525.Az

Tramp Meksika ilə sərhəddə divar çəkmək niyyətini təsdiqlədi


 

Tramp Meksika ilə sərhəddə divar çəkmək niyyətini təsdiqlədi<b style="color:red"></b> ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar çəkmək niyyətini təsdiqləyib.
 
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu D.Tramp Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bəyan edib.
 
“Mən gözləmək istəmirəm. Bir il və yaxud il yarım. Divarın tikintisinə tezliklə başlanılacaq. Meksikanı ABŞ-dan istifadə etdiyinə görə qınamıram. Meksika xalqını sevirəm, bir çox meksikalı şirkətlərimdə çalışıb, onların hamısı gözəl insanlardır”, deyə D.Tramp bildirib.
 
Qeyd edək ki, noyabrda D.Tramp üç milyonadək qeyri-qanuni mühacirin ABŞ-dan deportasiya ediləcəyini bəyan etmişdi, mühacirlərin qarşısının alınması üçün isə ABŞ-Meksika sərhədində divar çəkilməsinin zəruriliyini vurğulamışdı.
 





12.01.2017    çap et  çap et