525.Az

Həmyerlimizi Rusiyada güllələdilər


 

Həmyerlimizi Rusiyada güllələdilər

Moskvanın cənubunda azərbaycanlılarla naməlum şəxslər arasında baş verən münaqişədə bir soydaşımız ölüb, biri isə yaralanıb.

525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla 04.00 radələrində polis əməkdaşları “VAZ-2110” markalı maşını saxlayıblar. Maşında üç nəfər olub, onlardan 57 yaşlı Azərbaycan vətəndaşının qarnından güllə yarası aldığı müəyyənləşib. Araşdırma zamanı azərbaycanlının güllə yarasını kafe yaxınlığında naməlum şəxslərlə münaqişə zamanı aldığı müəyyənləşib. Naməlum şəxslər soydaşlarımıza atəş açıb sonra iki xarici maşında ərazini tərk ediblər. Təxminən həmin vaxt 7 saylı şəhər xəstəxanasına güllə yaraları ilə gətirilmiş 27 yaşlı Azərbaycan vətəndaşı dünyasını dəyişib. Onu xəstəxanaya tanışının gətirdiyi bildirilir.

Polislər ölmüş şəxsin güllə yarasını qeyd olunan münaqişə zamanı aldığını istisna etmirlər. Faktla bağlı cinayət işi başlanıb.

 





27.09.2012    çap et  çap et