525.Az

Türkiyə parlamentində yenə dava: xəsarət alanlar var


 

Türkiyə parlamentində yenə dava: <b style="color:red">xəsarət alanlar var </b> Türkiyə Böyük Millət Məclisində Konstitusiyaya dəyişikliklər layihəsinin müzakirəsi zamanı yenə dava baş verib.
 
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, insident 5-ci maddənin müzakirəsi zamanı baş verib.
 
Müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri parlamentin kürsüsünü ələ keçirib. Bundan sonra hakim Ədalət və İnkişaf partiyasından (AKP) olan deputatlar CHP-çiləri kürsüdən uzaqlaşdırmağa çalışıblar.  İki partiyanın millət vəkilləri arasında dava düşüb, bir neçə millət vəkillərinin yaralandığı bildirilir.
 
Gərginlik aradan qaldırılandan sonra maddə qəbul olunub. Maddənin lehinə 343, əleyhinə isə 7 səs verilib. Cümhuriyyət Xalq Partiyasından olan deputatlar səsvermədə iştirak etməyiblər
 





12.01.2017    çap et  çap et