525.Az

"Ermənistan Dağlıq Qarabağ məsələsində mütləq məğlub olacaq"


 

"Ermənistan Dağlıq Qarabağ məsələsində mütləq məğlub olacaq"

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həll olunmaması Ermənistanın hazırkı mövqeyi ilə bağlıdır".

Trend-in məlumatına görə, bunu cümə axşamı Bakıda jurnalistlərə Türkiyənin keçmiş baş naziri Məsut Yılmaz bildirib.

Yılmazın fikrincə, hazırda zaman Azərbaycanın lehinə işləyir.

"Ermənistanın bu haqsız mövqeyini davam etdirməsi mümkün deyil. Sonunda ermənilər mütləq məğlub olacaqlar", - Türkiyənin keçmış baş naziri əlavə edib.
O, bildirib ki, Azərbaycan və Türkiyə arasında əlaqələr yaxın keçmişdə Ermənistanın siyasəti səbəbindən kölgələndi, amma biz bunları aşdıq.

"İndi Bakı-Tbilisi-Qars dəmiryolu ilə bağlı əməkdaşlıqla əlaqələrimizin daha yüksək səviyyəyə çatmasına inanıram. Hər iki hökumət bu məsələdə qərarlıdır. Millətlərimiz arasındakı qardaşlıq, yaxın keçmişdəki tarixi əlaqələr hökumətlər arasında da bağlayıcı rol oynayır", - Yılmaz əlavə edib.

O, Azərbaycana sonuncu dəfə 1998-ci ildə gəldiyini və ötən 12 il ərzində Bakının tanınmaz dərəcədə dəyişdiyini bildirib.
"Azərbaycan xalqını bu inkişafla təqdir edirəm. Bütün Türkiyə bugünkü Azərbaycanla qürür duyur", - keçmiş baş nazir deyib.

 





27.09.2012    çap et  çap et