525.Az

"Qalatasaray"ın kassası dolub daşdı


 

"Qalatasaray"ın kassası dolub daşdı<b style="color:red"></b>

"Qalatasaray" Çempionlar Liqasının dörddə-bir final mərhələsini keçə bilmədi, amma bu mərhələyə gələnə qədər kassasını doldurdu.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, Çempionlar Liqasında birbaşa iştirak edərək 8,6 milyon avro alan komanda "Fənərbağça"nın qrup mərhələsinə keçə bilməməsi səbəbilə 10 milyon avroluq Türkiyə yayım hovuzunun gəlirlərinə də təkbaşına sahib olub.

"Qalatasaray" qrup matçlarında əldə etdiyi 3 qələbə, 1 bərabərlik üçün 3,5 milyon və turu keçdiyi üçün əlavə 3,5 milyon avro qazanıb.

"Şalke 04"ə qalib gələrək 1 milyon avroluq qələbə mükafatı alan "Qalatasaray" dörddə-bir finala çıxdığı üçün də 3,9 milyon avronu kassasına qoyub.

Dörddə-bir finalda ilk matçda məğlub olan Türkiyə təmsilçisi "TT Arena" "Real Madrid"i 3:2 hesabıyla məğlub etməsi sayəsində daha 1 milyon avro qazanıb.

Beləliklə, "Qalatasaray" bu il Çempionlar Liqasından 31, 5 milyon avro qazanıb.

 





10.04.2013    çap et  çap et