525.Az

“İnformasiya cəmiyyətinin jurnalisti” müsabiqəsinin qalibləri açıqlanıb


 

“İnformasiya cəmiyyətinin jurnalisti” müsabiqəsinin qalibləri açıqlanıb<b style="color:red"></b>

Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin həyata keçirdiyi “İnformasiya cəmiyyətinin jurnalisti” layihəsinin yekunlarına həsr olunan təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözülə açan Multimedia Mərkəzinin sədri Osman Gündüz çıxışında bildirib ki, layihənin əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna dəstək vermək və bu sahədə yazan jurnalistləri həmin prosesə daha yaxşı hazırlamaqdır. O, qeyd edib ki, layihə Multimedia Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, SİNAM və ULTRA şirkətinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi İsfəndiyar Əliyev çıxış edərək layihənin əhəmiyyətini vurğulayıb, təmsil etdiyi qurumun bu istiqamətdəki fəaliyyət məqsədlərindən söhbət açıb.

Daha sonra layihə rəhbəri Multimedia Mərkəzinin sədri Osman Gündüz layihə çərçivəsində həyata keçirilən treninqi uğurla başa vuranlara sertifikatlar təqdim edib.

Müsabiqənin münsifləri RİTN-in nümayəndəsi İsfəndiyar Əliyev, İREX Azərbaycanın hüquqşünası Ələsgər Məmmədli, media eksperti Seymur Kazımov, jurnalist Azər Həsrət və Multimedia Mərkəzinin sədri Osman Gündüz qaliblərin adlarını açıqlamazdan əvvəl məqalələr haqqında öz düşüncələrini bölüşüb.

Sonda “İnformasiya cəmiyyətinin jurnalisti” mövzusunda keçirilən müsabiqənin qalibləri elan olunaraq onlara diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Münsiflərin verdiyi qiymətlərə əsasən 1-ci yeri İsmayıl İsmayılov (Mediaforum), 2-ci yerləri Vüqar Haqverdiyev (Modern.az) və Fuad Hüseynzadə (Palitra), 3-cü yerləri Türkan Nadirqızı (Milli.Az), Fatimə Qəhrəmanova (Student Times), Ceyhun Abasov (“525-ci qəzet”) tutub.

Ceyhun ABASOV

 





07.03.2013    çap et  çap et