525.Az

“Barselona”nın direktoru Bakıya gəldi


 

“Barselona”nın direktoru Bakıya gəldi

İspaniyanın “Barselona” klubunun iqtisadi və strateji məsələlər üzrə direktoru Jozep Vidal Abarka Bakıya gəlib.

Qol.Az-ın məlumatına görə, o, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkil etdiyi “Körpülərin Salınması” adlı beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizə təşrif buyurub.

“Barselona” rəsmisi sabah konfransın ikinci iş günündə iştirak edəcək. Onun çıxışı da nəzərdə tutulub.

Bundan başqa, tədbirə gənclər və idman naziri Azad Rəhimov, AFFA prezidenti Rövnəq Abdullayev də qatılacaq.

 





27.09.2012    çap et  çap et