525.Az

""Qalatasaray"la Çempionlar Liqasının finalını görmək istəyirəm"


 

""Qalatasaray"la Çempionlar Liqasının finalını görmək istəyirəm"<b style="color:red"></b>

"Qalatasaray"ın baş məşqçisi Fateh Terim "Real Madrid"lı qarşılaşmadan sonra keçirdiyi mətbuat konfransında komandasını təbrik edib. Terim "Qalatasaray"ın ikinci hissədə çox gözəl oynadığını və hər kəsə qürur yaşatdığını deyib:

"Qalatasaray"a gəldiyim vaxt azarkeşlərə bir söz vermişdim - qələbədə də, məğlubiyyətdə də qürur duyacaqları bir komanda yaradacağıq demişdim. Allaha şükür, bütün azarkeşlərin qürur duyacağı bir komanda vardı. Bu nəticə növbəti tur üçün kifayət etməyə bilər, amma qələbə üçün kifayət etdi".

Baş məşqçi Çempionlar Liqasının finalını görməyi çox istədiyini söyləyib. Bir jurnalistin "Əsas məsələ "Qalatasaray"ın, yoxsa Terimin finalı görməsidir?" sualına cavab verən təcrübəli idman mütəxəssisi bildirib ki, əsas məsələ "Qalatasaray"ın finalda oynamasıdır: "Başqa komandayla Çempionlar Liqasının finalını görmək də mənə qürur verir. Amma "Qalatasaray"la birlikdə finalda oynayıb qazanmaq istəyirəm. Heç bir zövq məni bu qədər xoşbəxt edə bilməz".

TRT

 





10.04.2013    çap et  çap et