525.Az

Məmmədyarov və Nalbandyan Münhendə görüşdülər


 

Məmmədyarov və Nalbandyan Münhendə görüşdülər<b style="color:red"></b> Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və onun erməni həmkarı Edvard Nalbandyan arasında Münhendə görüş baş tutub.

APA-nın “Novosti-Armenya”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Facebook” səhifəsində Ermənistan XİN-nin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan yazıb.
 
T.Balayan, görüşün ATƏT Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə baş tutduğunu bildirib.
 
Görüşün digər təfərrüatları açıqlanmır.
 
Danışıqlar Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilir.
 
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında sonuncu görüş 2016-cı ilin dekabrında Hamburqda baş tutub.
 





17.02.2017    çap et  çap et