525.Az

«Golden Ring» şadlıq evinin işində problemlər aşkarlanıb


 

«Golden Ring» şadlıq evinin işində problemlər aşkarlanıb

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi,2403 ünvanında yerləşən «Emin N» MMC-yə məxsus «Golden Ring» şadlıq evində dövlət nəzarəti aparılıb.

Dövlət Komitəsindən 525.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, şadlıq evində müxtəlif kulinar məmulatların və milli xörəklərin hazırlanması üçün yarımfabrikatlar QOST 30390-95 (bənd 5.1) və AZS 126-2005 (bənd 4.1) tələblərinə zidd olaraq müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan, aşbazlar tərəfindən öz bildikləri kimi hazırlanır. Bundan başqa, məhsulların saxlanma rejiminə riayət olunmur. Belə ki, turşu və şorabalar anbardan kənarda antisanitar vəziyyətdə saxlanılır.

Müəssisənin anbarına keçirilmiş baxış zamanı mənşəyi bəlli olmayan 150 kq nərə balığı əti, 400 ədəd 3 litrlik balonlarda zeytun turşusu, 100 ədəd 3 litrlik balonlarda müxtəlif növ turşular aşkar edilib.
Həmçinin, mərasim üçün hazırlanmış tortun, müxtəlif növ içkilərin, ədviyyatların, çörəyin sertifikatları mövcud olmayıb.

Aşkar olunmuş qanun pozuntuları ilə bağlı müəssisəyə iradnamə və tələbnamə verilib.

 





27.09.2012    çap et  çap et