525.Az

Hakan Şükür və Rüştü Rəçbər Bakıya gəlir


 

Hakan Şükür və Rüştü Rəçbər Bakıya gəlir<b style="color:red"></b>

Futbol üzrə Türkiyə milli komandasının sabiq üzvləri Rüştü Rəçbər və Hakan Şükür Bakıya gələcək. Bu haqda Lent.az-a məşhur qapıçı və hücumçu ilə danışıqları aparan “Bakı” klubu prezidentinin müşaviri Tunc Afşar məlumat verib.

O bildirib ki, Rüştü və Hakan Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Azərbaycan və dünya yığmaları arasında yoldaşlıq görüşündə iştirak üçün ölkəmizə təşrif buyuracaq. Həmin görüş mayın 1-də Bakıdakı “Bayıl Arena”da təşkil olunacaq. Daha öncə Türkiyə millisinin hazırkı baş məşqçisi Abdullah Avcının da bu oyunda iştirakı dəqiqləşib.

Qeyd edək ki, 40 yaşlı Rüştü Rəçbər oyunçu karyerasına ötən il yekun vurub. O, karyerası ərzində “Antalyaspor”, “Fənərbağça”, “Barselona” və “Beşiktaş”da çıxış edib. 1994-cü ildən şərəfini qoruduğu Türkiyə millisində 2002-ci ilədək 120 rəsmi matça çıxıb. 2003-cü ildə dünyanın ən yaxşı qapıçısı seçilib. Hakan Şükür isə daha zəngin karyeraya malikdir. O, “Sakaryaspor”, “Bursaspor”, “Qalatasaray”, “Torino”, “İnter”, “Parma” (İtaliya), “Blekbern” (İngiltərə) klublarında çıxış edib. 2000-ci ildə “Cim-Bom”un heyətində UEFA Kubokunu qazanıb. 1992-ci ildən çıxış etdiyi Türkiyə millisində 2007-ci ilədək 112 matçda 51 qol vurub. Yığma karyerasına 2007-ci ildə, futbolçu karyerasına isə 2008-ci ildə son qoyub. Hazırda Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkilidir. Həm Rüştü Rəçbər, həm də Hakan Şükür 2002-ci ildə “ay-ulduzlular”ın heyətində dünya çempionatının bürünc medalını qazanıb. Onlar futbolçu qismində də vaxtilə Bakıda olublar.

 





18.04.2013    çap et  çap et