525.Az

Xoreoqrafiya Akademiyası məzunundan mühüm uğur


 

Xoreoqrafiya Akademiyası məzunundan mühüm uğur<b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyasının qarşısında duran vəzifələr sırasında xoreoqrafiya sənətini inkişaf etdirib, balet və milli rəqs üzrə yeni kadrların hazırlanması ilə yanaşı, eləcə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bədii təhsil və sənət ocaqları ilə təcrübə və kadr mübadiləsi həyata keçirmək, Azərbaycan bədii təhsil ənənələrinin, mədəniyyət və incəsənətinin təbliği məqsədi ilə öz məzunlarının dünyanın aparıcı təhsil müəssisələrində oxuması və çalışmasıdır.

Bu baxımdan, Akademiyanın məzunu Bəhruz Əliyevin aktyor və rejissor ixtisası üzrə Rusiya Federasiyasının B. Şükin adına Teatr İnstitutuna daxil olması diqqətəlayiq uğurdur.

B.Əliyev hələ uşaq ikən valideynləri tərəfindən incəsənətə, xüsusilə də rəqs sənətinə yönəldilərək, o zaman Bakı Xoreoqrafiya Məktəbinə qəbul olunub, Əməkdar müəllim Pullumb Aqaliyayın sinfində xoreoqrafiya təhsili alıb və 2016-cı ildə artıq Bakı Xoreoqrafiya Akademiyasını bitirərkən "balet artisti" ixtisası üzrə orta ixtisas təsili haqqında diplom qazanıb.

Oxuduğu müddət ərzində balet sənəti və ümumiyyətlə rəqsdə qazandığı uğurlar onda aktyor sənətinə də maraq oyadıb. İlk sənət təcrübələrini hələ tələbə ikən Azərbaycan Dövlət Musiqili Teatrın səhnəsində aparan məzun, dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasında iştirak edəndən sonra gələcəyini məhz aktyorluq sənəti ilə bağlamağı qərar verir.

B. Əliyevin Bakı Xoreoqrafiya Akademiyası tərəfindən keçirilən Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə I Beynəlxalq Müsabiqədə tələbə dostlarının tərəf-müqabili qismində çıxış etməsi böyük tamaşaçı rəğbəti qazanıb. Bakı Xoreoqrafiya Akademiyası öz məzunu ilə fəxr edir və ona yaradıcılıq uğurları arzulayır.

 





28.09.2016    çap et  çap et