525.Az

Təhsil naziri Hindistanın Azərbaycandakı səfiri ilə görüşüb


 

Təhsil naziri Hindistanın Azərbaycandakı səfiri ilə görüşüb

Təhsil naziri Misir Mərdanov Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar ilə görüşüb.

525.az-ın məlumatına görə, görüş zamanı Misir Mərdanov Azərbaycanla Hindistan arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişafı, əlaqələrin genişləndirilməsi perspektivlərindən söhbət açıb. Ölkələrimiz arasında mövcud olan dostluq ənənələrinə toxunan nazir elm və təhsil sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün mövcud potensialdan səmərəli istifadə olunmasının zəruriliyini vurğulayıb. Azərbaycanda hələ sovetlər dövründən Hindistana böyük ictimai marağın olduğunu qeyd edən təhsil naziri birgə elmi konfrans və simpoziumların təşkilinin mümkünlüyü məsələsinə diqqət çəkib.

Səfir Vinod Kumar səmimi qəbul üçün Misir Mərdanova minnətdarlığını bildirib, iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib. Daha sonra görüşdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın gələcək inkişaf istiqamətləri, kadr hazırlığı və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

S.QARAYEVA

 





27.09.2012    çap et  çap et