525.Az

Sayı 515-ə çatdı


 

Sayı 515-ə çatdı

Son illər Azərbaycanda turizm obyektlərinin sayı sürətlə artır.

“APA-ECONOMICS”in xəbərinə görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov bildirib.

Onun sözlərinə görə, beş il əvvəl ölkədə hotellərin sayı 300-ə çatmırdısa, hazırda 515 hotel fəaliyyət göstərir ki, bunların da 80%-i regionlardadır: “Yeni tikilən hotellərin bir hissəsi yüksək səviyyəli beşulduz hotellərdir, dünyanın və Avropanın məşhur brendlərini, hotel şəbəkələrini təmsil edirlər”.

F.Qurbanov bu prosesin davam etdiyini və yeni layihələr həyata keçirildiyini vurğulayıb: “O cümlədən Bakıdan 160-200 km məsafədə Qusar rayonunda “Şahdağ” qış-yay turizm kompleksi tikilir. Bu ilin sonunda kompleks ilk müştərilərini qəbul edəcək. Turizm kompleksi tam gücü ilə fəaliyyət göstərəndə burda eyni zamanda 10 min turist istirahət edə biləcək, bir neçə min yeni iş yeri açılacaq”.

 





27.09.2012    çap et  çap et