525.Az

“İrəli” “Gənc Əkinçi-2” layihəsinə start verdi


 

“İrəli” “Gənc Əkinçi-2” layihəsinə start verdi<b style="color:red"></b>

Bu gün Gənclər Fondunun dəstəyi ilə “İrəli” İctimai Birliyi “Gənc Əkinçi-2” layihəsinin icrasına başlayıb.

Təşkilatdan verilən məlumata görə, “İrəli”nin gənc jurnalistlərin iştirakı ilə həyata keçirdiyi yay və qış məktəbləri öz uğurlu nəticələri ilə hər zaman diqqət çəkib.

“Gənc Əkinçi-2” gənc jurnalistlər üçün peşəkarlıq dərəcələrinin artırılması, yeni əlaqələrin qurulması, o cümlədən, asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaradacaq. Əsas hədəflərindən biri də milli mətbuatımızın ilk nümunəsi olan tarixi “Əkinçi” qəzetinin yaşadılması və gənclər arasında təbliğidir.

“Gənc Əkinçi” Akademiyasının açılış mərasimində Azərbaycan Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov qeyd edib ki, hər bir xalqın inkişafında milli mətbuatın böyük rolu var: “Jurnalist fəaliyyətinin ən üstün cəhəti xalqın gördüyü işi ölkə daxilində və xaricində işıqlandırmaqdır”.

Bakı Dövlət Universitetinin dekanı, İctimai Televiziya və Radio yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli jurnalist peşəsinin çətinliyi, jurnalist etikası mövzusunda fikirlərini bölüşüb, Milli mətbuatımızın əsası olan “Əkinçi” qəzetindən başlayaraq mətbuat tariximizə toxunub.

Daha sonra isə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev çıxış edib.

Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov isə gənclərə hər zaman dəstək olduqlarını bildirib və bu kimi layihələrin keçirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, 2015-ci ilin iyul ayının 22-də, 4000 tirajla Gənc Əkinçi qəzetinin ilk nömrəsi çapdan çıxıb və bu milli mətbuat günümüzdə reallaşıb. Layihənin davamı olaraq həyata keçirilən akademiyada formalaşan yeni gənc jurnalistlər komandası ilə “Gənc Əkinçi” qəzetinin növbəti nəşrlərinin çap olunmasını hədəflənib.

Xatırladaq ki, “Gənc Əkinçi” Akademiyası ilk dəfə 2015-ci ildə İsmayıllı rayonunda baş tutub.

Ceyhun ABASOV

 





25.01.2017    çap et  çap et