525.Az

Əhmədinejad: “İranla ABŞ arasında əlaqələr yaxşılaşmalıdır”


 

Əhmədinejad: “İranla ABŞ arasında əlaqələr yaxşılaşmalıdır”

BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak etmək üçün ABŞ-da səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad bu ölkənin müxtəlif universitetlərinin müəllim və tələbə heyəti ilə görüşüb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, M.Əhmədinejad bildirib ki, iki güclü və böyük ölkə olan İran və ABŞ 33 ildən çoxdur bir-birinə qarşı olmaq əvəzinə, bu qədər müddətdə daha da güclənərək birlikdə olsaydılar, bugünkü beynəlxalq şərtlər tamamilə fərqli olacaqdı.

İran prezidenti deyib ki, ABŞ ölkəsinin daxili işlərinə müdaxilə edir və bölgədəki diktatorlara dəstək verir: “ABŞ İran xalqının reallaşdırdığı inqilaba dəstək vermək əvəzinə, bir il keçmədən müxtəlif təxribatlar törətdi”. M.Əhmədinejad vurğulayıb ki, ABŞ İran xalqına qarşı terror aktı törədən canilərə sığınacaq verir: “Buna misal olaraq İraqın sabiq prezidenti Səddam Hüseynə verilən qeyd-şərtsiz dəstəyi, İranın sərnişin təyyarəsinin vurulmasını, müharibədən sonra tətbiq etdiyi təzyiqləri və sanksiyaları göstərmək olar. Bütün bunlar İranla ABŞ əlaqələrinin yaxşılaşmasını qeyri-mümkün etməsinə baxmayaraq, ancaq iki ölkə arasında mövcud şərtlərin davam etməsi mümkün deyil və əlaqələrin yaxşılaşması vacibdir”. İran prezidenti ölkəsinə qarşı tətbiq olunmuş sanksiyaların təsirsiz qaldığını deyərək, bunun xalqının ABŞ-a qarşı nifrətinin daha da artırdığını söyləyib.

 





26.09.2012    çap et  çap et