525.Az

Türkiyədə Cümhuriyyət günü qeyd olundu


 

Türkiyədə Cümhuriyyət günü qeyd olundu<b style="color:red"></b>

Oktyabrın 29-da Türkiyədə Cümhuriyyətin 93-cü ildönümü böyük təntənə ilə qeyd olundu.

Paytaxt Ankarada keçirilən yığıncaqda çıxış edən dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyənin bu illər ərzində keçdiyi şərəfli, şanlı və keşməkeşli dövlətçilik yolundan söz açaraq xalqın dəstəyi ilə ölkəsinin bugünkü iqtisadi cəhətdən güclü bir duruma gəlib çatmasını vurğuladı.

Dövlət başçısı, həmçinin Türkiyənin bugünkü güclü vəziyyətini hələ də həzm edə bilməyən qüvvələrin ölkəsində müxtəlif terror və dərbələrə yol açmaq istəmələrinin bir xam xəyal olaraq qalacağını bildirərək türk xalqının böyük mütəşəkkilliklə hakimiyyətlə bir olduğunu və heç bir qüvvənin bu birliyi sarsıda bilməyəcəyini qürur hissi ilə hamıya mesaj kimi çatdırdı. Cümhuriyyət bayramı türkiyənin bütün şəhərlərində eyni coşqu ilə keçirildi. İstanbulda da camaat bu şanlı bayramı gülər üzlə, xoş əhvalla qarşıladı.

İstanbul küçələrində görüşdüyümüz hər nəfər bu bayrama öz fərdi münasibətlərini belə bildirdi.

Valide Söyləməz:

- Mən məktəbdə müəllimə işləyirəm. Hər dəfə bu bayram yaxınlaşanda şagirdlərimlə dərsdə bu mövzuda yazı yazır, uşaqların bu bayrama münasibətlərini öyrənirəm. Fəxr edəcək yeni nəsil yetişməkdədir. Şagirdlər Cümhuriyyət bayramı ilə bağlı dərsliklərdən savayı əlavə ədəbiyyat da oxuyurlar. Bu onlarda türk tarixinə olan istəkdən, məhəbbətdən irəli gəlir.

Kamal Kılıc:

- Tələbəyəm, hüquq fakültəsində oxuyuram. Qanun keşikçisi olmaq istəyirəm. Hesab edirəm ki, bu bayram Türkiyənin dünya dönəmindəki mövqeyini dəyişməklə onu demokratik səmtə yönəltmiş oldu. Bu yöndə mərhum Mustafa Kamal Paşa Atatürkün misilsiz xidmətlərini qeyd etməmək olmaz. Məhz onun uzaqgörən siyasəti nəticəsində bugünkü Türkiyə dünya dönəmində demokratik dövlət kimi öz layiqli yerini tutmaqdadır. Hamımızın bayramımız mübarək olsun.

Zeynal Bolluca:

– Mən sadə adamam. Kiçik bir quruyemiş mağazam var. Bütün ailəmiz bu bayramı böyük ruh yüksəkliyi ilə qarşılayırıq. Cümhuriyyət bayramı Türkiyənin şanlı tarixini əks etdirməklə yanaşı bir demokratik müsəlman dövləti kimi dünya dönəmində öz layiqli yerini tutmaqdadır. Heç bir qərb ölkəsi özünü Demokratik Türk Cümhuriyyətindən üstün tuta bilməz. Bunu dövlət başçımız R.T.Ərdoğan haqlı olaraq hər dəfə qərbin nümayəndələrinin diqqətinə çatdırır. Mən türk olmağımla fəxr edirəm. Cümhuriyyət bayramımız mübarək olsun!

Xədicə Yazhan:

– Mən evdar qadınam. Üç övladım var, onları böyütməklə məşqulam. Bu bayram günü uşaqları gəzməyə çıxarmışam. Onları əsl türk kimi böyütmək yeganə arzumdur. Mən, həyat yoldaşım və övladlarım Vətənimizi çox sevirik,

onunla qürur duyuruq. 15 iyulda hamı kimi biz də ailəliklə dərbəyə yox demək üçün meydana çıxmışdıq. Prezidentimiz R.T.Ərdoğanın dediyi kimi biz bir millətik və Türkiyəni heç bir terrora və dərbəyə qurban vermərik. Biz bu ölkənin sıravi vətəndaşı olaraq Vətənimizi hər an müxtəlif təpkilərdən, terrorlardan və pis niyyətlərdən qorumağa hazırıq. Fəxr edirik ki, doğma Türkiyəmiz işıqlı sabahlara alnı açıq, üzüağ addımlayır. Cümhuriyyət bayramımız mübarək olsun!

İstanbul

 





31.10.2016    çap et  çap et