525.Az

Ulviranın əvəzinə Rövşanə Bektaşi


 

Ulviranın əvəzinə Rövşanə Bektaşi

ANS TV-də yayımı dayandırılmış "İkinci həyat" verilişi yaxın günlərdə yenidən efirdə nümayişini bərpa edəcək.

Milli.az-ın məlumatına görə, Ulvira Qarayevanın aparıcı olduğu verilişi bundan sonra həmkarı Rövşanə Bektaşi aparacaq.

Rövşanə Bektaşi gələn həftənin birinci günündən efirə çıxacaq "İkinci həyat"da müvəqqəti olaraq aparıcılıq edəcək. Buna səbəb isə teleaparıcının hər bazar günü efirdə nümayiş olunan "Bazar səhəri" proqramından uzaqlaşmamaq istəyidir.

"İkinci həyat"da bəzi format dəyişikliklərinin olacağı da gözlənilir.

 





27.09.2012    çap et  çap et