Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Nargis” jurnalında maraqlı və rəngarəng fotoları dərc olunub.
525.az-ın məlumatına görə, fotolar jurnalın ilk sayı üçün çəkilib və jurnalın rəsmi saytında bu gün yerləşdirilib.
Qeyd edək ki, ötən ilin dekabrın 13-də işıq üzü görən “Nargis” jurnalının baş redaktoru MDU professoru Nərgiz Paşayevanın qızı Ülviyyə Rəhmanovadır.