525.Az

Yaşar Qarayevin “Seçilmiş əsərləri” nəşr edildi


 

Yaşar Qarayevin “Seçilmiş əsərləri” nəşr edildi <b style="color:red"></b> Nizami adına Ədəbiyyat İnstitutu AMEA-nın müxbir üzvü, professor Yaşar Qarayevin “Seçilmiş əsərləri”nin 5 cildliyini və haqqında yazılan məqalələr, xatirələr toplusunu kitab halında nəşr edib.
 
APA-nın məlumatına görə, kitab Y. Qarayevin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarına əsasən nəşr olunub.
 
“Seçilmiş əsərlər”in elmi redaktoru Nizami adına Ədəbiyyat İnstitutunun “XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, professor Şirindil Alışanlı, tərtib edənləri professor Şirindil Alışanlı və dosent Aygün Bağırovadır.
 
Yaşar Qarayev haqqında görkəmli ədəbiyyatşünas alimlərin, müasirləri və tələbələrinin yazdığı məqalələrin və xatirələrin toplandığı “Yaşar Qarayev: yaxından və uzaqdan” məcmuəsinin elmi redaktoru və ön sözün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir.
 
Məqalələr və xatirələr kitabını filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırova tərtib edib.
 
Çoxcildlik elmi əsərlər “Elm” nəşriyyatında, məqalələr və xatirələr toplusu isə “Sabah” nəşriyyatında çap olunub.
 





06.09.2016    çap et  çap et