525.Az

Fransanın ən böyük məscidi (FOTO)


 

Fransanın ən böyük məscidi (FOTO)

Fransanın indiyə qədər tikilmiş ən böyük məscidi bu gün Strasburqda istifadəyə verilib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, tİkintisinə 20 il əvvəl başlanan məscidin inşasına 10 milyon yarım avro xərclənib. Məscidin tikilməsi üçün əsas maliyyə üç müsəlman ölkəsindən-Mərakeş, Səudiyyə Ərəbistanı və Küveytdən gəlib. Bundan başqa ilk dəfə olaraq məscidin tikintisi üçün Fransa ictimaiyyəti də çəkilən xərcin 26 faizini ödəyib.

Məscidin ibadət salonunda eyni anda 1500 adamın namaz qılması üçün imkan yaradılıb. 16 metrlik gümbəzi olan məscidin siyasi səbəblərə görə minarəsi yoxdur. Əsasən mərakeş əsillilərin və Mərakeş dövlətinin rəhbərlik etdiyi məsciddə xütbələrin fransızca oxunacağı bildirilib.

Fransa xarici işlər naziri Manuel Valls isə öz növbəsində müsəlmanlara dəstək mesajlar göndərib. "Mən bir də istiyirəm ki, fransız həbsxanalarında çalışan müsəlman din adamları və tamamilə fransız maliyyəsiylə ilə tikilən məscidlər olsun". Nazir bildirib ki, fanatizmlə mübarizənin ən yaxşı silahları elə İslam dininin özündə var.

 

 





28.09.2012    çap et  çap et