525.Az

BƏƏ-nin “Gulf News” qəzetində Azərbaycanla bağlı məqalə


 

BƏƏ-nin “Gulf News” qəzetində Azərbaycanla bağlı məqalə <b style="color:red"></b> Azərbaycanın Dubay və Şimal Əmirliklərindəki Baş konsulluğunun təşəbbüsü ilə BƏƏ-nin nüfuzlu “Gulf News” qəzetində “Azərbaycan müsəlman dünyasına qanadlarını açır” adlı məqalə dərc olunub.
 
Baş Konsulluqdan APA-ya verilən məlumata görə, məqalədə Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında sərəncamının Azərbaycanın əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğu, İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynadığı önə çəkilib, bütün bunların Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratdığı qeyd olunub.
 
Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövründə Azərbaycanında cəmi 17 məscidin fəaliyyət göstərdiyi, hazırda onların sayının 2000-i keçdiyi vurğulanıb. Qeyd olunub ki, həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur, Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunub, Bakıda Cənubi Qafqazın ən böyük məscidi - Heydər məscidi inşa edilib.
 
Məqalənin redaktoru Aşfaq Əhməd Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı, İSESCO, habelə müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmasını, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etdiyini yazıb. O qeyd edib ki, Azərbaycanda tolerantlıq mühitinin təşəkkül tapması, multikulturalizm, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulması, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verməsi ölkənin böyük uğurlarının bir hissəsidir.
 
Yazıda dünyanın IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçiriləcəyi də qeyd olunub.
 





06.02.2017    çap et  çap et