525.Az

“Gənc Əkinçi” Akademiyası davam edir


 

“Gənc Əkinçi” Akademiyası davam edir<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, yanvarın 25-də Qubada “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənc Əkinçi-2” Akademiyasına start verilib.

“İrəli”dən verilən məlumata görə, layihənin ilk günü “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid medianın hazırki vəziyyəti və problemləri, “Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı isə araşdırma jurnalistikası haqqında gənc jurnalistlərə təlim keçiblər.
 
İştirakçılara mediada yeni metod və vasitələrdən istifadə imkanları barədə geniş məlumat verilib.

Daha sonra gənc jurnalistlər arasında keçirilən yazı müsabiqəsində qaliblər müəyyənləşdirilib və bir-birindən dəyərli kitablarla mükafatlandırılıblar.

Layihənin ikinci günü isə “Azərbaycanda keyfiyyətli təhsil modeli” mövzusunda konfrans təşkil edilib. Bu mövzu haqqında təkliflər dinlənilib və təhsildə olan boşluqlar, onların səbəbləri mövzusunda diskusiya aparılıb.

Qeyd edək ki, “Gənc Əkinçi” Akademiyasının üzvləri bir neçə gün ərzində müxtəlif təlim sessiyaları, maraqlı simuliyasiya oyunlarında iştirak edəcəklər.

“Gənc Əkinçi-2” gənc jurnalistlər üçün peşəkarlıq dərəcələrinin artırılması, yeni əlaqələrin qurulması, o cümlədən, asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaradacaq. Layihənin əsas hədəflərindən biri də milli mətbuatımızın ilk nümunəsi olan tarixi “Əkinçi” qəzetinin yaşadılması və gənclər arasında təbliğidir.

Ceyhun ABASOV

 





26.01.2017    çap et  çap et