu oynayırlar.

Müasir Azərbaycan demokratik inkişaf yolundadır bunu ən qatı şəkkaklar da birmənalı şəkildə təsdiqləyər heç kəs inkar edə bilməz ki, ölkəmizdə demokratik norma prinsiplərin bərqərar olmasının ən başlıca səbəbkarı ideya daşıyıcısı məhz media, kütləvi informasiya vasitələridir. qədər paradoksal da olsa, hazırda ölkəmizdə demokratiyanın səviyyəsi bir çox hallarda kütləvi informasiya vasitələrinin inkişafı ictimai həyatda sanbalı ilə qiymətləndirilir.

Onu da xüsusi vurğulamaq lazımdır ki, sadalanan bütün proseslər yalnız yalnız qlobal nəzarət şəraitində reallaşa fəaliyyət göstərə bilər. İctimai nəzarətin əsas vasitəsi, əlbəttə ki, azad kütləvi informasiya vasitələridir. KİV-in konstruktiv rolu açıq cəmiyyət azadlıqlarının əldə edilməsindən saxlanılmasından ibarətdir. İnformasiya plüralizmi, informasiya məkanının tam prinsipial açıqlığı, KİV-in dövlət təsirinin hüdudlarından kənarda geniş yayılması açıq cəmiyyətin formalaşmasının əsas aparıcı şərtidir.

Bütün bu proseslərin inkişaf dinamikasını izlədikcə, orada mətbuatın səfərbəredici gücünü, dövlətin mətbuata diqqət qayğısını xalqın KİV-ə bəslədiyi inamı görməmək hiss etməmək olmur. Mətbuatın senzuradan azad edilməsi, onun inkişafı üçün tədbirlərin görülməsi, KİV-in normal fəaliyyəti üçün süni əngəllərin aradan qaldırılması, ölkədə demokratik mühitin bərqərar olması, bütövlükdə media sahəsində yeni tarixi şəraitin başlanmasına dəlalət edirdi.

 

Açıq cəmiyyət - qloballaşmadövrünün reallığıdır

   

İnformasiyalı cəmiyyətin bərqərar olması, demokratik inkişafın vacib şərti sayılan, vətəndaşların sosial institutların məlumat almaq, onu yaymaq istifadə etmək kimi hüquqlarını təmin edən mühitin yaradılması üçün zəmin hazırlayır. Demokratik idarəetmə forması fikrin azad ifadə olunmasını tələb edir. Bunsuz vətəndaşların ictimai siyasi həyatda iştirakı üçün vacib olan informasiyanı əldə etmək mümkün deyildir. İnformasiya daşıyıcısı yayıcısı kimi mətbuat, kütləvi informasiya vasitələri əsl demokratik, vətəndaş cəmiyyəti quruculuğunun başlıca şərtlərindən biridir.

Müasir qloballaşma dövründə məhz mətbuatın uzunmüddətli gərgin səyləri nəticəsində informasiya cəmiyyətdə əsas strateji resursa çevrilmişdir informasiya məkanının sahəsi genişlənməkdə, rolu isə getdikcə artmaqdadır. İnformasiya sahəsi informasiyanı, informasiyanın infrastrukturunu, informasiyanın toplanılması, formalaşdırılması, yayılması istifadəsini, həmçinin bu zaman ortaya çıxan ictimai münasibətlər sisteminin tənzimlənməsi subyektlərini özündə cəmləyir.

Əsasən azad, qərəzsiz peşəkar mətbuatın məhsulu olan dürüst informasiya cəmiyyətin həyatında önəmli bir amil olaraq ölkənin siyasi, iqtisadi, müdafiə s. kimi əsas təhlükəsizliklərinin vəziyyətinə fəal təsir göstərir.

Xüsusilə iqtisadiyyatda informasiyanın yaranması, hazırlanması istehlakı istiqamətində mövcud proses vasitələri əhatə edən yeni ictimai istehsal sahəsi yaranmışdır getdikcə mətbuatın da şəksiz köməyi ilə bu sahə əhalinin daha geniş təbəqələrini əhatə etməkdədir. İnformasiya cəmiyyətinin formalaşması informasiyalaşdırma prosesi ilə müşayiət olunur. Bu proses zamanı insan fəaliyyətinin bütün sahələrində yeni texnologiya vasitələr fəal şəkildə tətbiq edilir bütün bunlar deməyə əsas verir ki, informasiyalaşdırma bəşəriyyətin inkişafında həqiqətən həlledici rol oynamaqdadır informasiya cəmiyyətindən - mətbuatdan, daha dəqiq deyilsə, internet jurnalistikasından praktiki olaraqyaxa qurtarmaqmümkün deyildir.

Hələ 1991-ci ildə rus mətbuatı artıq qapalılıq dövrünün arxada qaldığını irəlidə bizi çox önəmli hadisələrin gözlədiyini nəzərdə tutaraq yazırdı: “ Bu gün artıq hansısa təcrid olunmuş, qapalı cəmiyyətlərin mövcudluğu qeyri-mümkündür. Bütün dünya yeni informasiya birliyinin astanasındadır. Biz bunu anlamalı bu fakta müvafiq hərəkət etməliyik”.

Müasir informasiya münasibətlərinin proseslərinin durmadan inkişafı informasiya sahəsində yeni münasibətlər sisteminin -mətbuatda, bütövlükdə ictimai həyatın bütün sahələrində informasiya təhlüksizliyinin təminatı sisteminin, informasiya hüququnun yaranmasını tələb edir. Müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında demokratik cəmiyyətin, hüquqi dövlətin əsaslarının yaradıldığı bir şəraitdə bu sahədə müəyyən addımlar atılmış, qanunvericilik aktları digər hüquqi aktlar qəbul edilmişdir. Mətbuatda informasiya münasibətləri hüquqi tənzimlənmənin predmeti kimi, informasiya - hüquqi münasibətlərin subyektləri, informasiyanın alınması, verilməsi, saxlanılması istifadəsinin hüquqi mexanizmləri, müxtəlif məzmunlu informasiyanın, məlumat bank bazarlarından istifadənin hüquqi aspektləri, informasiya sahəsində hüquqi pozuntular, məsuliyyət s. məsələlər fəal müzakirə obyektidir.

Bu gün kompyuter dünyada milyonlarla insanın həyat fəaliyyətinin ayrılmaz atributuna çevrilmişdir. İndi ölkədə, eləcə bütün dünyada kompyuter proqramları, internet yüzlərlə qəzetin, jurnalın, elektron KİV-in-televiziyanın, radionun günlərlə birlikdə gördüyü təbliğat-reklam fəaliyyətini cəmi bir neçə saat ərzində bütün dünyaya maneəsiz yayımlaya bilir. Təxmini hesablamalara görə, yaxın gələcəkdə fərdi kompyuterlərin dörddə biri ( təxminən 250 milyonu) internet şəbəkəsinə qoşulacaqdır.

Ölkəmizdə iqtisadi, siyasi mədəni həyatın kompyuterlə əhatə olunması prosesi sürətlənməkdədir. Hazırda Azərbaycanda hər 1000 nəfərdən 20-nin fərdi kompyuteri vardır. ÖlkədəAztelekom”, “Azeronlayn”, “AzEvrotel s. kimi 32-dən çox internet provayderi fəaliyyət göstərir. Onların istifadəçilərinin sayı isə artıq 500 min nəfəri ötməkdədir.

Bundan əlavə, ölkədə 5 minə yaxın internet klub fəaliyyət göstərir. Statistika göstərir ki, bu klublarda əsasən 12-18 yaşlı uşaqlar gənclər fəaliyyət göstərir. Bütövlükdə isə əhalinin 5, gənclərin isə 14 faizindən çoxu internetdən istifadə edir.

Beləliklə, kompyuterləşmə bəşəriyyətin son illər ərzində ən böyük nailiyyətinə çevrilmiş internetin yaranması inkişafı ilə media aləminə yeni jurnalistika gəlmişdir”. Məhz bu tip təzahürlər elmi-texniki tərəqqinin müasir mərhələsinin əsasını qoymuşdur.

çəkilməsini müşahidə edəcəyik. Rusiyada, Ukraynada, Gürcüstanda, Qırğızıstanda və bir sıra ölkələrdə olmuş rəngli və rəngsiz inqilablar bu qənaəti bir daha təsdiq edir. Karl Popper hələ 1992-ci ildə keçmiş SSRİ məkanında baş vermiş və verəcək prosesləri şərh edərkən çox maraqlı fikirlər irəli surmüşdü. O, “Açıq cəmiyyət və onun düşmənləri” kitabının rusca nəşri münasibəti ilə oxuculara müraciətində keçmiş SSRİ ölkələri üçün maraqlı məsləhətlər verirdi. O, göstərirdi ki, Qərbdə cəmiyyətlərin hüquqi sistemi sənayenin, azad bazarın və təklif olunan bütün alternativlərin tərəqqisi ilə bərabər inkişaf edib. Bədbəxtlikdən Rusiyada bu ənənəni və azad bazarı kommunizm pozmuşdur. K. Popper yazırdı: “Düşünmürəm ki, təkcə rus təcrübəsinə əsaslanaraq onu tezliklə bərpa etmək mumkün olsun. Mənə aydındır ki, indiki vəziyyətdə ən qısa (əlbəttə, heç də mükəmməl olmayan) yol Rusiyanın Qərbdə yayılmış hüquqi sistemlərdən birini götürməsidir. Bu yolun prinsipcə mümkünlüyünü Yaponiya nümayiş etdirib. Yaponlar ölkənin Avropa nümunəsi əsasında sənayeləşdirilməsi planını həyata keçirmək üçün 1873-cü ildəki alman hüquqi sisteminin zəruriliyini dərk edərək mənimsəmişlər. Güman edirəm ki, Rusiya üçün iki ən aşkar imkan alman və fransız qanunvericiliyidir. Bu, tarixi səbəblərlə şərtlənib: Böyük Britaniyada bütövlükdə əxz olunası qanunlar məcəlləsi heç vaxt olmayıb, ABŞ-ın hər ştatının isə özünəməxsus hüquq sistemi vardır. Buna görə də britaniyalılar kimi amerikalılar da tam şəkildə mənimsənilməsi mümkün olan vahid qanunvericilik sistemi yaratmayıblar. Yaxşı qanunvericiliyi həyata keçirmək, ölkədə ali hakimiyyət halına salmaq onu yaratmaqdan daha çətindir... Ədalət məhkəməsini tətbiq etmək üçün qanunun aliliyini ciddi qəbul edən çoxsaylı savadlı məmurlar tələb olu-nur. Onların hamısı yalnız obyektiv həqiqətə xidmət ruhunda tərbiyə olunmalıdır.”* Deməli, bu axtarışlar, yeni cəmiyyət quruculuğu prosesində müşahidə olunan səylər demokratiyanın, eləcə də istənilən dövlətin ayrılmaz atributu olan mətbuatın formalaşması və möhkəmlənməsi işində də öz silinməz izlərini qoyur. Bu qənaəti təsdiqləmək üçün Azərbaycan mətbuatının 1991-2004-cü illərdə keçdiyi inkişaf yoluna, onun axtarış və problemlərinə, nöqsan və uğurlarına nəzər salmaq tamamilə kifayətdir. Demokratiyanın yolu asan və hamar deyildir. Mətbuatın demokratik inkişaf sahəsindəki səylərində istənilən kateqoriyalı müsbət və mənfi məqamlara rast gəlmək mümkündür. Mətbuat ictimai, iqtisadi və siyasi sistemin ayrılmaz atributudur və çox vaxt mənsub olduğu cəmiyyətin bütün mütərəqqi cəhətlərini, eləcə də paradokslarını özündə çox dəqiqliklə əks etdirir. Başqa sözlə deyilsə, mətbuat fəaliyyət göstərdiyi ictimai – siyasi formasiyanın müsbət və mənfi cəhətləri əks olunan nəhəng bir güzgüdür. Məhz buna görə də, Azərbaycan mətbuatı nə qədər Qərb dəyərlərinə can atsa da, o, öz mahiyyəti və mənsubiyyəti etibarı ilə milli mətbuat ənənələri üzərində qurulmuş bir sistemdir və onun Rusiya, eləcə də Qərb mediası ilə oxşar və fərqli cəhətlərinin olması təbii sayılmalıdır.  Məsələn, təkcə “Zerkalo” qəzetinin müxtəlif illərdə və müxtəlif münasi-bətlərlə müraciət etdiyi mövzulara – K.Əlinin “ Jurnalistləri orduya həqiqətə ğörə çağırırlar”, “Səngər səhifələri. Azərbaycan jurnalistləri Ermənistandan qayıdıblar”, Z.Qarabalovn “Azərbaycan- Avropa: əlverişli vaxtı gözləyək”, L.Nurinin “İlham Əliyev QAT üzvlərinin sərt cəzalandırıldığı qənaətindədir”, M.Yaşaroğlunun “BP Azərbaycan qanunlarına hörmət etmir” sərlövhəli yazılarına nəzər saldıqda burada, necə deyərlər, avanqard, cəsarətli jurnalistikanın elementlərini görməmək, ən azı insafsızlıqdır və bu problematikaya ən yaxşı Avropa qəzeti də hörmətlə yanaşardı. Digər tərəfdən, istər mövzu seçimi, istərsə də publisistik düşüncə, yazının işlənməsi nöqteyi-nəzərindən bu yazılar demokratik ruhlu Azərbaycan mətbuatının ən yaxşı nümunələri idi və ədalət naminə demək lazımdır ki, həmin dövrün digər nəşrlərində də bu ruhlu yazılara tez-tez rast gəlmək mümkün idi. Lalə Nurinin qələmə aldığı mövzu isə o dövr üçün unikal bir hadisə sayıl-mağa layiq idi. 2004-cü ildə Bakıda NATO-nun himayəsi altında keçirilən seminara erməni hərbçilərinin qatılmasına etiraz edərək mitinq keçirən Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri həbs olunmuş və onlara üst-üstə 24 il, o cümlədən QAT-ın rəhbəri Akif Nağıya 5 il həbs cəzası kəsilmişdi. Şübhəsiz bu, demokratiyaya zidd, ədalətsiz bir qərar idi, ona görə də cəmiyyətdə ciddi etiraz doğurdu və “Zerkalo” qəzetinin müxbiri L.Nuri sözügedən məsələ ilə bağlı ölkə başçısına müraciət etdikdə, cəmiyyətin demək olar, əksər hissəsinin razılıq hissi ilə qarşıladığı ədalətli cavab aldı: “...Mən prezident kimi məhkəmənin qərarına qarışa bilmərəm və bunu istəmirəm. Lakin bir vətəndaş kimi hesab edirəm ki, məhkəmənin çıxardığı qərar törədilmiş əmələ adekvat deyildir. Bu, həddən artıq sərt cəzadır. Bir vətəndaş kimi mən bu qərarı dəstəkləmirəm”.  Bunun ardınca ictimaiyyətin rəyi də öz sözünü dedi və QAT üzvlərinin işinə ədalətlə baxıldı. Sözügedən fakt 2004-cü ildə KİV-in artıq ictimai şüura, cəmiyyətin həyatına nə qədər fəal təsir etməsinin bir göstəricisi idi və medianın rəyi ilə nəinki “üçüncü hakimiyyət”, hətta dövlət başçısı da hesablaşırdı. Bu, medianın şəksiz uğuru və onun cəmiyyətdəki mövqeyinin bariz göstəricisi idi.  (Ardı var) 

 





24.09.2012    çap et  çap et