525.Az

Messi Kumana çatdı


 

Messi Kumana çatdı<b style="color:red"></b>

İspaniya kubokunun 1/8 finalında "Atletik"lə cavab oyunu "Barselona"nın futbolçusu Lionel Messi üçün əlamətdar olub.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, matçln 78-ci dəqiqəsində fərqlənən argentinalı hücumçu "Barsa"da cərimə zərbəsindən vurduğu qolların sayını 26-ya yüksəldib. Bununla da o, klub tarixində ən çox cərimə zərbəsindən fərqlənən Ronald Kumana çatıb.

R.Kuman özünün "Tvitter" səhifəsindən L.Messini bu münasibətlə təbrik edib.

 





12.01.2017    çap et  çap et