525.Az

Gerasimov-Danford görüşündə müzakirə edilən məsələlər


 

Gerasimov-Danford görüşündə müzakirə edilən məsələlər <b style="color:red"></b> Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danfordla görüşü barədə məlumat yayıb.
 
Nazirliyin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, görüşdə tərəflər Rusiya-ABŞ münasibətlərinin hazırkı vəziyyətini, Avropa, Yaxın Şərq, Şimali Afrika və digər regionlarda beynəlxalq təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.
 
Söhbət zamanı hərbi fəaliyyətin təhlükəsizliyinin artırılması ilə bağlı birgə işin, habelə gərginlik və insident risklərinin azaldılmasının istiqamətləri müəyyən edilib.
 
Görüşdə təmasların davamı barədə razılıq əldə olunub.
 





17.02.2017    çap et  çap et