525.Az

“Aydınlanma səyahəti” təqdim edildi


 

“Aydınlanma səyahəti” təqdim edildi<b style="color:red"></b>

Avqustun 14-də "Facebook"da ən böyük kitab təbliğatı qruplarından olan “Kitabsevərlər”in 12-ci kitabı olan “Aydınlanma səyahəti” təqdim edilib.

525.az-ın verdiyi məlumata görə, gənc yazıçı Ceylan Mumoğlunun müəllifi olduğu kitabın təqdimatı "Kitabevim.az" kitab evində keçirilib.

Tədbirdə müəllifin dostları, qələm yoldaşları, media nümayəndələri, eləcə də oxucular iştirak edib, öz ürək sözlərini bölüşüblər.

Qeyd edək ki, kitab "Kitabsevərlər" hərəkatı ilə "Qadin.net" saytının ortaq layihəsi əsasında çap olunub.

Sözügedən hərəkat bundan öncə də müxtəlif mövzulu 11 kitab nəşr etdirib. Bunlar arasında yerli bazarda ən çox satılan kitablar – Nikolas Sparksın “Gündəlik” romanı, Bakumoz nəşriyyatı ilə birgə çap edilən Harper Linin “Bülbülü öldürmək” əsəri və Astrid Linqdrenin “Biz Saltkrok adasındayıq” kitabı da var.

Cavid QƏDİR

 





16.08.2016    çap et  çap et