525.Az

Rusiya Ermənistandakı hərbi bazalarından çəkilir?


 

Rusiya Ermənistandakı hərbi bazalarından çəkilir?

Rusiya Ermənistanın Gümrüdəki hərbi bazalarını optimallaşdırma prosesi çərçivəsində Ermənistana verəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat verib.

Xatırladaq ki, bu yaxınlarda Rusiya hökuməti Ermənistan ərazisində Rusiya hərbi bazalarının yerləşdirilməsi bəndlərinin daxil olduğu Rusiya-Ermənistan protokolu layihəsini təsdiq edib.

Belə ki, protokol qüvvəyə mindikdən sonra struktur dəyişikliyi və yerdəyişmə adı altında Rusiya ordusunun oradakı 30 obyektindən 10-u Ermənistana veriləcək. Elə ötən həftə İrəvanda olan Rusiya müdafiə naziri Anatoli Serdyukov da bu haqda danışıb: “Geniş məsələlər spektri, o cümlədən 102 saylı Rusiya bazasının fəaliyyəti,10 obyekt bazaların yenidən qurulması çərçivəsində Ermənistan tərəfinə verilməsi müzakirə olunub”. Lakin bəzi qeyri-rəsmi məlumatlara görə, söhbət heç də strateji obyektlərdən getmir.

102 saylı Rusiya hərbi bazasının Ermənistanda qalma vaxtının uzadılmasına dair protokol 2010-cu ilin avqustun 20-də imzalanıb. Protokola əsasən, Rusiya bazalarının Ermənistanda əvvəlki 25 il qalma müddəti 49 ilə qaldırılıb. Bundan başqa, Rusiya bazaları “ölkənin maraqlarının qorunması ilə yanaşı” həm də Ermənistanın təhlükəsizliyini də təmin etmiş olacaq. bu məqsədlə Ermənistan müasir təkmilləşdirilmiş xüsusi hərbi texnika gətiriləcək.

 





27.09.2012    çap et  çap et