525.Az

Gənclər təşkilatlarının Respublika sərgisi keçiriləcək


 

Gənclər təşkilatlarının Respublika sərgisi keçiriləcək

Bakıda “Gənclər təşkilatlarının IV Respublika sərgisi” keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata gprə, nazirliyin təşkilatçılığı ilə baş tutacaq sərginin əsas məqsəd gənclər təşkilatlarının fəaliyyəti, onların həyata keçirdikləri layihə və tədbirlər haqqında cəmiyyətin məlumatlandırılmasıdır. Həmçinin gənclərin ictimai fəaliyyətə cəlb olunmalarını stimullaşdırmaqdır. Sərgidə hər bir təşkilat üçün 9 kv.m sahə ayrılacaq və ayrılmış sahədə stendlər quraşdırılacaq.

Burada iştirak edəcək gənclər təşkilatları isə onlar üçün ayrılmış sahədə fəaliyyətləri ilə bağlı filmlər, bukletlər, nəşr etdirdikləri kitablar, çap məhsulları, uğurlu layihələrin təqdimatlarını edə biləcəklər. Eyni zamanda, sərginin ziyarətçiləri ilə birbaşa ünsiyyətdə olacaqlar.

Stendlərin icrası və quraşdırılması isə Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, nizamnamə məqsədləri gəncləri əhatə etməyən və dövlət qeydiyyatı olmayan təşkilatlar sərgidə iştirak edə bilməyəcəklər.
S.QARAYEVA

 





28.09.2012    çap et  çap et