525.Az

Dəyişən zamanda dəyişməyən həqiqətlər romanı


 

Dəyişən zamanda dəyişməyən həqiqətlər romanı

Şamil VƏLİYEV,

filologiya elmləri doktoru,

professor

(davamı)

Yunus
Oğuz Əmir Teymuru ümumtürk dahisi, dövlət xadimi, müdrik şəxsiyyət kimi qiymətləndirməklə məhdudlaşmır, onu islamın təməl faktorlarına-ehkamlarına əməl edən inamlı bir şərqli, islamdinin hamisikimi, habelə yeniliyə meylli, milləti dinin müasir həyatla ayaqlaşmasına çalışan mütəfəkkir kimi təqdim edir. Bu isə müasir Azərbaycan vətəndaşının ideya dəyərlərinə, azərbaycançılıq prinsiplərinin tələblərinə, daha dəqiq desəktürkləşmək, islamlaşmaq, müasirləşməkdüsturuna tam uyğun gəlir. Həmin üçlü prinsipə əsaslanan düsturun müasir müstəqil Azərbaycan dövlətinin bayrağında üç rənglə rəmzləşdiyini nəzərə alsaq yazıçı Yunus Oğuzun vətəndaşlıq mövqeyi haqqında birmənalı fikir söyləmək olar.

Yazıçının tarixə bədii ekskurslarındakı obyektivliyin, hadisələrin cərəyan etdiyi möhtəşəm coğrafiyada Azərbaycan həqiqətlərinə həssas münasibətin, ümumtürk dəyərlərinə ehtiramın roman boyunca qorunması deyilənlərə parlaq sübutdur.

O deyir: “Əlincə qalası on bir ildən çox idi ki, teymurilər tərəfındən mühasirədə idi. Əmir Teymur Azərbaycanın cənub torpaqlanı öz imperiyasının tərkibinə qatdıqdan sonra 1387-ci ildə Naxçıvandakı Əlincə qalasına yaxınlaşmış, burada İlyas Xoca naxçıvanlıların müqavimətini çətinliklə qıra bilmişdi. Naxçıvanın məhz Gərni Sürməli isteh-kamları dağıdıldıqdan sonra Əlincə qalası mühasirəyə alınmışdı.

Bu qala Əlincə çayı sahilində yüksək sıldırım qaya üzərində salınmışdı. Qalaya yalnız şərq qərb tərəflərdən iki yol vardı. Ancaq onlar da çox dar yoxuşlu idi. Qalanın divarları bürcləri çox möhkəm tikilmişdi. Qalanın üstündən Naxçıvanın düzən yerləri görünür, bu onu daha əhəmiyyətli edirdi. İlanlı dağı ilə üzbəüz duran Əlincədən havanın dumansız-çənsiz vaxtı Ağrıdağı da görmək mümkün olurdu. İstehkam hasarlarının içərisində dağın döşündə üzümlüklər, bağ əkin yerləri, otlaqlar, çoxlu su  mənbələri salınmışdı. Qalanın uzunmüddətli mühasirəyə davam gətirməsi üçün su anbarları, ovdanlar tikilmiş, quyular taxılla doldurulmuşdu. Cəlalilər qalanın əhəmiyyətini nəzərə alaraq, onu həmişə daha da möhkəmləndirirdilər. Teymur Azərbaycana yürüş edəndə Sultan Əhməd cəlalilərin xəzinəsini, ailəsini, yaxınlarını oğlu Əmir Tahiri Əlincə qalasına göndərib, qalanın rəisliyini Əmir Altuna tapşırmışdı.

Əmir Altun neçə illərdi ki, Əlincəyə rəhbərlik etdiyindən, qalanın gizli yollarını, hər künc-bucağını, hər dolanbacını gözübağlı tanıyırdı” (“Zirvəyə doğru”, s.341-342).

Romanlarında tarix həqiqətləri onların mahiyyətindəki dramatizm elementlərinə meyl göstərən Yunus Oğuz gerçəklər xəyallar olmuşlar olacaqlar haqqında bədii düşüncələrini millət, xalq vətən taleyi ilə bağladığına görə onun əsərləri böyük maraqla oxunur. Çünki o tarixin sosial-fəlsəfi mahiyyətini təhlil yolu ilə müasir həqiqətlərin şərhini verməyi vacib sayır, bu gündə tarixi, tarixdə bu günü görməyi bacarır.

Yazıçının romanlarında bir əhəmiyyətli cəhət ondan ibarətdir ki, o kütləvi səhnə mənzərələrin yaradılmasında mahirdir. Yunus Oğuz Əmir Teymurun ordusunun manevrlərini, fərdi kütləvi döyüş prosesini elə aydın təsvir edir, elə detallarla verir ki, onlar bütün tərəfləri ilə yadda qalır. Bu baxımdan Əmir Teymurun Hindistana yürüşü Ankara vuruşu ən yüksək zirvəni təşkil edir. Yazıçı hökmdarın döyüş hazırlığı, onu idarə etməsi, prosesi başa çatdırması nəticələr haqqında yalnız müfəssəl məlumat verir, həm epik lövhələr yaradır, ordugahın-əsgər düşərgələrindəki əhval-ruhiyyənin, psixoloji durumun belə fərqinə varır, döyüşən tərəflərin qüvvələrindəki tənasübü izah edir, onların doğurduğu tarixi dramatizmi aydınlaşdırır. Bu mənada 1402-ci ilin Ankara döyüşü xarakterikdir. Əmir Teymuru İldırım Bəyazid kimi iki qüvvətli təcrübəli türk hökmdarının qaçılmaz müharibəyə düçar olduğunu bildirən Yunus Oğuz yazır:

Tarixi miladdan öncəyə gedib çıxan Ankara qalasının yaxınlığında Bent, İncəsu Çubuk çayları bir-birinə qovuşur. Bu qala hetlərin, romalıların, bizansların səlcuqların zamanında strateji əhəmiyyətli sayılırdı. Qala iki hissəyə bölünürdü; bayır qalalara...

İdırım Bəyazid Əmir Teymurla sonuncu döyüşə çıxmaq üçün qərargahını Ankara qalasında yerləşdirmişdi. O burada boş dayanmır, diplomatik yazışmalar aparır, kəşfiyyatı çuğulları dinləyib göstərişlər verirdi. Rumelindən Anadoludan buraya axın-axın gələn əsgəri bölükləri qala ətrafında müxtəlif istiqamətlərdə yerləşdirirdi. O, əsgərlərin sərkərdələrinə, ordunun qorxubilməz qartal şahinlərinə, dəniz sahillərində yerləşən alicənab döyüşkən süvarilərə, Qaraman atlılarına, Matanşa süvarilərinə, Şaruxanın atlı igidlərinə, tümən əmirlərinə, sancaq bəylərinə, Bursa Ədirnə arasındakı bütün şəhər əyalətlərin hakimlərinə, qala oxçularına, yunanlara başqalarına xəbər göndərmişdi ki, bu əmri alan kimi hər kəs işini dayandırıb silahlansın Ankaraya toplaşsınDünyanın hakimi” (s.297).

Tarixi çox qədimlərə gedən nifaq mənəmlik iddiası romanın səhifələrində, mətnaltı qatda, yazıçının təhtəlşüurunda birmənalı qiymətləndirilmir, pislənmir, tənqid olunmur. O əsərin dramatik səhnələrini yaratmağa impuls verir, hadisələrin cərəyanında bütün aydınlığı ilə ifadə olunur. bu mövqedə dayanması yazıçı Yunus Oğuzu Əmir Teymur haqqında yazan digər qələm sahiblərindən fərqləndirir. Hökmdarı mif, nağıl rəvayət pərdəsi arxasından çıxararaq gerçək dastan-roman prinsipləri ilə təqdim edən Yunus Oğuz onuhərb allahı” (Hüseyn Cavid) kimi yox, gözlənilmədən yaranan çətinliklərdən, döyüş vəziyyətindən məharətlə çıxmağı bacaran sərkərdə, ordu başçısı, dövlət rəhbəri, əzabkeş türk, islam təəssübkeşi kimi qiymətləndirir. Lakin qədər bədii ustalıq istedada arxalansa da yazıçının qarşılaşdığı tarix həqiqəti-müharibə qaçılmazdır. Beləliklə, oxucunu tərəflərin döyüş düşərgələri ilə tanış edən Yunus Oğuz bildirir: “Əmir Teymur sağ cinaha şahzadə Ömər Şeyxi, Taş Temur oğlanı, Yusif Moğolı, Xoca Əlini, Dövlət Temuru, Məhəmməd Kavçini, Saray Mülk Tavaçını, Elçi Buğanı, Məhəmməd Tavaçını, Sufi Xəlili, Şeyx Məhəmmədi, Qaramanı, Cahanşahı, sol cinaha isə Cəlal əl-İslamı, Şah Vəli Sevincəyi, Tanrıvermişi, Lukmən Tavaçını, Sultan Barlası, Hacı Seyfəddini, Şeyx Arslanı, Dövlət Xoca Barlası, Seyid Xocanı, Osman Tavaçını başqa bəyləri, şahzadələri, əmirləri təyin etdi. qrdunun avanqardında isə şahzadə Məhəmməd Sultan durdu.

Gətirilən fillərin üstünə zireh çəkildi, köşklər quruldu ən mahir oxçular bu köşklərdə yerləşdirildi.

Rum elinin bütün məşhur döyüşçülərini bəylərini başına toplayan İldırım Bəyazid öz qoşununu sıraya düzdü. Sağ cinah yalnız qara paltarda olan, bütünlükdə zirehə bürünmüş, bu səbəbdən yalnız gözləri görünən iyirmi min serb döyüşçüsünə başçılıq edən Stefana tapşırıldi. Şahzadə Çələbi sol cinaha təyin edildi. Onun oğlanlari İsa, Musa, Mustafa arxada dayandı. Digər bəylər, əmirlərFərəh paşa, İgidbəy, Temurtaş, Xoca Firuz, İsabəy, Həsən paşa, Murad paşa, Əli paşa, Yaqub, Yüsif, Eltarban, Başıaçıq, Eldəgiz başqaları öz yerlərini tutdular. (“Dünyanın hakimi”, s.313-314).

Əmir Teymurun cahangirlik-fatehlik iddialarından daha çox onun haqq, ədalət arzularına, islamın qanunları ilə yaşamaq prinsiplərinə aydınlıq gətirən yazıçı Yunus Oğuz romanda ümumtürk RUH-unu ayrı-ayrı tip, xarakter şəxsiyyətlər miqyasında-ölçüsündə ifadə etmir. Əksinə onu ordu birlikləri, nəsil şəcərəsi Turan coğrafiyasında işıqlandırır. Belə olduğuna görədir ki, hadisələrin axarında Əmir Teymur onun əsgərləri, elçiləri, dilmancları, tacirləri, müttəfiqləri, ordu başçıları, casusları sair özünəməxsus keyfiyyətləri ilə maraq doğururlar. Bu isə romanın təsir gücünü artırır, süjet xəttinin dinamikasını sürətləndirir, hadisələrin çoxşaxəli inkişafını müəyyənləşdirir ziddiyyətlərin artmasına səbəb olur, əsərin dramatik situasiyalarla zənginləşməsinə meydan açır. Bunun ən parlaq ifadəsi isə heç şübhəsiz ki, Ankara uğrunda döyüşə gətirib çıxaran səbəblər əsasında yaranmış ziddiyyət onun təsvirinə, təhlilinə həsr olunan səhifələridir. Yaranmış vəziyyəti ətraflı şəkildə aydınlaşdıran yazıçı vəziyyətin gərginliyini bildirmək üçün yalnız tarixi həqiqətləri, arxiv sənədləri, rəvayət salnamələrdə bildirilən məlumatlara deyil, həm yazıçı təxəyyülünə arxalanaraq geniş meydan hadisələrini işıqlandırır. Bunun üçün döyüşən qrupların obrazını yaratmağı, onların birlikdə vuruşmaq əzmini kütləvi səhnələri canlandırmağı vacib bilən yazıçı deyir: “Əmir Teymur Avnikdə Osmanlı elçilərıni təəccübləndirmək ordunun gücünü göstərmək üçün orduya baxış keçirdi. BunuYer üzündə bu çoxmillətli orduya qarşı heç kim duruş gətirə bilməzfikrini elçilərə aşılamaq üçün edirdi. Ordunun sıralarında kimlər yox idi? BuraTuran əsgərləri”, “Azərbaycan döyüşçüləri”, “Türküstanın bəbirləri”, “Balxşanın pələngləri”, “Dəşt Xatanın şahinləri”, “Moğolların çalağanları”, “Cətənin qartalları”, “Xocəntin ilanları”, “Anadakanın peyğəmbər çiçəkləri”, “Xarəzmin kərtənkələləri”, “Curcanın vəhşi heyvanları”, “Zaqanın qartalları”, “Xazar Şadmanın tazıları”, “Xorasan Mazandaranın şirləri”, “Cilin kaftarları”, vəhşi dağ heyvanları, “Rüstəmdar Talkanın timsahları”, “Xuz Kermanın aspid tayfaları, “İsfahan, Rey Həmədanın canavarları”, “Hind, Sind Multanın filləri”, “Şur əyalətinin qoyunları”, “Qordan dağ kəlləri”, “Şəhrizarın əqrəbləri”, “Əsger-Makram gürzələritoplanmışdılar.

Onlara bir sürü goreşən qullar, türkmən bivecləri, ərəb itləri, fars ağcaqanadlari, atəşpərəst dəstəsi maqlar da əlavə olunmuşdu”. (“Dünyanın hakimis.294).

Yunus Oğuzun yazıçı-vətəndaş kimliyində ortaq türklük ruhu düşüncəsi dominatlıq təşkil etdiyindən romanın hər səhifəsində genetik yaddaşın hadisələri müşayiət etdiyini görürük. Tarixçi-türkoloq alim kimi ictimaiyyətə yaxşı tanış olan Yunus Oğuz türkoloji mənbələrin informasiya bolluğundan istifadə edir, ortaq türklük coğrafiyasındakı toponomik atlas haqqında təfərrüatlı düşüncələr sərgiləyir, qədim dövr türklərinin nəsl şəcərəsi barədə elmi məlumatlarla bədii yaşantılarını vəhdətdə oxucusuna çatdırır. Yazıçının bu romana qədər qələmə aldığı eynitipli əsərləri Attila, Alp Ər Tonqa (Əfrasiyab), Çingizxan kimi dahi sərkərdələr haqqındakı elmi-tarixi yazıları əsas verir ki, o ədəbi qəhrəmanlarını ümumtürk fenomeni kimi təqdim edə bilsin. Bir fikri ayrıca vurğulamaq lazımdır ki, Yunus Oğuzun düşüncələrində tarix yalnıztürklərlə başlayıbromantik müharibə uğurları ilə davam etmir, burada yaşanan ötən günlərin iztirablı, əzablı anları yazıçının maraq mərkəzindədir. Həmin səbəbdəndir ki, Əmir Teymurun hökmdar, sərkədə-strateq, nəsil davamçısı kimi fundamental obrazı əsərin hər səhifəsində görünür. Hökmdarı filosof İbn Xaldunla qarşılaşdıran yazıçı bildirir: “Hökmdar özünə yer tapa bilmədi, ayağa durdu. İbn Xaldun da ayağa qalxdı. Əmir fikirli-fikirli bir qədər zalda gəzişdi, sonra gəlib alimin qarşısında dayandı, onun nurani sifətinə baxdı:


Bu dediklərinin tarixi əsasları, dərin bilgiləri varmı?

  Var, böyük hökmdar! Tarixi bilgilərə görə Nuh peyğəmbərin üç oğlundan birinin adı Yafəs olub. Yafəsin oğlunun adı Qamər, nəvəsinin adı Tork, yaxud Turuk (Türk), nəticəsinin adı isə Toqarmadır. – İbn Xaldun bir qədər susub sonra əlavə etdi. – Mən yəhudilərin arxivində çalışarkən əlimə Xəzər Xaqanının maraqlı məktubu keçdi. Musəvilik dinini qəbul etmiş Xəzər Xaqanı İosif ona Xəzər türklərinin mənşəyi barədə verilən sualın cavabında bildirmişdi: xəzərlər Toqarmanm on oğlundan biri olmuş Xəzərəkin nəslindəndirlər. Onun yazdığı məktubda xəzərlərə qohum olan doqquz sayın adı çəkilir; Uyğur, Yanur, Bulqar, Turis, Savur.- Yenə susdu. Sanki dediklərinin hökmdarın hafizəsinə daha dərin yazılmasını istəyirdi. – Başqa bir tarixi bilgidə göstərilir ki, Türk, Bulqar Xəzər Yafəsin oğullarıdır.

(“Dünyanın hakimis.246-247).

Göründüyü kimi Əmir Teymurun obrazı törəyişdən üzü bəri yaddaş salnaməsi fonunda canlandırılır, onun şəxsiyyət, xarakter milli kimlik cizgiləri yazıçını daha çox cəlb edir. Beləliklə başqalarından fərqli olaraq Yunus Oğuz Əmir Teymuru yalnızbaşkəsən, hərb allahı”, “qəsbkar, qantökən gözçıxaran xinxarkimi deyil, həm milli yaddaşı, dini şəxsi arzuları uğrunda çarpışan gerçək insan kimi təqdim etməyə üstünlük verir, onun dili ilə deyir: “ vaxta qədər baş kəsib qan tökməklə ad çıxaracağıq”. Bu meyl yazıçının Əmir Teymurun öz müəllimi Seyid Beçke, Nəsimi, tacir Ağababa başqaları ilə görüşərkən, eyni zamanda ölkə qalalara hücum ərəfəsi düşünərkən daha qabarıq ortaya çıxır.

Həmin düşüncələrin nəticəsidir ki, Əmir TeymurDiplomatiya bitən yerdə savaş başlayırməntiqi ilə yaşayır inanır ki, “- Qələbə qadın kimidir, o hər zaman sənin olmur... Ancaq onu əldə etməyi saxlamağı bacarmalısan!” (“Zirvəyə doğrus.304).

Nəhayət, Əmir Teymurun tarixi taleyinə işıq salan bu romanın dəyərini qısaca xülasə edərək demək lazımdır ki,

Tarix yaradan şəxsiyyət haqqında epik təhkisi ilə fərqlənən zamandır.

Ortaq türklük tarixini canlandıran bədii salnamədir.

Süjet kompozisiyasında mükəmməlliyi maraq doğuran hadisələrin axarındakı vizual genişliyi, aydınlığı ilə yadda qalan nəsr nümunəsidir.

Yalnız tarixi-təsvir təhlil edən bədii əsər deyil, həm milli xalq həyatına ayna tutan, müəllifinin adını tarixə həkk edən yaradıcılıq məhsuludur.

Çağdaş Azərbaycan nəsrinin inkişafını təsdiqləyən onun xüsusiyyətlərini parlaq şəkildə əks etdirən, klassik dastan poetikası ilə modern nəsr elementlərini birləşdirən romandır.

Dünəndən bu günə körpü salan əsərdir onun onun müəllifi Yunus Oğuz dəyişən zamanda dəyişməyən həqiqətlərin yazarıdır. Çünki yazıçının bu digər romanları da həmin fikri təsdiqləyir.

 





28.09.2012    çap et  çap et