Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, Vəkil Nemət Kərimli məhkəmənin apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul etdiyini deyib.
Qeyd edək ki, N. Yaqublu barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə dair vəsatətlə Abşeron rayon Məhkəməsinə müraciət olunub. Lakin məhkəmə vəsatəti təmin etməyib.
N. Yaqublu sentyabrın 11-də tutulub. Məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Həbs Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır.