525.Az

"Ancelinanın sağlamlığıyla bağlı xəbərlər yalandır"


 

"Ancelinanın sağlamlığıyla bağlı xəbərlər yalandır" Ancelina Colinin sözcüsü aktrisanın xəstəliyi haqqında iddialara aydınlıq gətirib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İtaliyanın "Chi" jurnalı dünənki sayında "Nə xəstəliyi? Sadəcə uşaqlarımı düşünürəm..." başlıqlı xəbərdə adı çəkilməyən şəxsin açıqlamasnı verib.

Aktrisanın sözcüsü deyib ki, "Ancelinanın sağlamlığıyla bağlı xəbərlər yalandır. İndi o, 6 uşağı ilə Livan, Türkiyə və Ürdündəki suriyalı qaçqınları düşünür. Buna görə də bəzən yemək yeməyi unudur. Bred Pitlə toyunun təxirə salınmasının bu kimi xəbərlərlə əlaqəsi yoxdur".

Beləliklə, BMT-nin xoşməramlı səfiri Ancelina Colinin xəstəliyi ilə bağlı ABŞ-ın "National Esqurier" jurnalının xəbərinin yalan olduğu təsdiq olundu.
 





26.09.2012    çap et  çap et