525.Az

Gülər Əhmədova deputat mandatından imtina edib


 

Gülər Əhmədova deputat mandatından imtina edib

Millət vəkili Gülər Əhmədova deputat mandatından imtina etməsi ilə bağlı parlament rəhbərliyinə ərizə ilə müraciət edib.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya bildirib ki, G. Əhmədovanın müraciətinə baxıldıqdan sonra aidiyyəti üzrə Mərkəzi Seçki Komissiyasına göndəriləcək.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının üzvü olan Gülər Əhmədova parlamentdə 34 saylı Xətai II Seçki Dairəsini təmsil edir.
     

 





28.09.2012    çap et  çap et