525.Az

Emin Ağalarov: "Dəli deyiləm ki, pulsuz oxuyum" (Müsahibə)


 

Emin Ağalarov: "Dəli deyiləm ki, pulsuz oxuyum"<b style="color:red"> (Müsahibə)</b>

Rusiyada yaşayan azərbaycanlı milyarder, "Crocus Group"un prezidenti Araz Ağalarov və həmin şirkətlər qrupunun vitse-prezidenti olan oğlu Emin Ağalarov "Forbes" jurnalının əlavəsi olan "Forbes Life"a müsahibə müsahibə veriblər.
 
Qeyd edək ki, Araz Ağalarov 1,8 milyardlıq büdcəsi ilə bu il dünyanın ən varlı adamları siyahısında 831-ci yeri tutub.

ANS PRESS müsahibənin bir hissəni dərc edir:

- Oğlunuz oxumaq istədiyini deyəndə atası onunla biznesi atmayacağı barədə şərt kəsmədi ki?
Araz Ağalarov: Bizim ailədə şərt kəsmək söhbəti yoxdur. Onsuz da ona əməl edən olmayacaq. (Hər ikisi gülür).
Emin Ağalarov: Atam musiqini çox sevir. Mən uşaq olanda, bir yerdə müxtəlif müğənnilərə qulaq asardıq, hansısa mahnılardan birgə zövq alardıq. Məncə, rəssam olmağa qərar versəydim, buna dəstək olmaya bilərdi. Bundan əlavə, musiqi də mənim üçün biznes layihədir. Dəli deyiləm ki, pulsuz oxuyum. Vaxtımın dəyəri var. Səhnəyə çıxıram, ancaq pul qazanmıramsa, deməli vaxtı boşuna keçirirəm. Oxumağın özündən aldığın həzz tez keçir. Valideynlərinin, bir-iki dostunun bəyəndiyi mahnını bəstələmək asandır. Ancaq adamların konsertinə bilet alması, ticarət mərkəzi tikmək, onu icarədar və alıcılarla doldurmaq üçün eyni qanunları bilmək və əməl etmək lazımdır. Çox işləmək heç də həmişə yaradıcılıqla məşğul olmaq demək deyil. Mən səhər altıda "musiqiylə məşğul olmağa" gedəndə, bir ofisdən digərinə keçirəm, yenə də məsələ həll edirəm: təşkilati, texniki və maliyyə məsələlərini. Rutin işlə məşğulam.

- Bəzən biznes sülaləsindən siyasi sülalə yaranır. Sizin ailədə hadisələrin belə bir inkişafı mümkündürmü?
A.A: Xeyr. Layihələrimiz bizim üçün siyasətdən daha maraqlıdır.
E.A: O, (siyasət-red.) azadlığını məhdudlaşdırır.

- Qərbdə bəzən varlılar varislərini mirasdan məhrum edirlər. Buna necə baxırsınız?
A.A: Deyərdim ki, bu variantı özümə yaxın saymıram. Bir tərəfdən, bu çətindir – sərhədi keçməmək, uşağı ərköyünləşdirməmək, onun həyata marağını itirməsinə gətirəcək imkanlar yaratmamaq, "hər şeyi" varsa, artıq işləməyə dəyməz. Digər tərəfdən – "daha çox çalışmağa" istənilən həddə səbəb yarana bilər. Kiminsə doyumluq həddi – mənzil, bir şüşə araq və bir qutu siqaretdir. Kimin üçünsə bu – maşın, benzin pulu və acından ölməməkdir. Ancaq bilirik axı, başqa cür də olur. "Crocus"un varsa, bundan daha böyük nə təsəvvür etmək olar. Özünün etdiklərini uşaqlara göstərmək və izah etmək olar ki, onlar bundan da artığını etməlidirlər.

- Güman etmək olar ki, nə vaxtsa şirkətə Emin Arazoviç rəhbərlik edəcək?
A.A. Ondan başqa kim ola bilər ki?

 





27.03.2013    çap et  çap et