525.Az

Cəbhədə monitorinq keçirildi


 

Cəbhədə monitorinq keçirildi<b style="color:red"></b> ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 12-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib.
 
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.
 
Monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi mayor Cavit Elyas, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində şəxsi nümayəndənin səhra köməkçisi Piter Şvedberq və YSPQ-in rəhbəri polkovnik Hans Lampalzer keçiriblər.
 





12.01.2017    çap et  çap et