525.Az

AŞPA həmməruzəçiləri Bakıdadır


 

AŞPA həmməruzəçiləri Bakıdadır<b style="color:red"></b> AŞPA-nın Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda Azərbaycana gəlib.
 
Bu barədə APA-ya Avropa Şurasının Bakı nümayəndəliyindən məlumat verilib.
 
Yanvarın 14-dək davam edəcək səfər zamanı onlar Azərbaycan prezidenti, parlamentin spikeri, ədliyyə və daxili işlər nazirləri, Prezident Administrasiyasının rəhbəri, Ali Məhkəmənin sədri, baş prokuror, Vəkillər Kollegiyasının rəhbəri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşəcəklər.
 
Həmməruzəçilərin vətəndaş cəmiyyətinin təmsilçiləri, parlamentdə təmsil olunmayan siyasi partiyaların üzvləri ilə görüşləri də nəzərdə tutulur.
 





12.01.2017    çap et  çap et