525.Az

Hərbçilərin mənzil təminatı ilə bağlı qanun müzakirəyə çıxarılacaq


 

Hərbçilərin mənzil təminatı ilə bağlı qanun müzakirəyə çıxarılacaq Azərbaycan Milli Məclisi bu ilin payız sessiyasında hərbçilərin mənzil təminatı ilə bağlı qanun layihəsini müzakirəyə çıxaracaq.

Parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc Trend-ə bildirib ki, komitə bu gün "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsini Milli Məclisin plenar sessiyasına təqdim etmək üçün müzakirə edib.

O deyib ki, "Hərbi qulluqçuların statusu haqqında" qanunda hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi və mənzil təminatı məsələsi öz əksini tapır.

Deputat bildirib ki, komitə tərəfindən həmçinin "Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında" qanun layihəsi də parlamentin payız sessiyasında geniş müzakirə üçün hazırlanıb.

Onun sözlərinə görə, bu qanun layihəsi silahlı birləşmələrin qanunvericiliklə tənzimlənməsinə yönəlib.
"Hər iki sənədlə bağlı müvafiq nazirliklərlə son məsləhətləşmələr aparılacaq və qanun layihələri Milli Məclisin plenar sessiyasına təqdim olunacaq", - deputat deyib.
 





25.09.2012    çap et  çap et