525.Az

"Google Earth"ə qarşı "Bəsir"


 

"Google Earth"ə qarşı "Bəsir"<b style="color:red"></b>

İranın rabitə və texnologiya naziri Məhəmməd Həsən Nami "Bəsir" adlı "Google Earth"ə bənzər xəritə proqramı yaradacaqlarını bildirib.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, Nazir 1996-cı ildə qurulan və 2 min terabaytlıq məlumat mərkəzinə sahib olan "Google Earth"in kənardan bəsit bir xidmət saytı kimi göründüyünü, amma əslində Qərbin kəşfiyyat xidmətlərinə məlumat təmin edən bir sistem olduğunu iddia edib. Həsən Nami bunun qarşılığında "Bəsir" adlı xəritə və yer müəyyənləşdirmə layihəsini 4 ay içərisində tamamlayacaqlarını bildirib.

İranlı nazir "Bəsir" layihəsi sayəsində bütün ölkələrə islam nöqyeti-nəzərindən xidmət verəcəklərini deyib: ""Google Earth" və "Wikipedia" kimi qərb mənşəli saytların əsas məqsədi digər ölkələrin məlumatlarını ələ keçirərək bunların üzərindən gəlir əldə etməkdir. Bizim hədəfimiz isə maddi mənafe güdmədən dünya xalqlarınə həqiqətə yaxınlaşdırmaqdır".

 





11.04.2013    çap et  çap et