525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 1876-cı il. Amerikanın görkəmli yazıçısı, daha çox sərgüzəştlərlə dolu hekayə və romanların müəllifi Cek Londonun doğum günüdür (1876-1916).
 
1907-ci il. Sovet alimi, kosmik raket texnikası üzrə konstruktor, kosmik tədqiqatlar təşkilatçısı Sergey Korolyovun doğum günüdür (1907-1966).

Onun rəhbərliyi altında kosmik uçuşlar üçün raketlər və gəmilər hazırlanırdı, onun ideyaları ilə sovet kosmik tədqiqatlarınıın istiqaməti müəyyənləşdirilirdi.
 
1936-cı il. Görkəmli Latviya bəstəkarı Raymond Pauls anadan olub.

O, Rusiya estradasının ulduzu Alla Puqaçovanın repertuarındakı çox populyar “Maestro”, “Starinnıye çası”, “Million alıx roz”, “Bez menya” və digər mahnıların müəllifidir, həmçinin Valeri Leontiyev, Layma Vaykule kimi estrada ulduzları ilə çalışıb.
 





12.01.2017    çap et  çap et