525.Az

Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi


 

Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi

Baş nazir Rəcəb Tayyib Ərdoğan ana müxalifət partiyasının lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, baş nazir Kılıçdaroğludan "Öz ölkəsini, öz ölkənin mənafelərini qoruya bilməyən adama xain deyilir" sözlərinə görə 100 min lirə təzminat tələb edir.

Ərdoğanın vəkilləri Əli Özkara, Müammər Camaloğlu və Bürhanəddin Sevəncanın hazırladığı iddia ərizəsində Kılıçdaroğlunun sentyabrın 27-də partiyasının "Birgə Çalışma Toplantısı"ndakı çıxışında Ərdoğanı təhqir etdiyini bildiriblər. Vəkillər Kılıçdaroğlunun tənqid və ifadə azadlığı sərhədlərini aşdığını qeyd ediblər: "Türk hüququnda ən ağır cinayət vətənə xəyanətdir. Qarşı tərəfin də xain kəlməsini vətənə xəyanət mənasında işlətdiyi açıq şəkildə ortadadır. Bu sözlərin bu günkü hüquq qaydaları qarşısında ağır cinayət ehtiva etdiyi çox açıqdır. Bu sözlərlə müdafiə etdiyimiz şəxs vətən xainliyində ittiham olunub. Bu da şərəf və ləyaqətə hücumdur".

 





28.09.2012    çap et  çap et