525.Az

İsa Həbibbəyli italiyalı professorlarla görüşdü


 

İsa Həbibbəyli italiyalı professorlarla görüşdü<b style="color:red"></b>

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəylinin İtaliya Beynəlxalq Telematika Universitetinin professorları Nikola Paravati və Marko Demarko ilə görüşü olub.

Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli Azərbaycanda elm və təhsil sahəsində aparılan islahatlardan, bu sahələrə göstərilən dövlət qayğısından söz açaraq ölkə alimlərinin, xüsusilə də gənc tədqiqatçıların beynəlxalq layihələrdəki fəal iştirakından danışıb.

İtaliya Beynəlxalq Telematika Universitetinin professorları Nikola Paravati və Marko Demarko informasiya texnologiyaları üzrə ali təhsil və peşə hazırlığı sahəsində birgə əməkdaşlığa xüsusi əhəmiyyət verdiklərini qeyd edərək Avropa Birliyinin dəstəyi ilə "Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ətraf mühit səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavrı" mövzusunda layihəyə qrant ayrıldığını vurğulayıblar. Qeyd olunub ki, layihənin əsas məqsədi əyani və distant təhsil formatında müvafiq peşə bakalavrı hazırlamaq və istehsalatda çalışan mütəxəssislərin peşə hazırlığını təkmilləşdirməkdir.

Komitə sədri, akademik İsa Həbibbəyli və italiyalı qonaqlar ölkə alimlərinin elm və təhsil sahəsində qarşılıqlı əlaqələrinin perspektivlərindən, peşə təhsili üzrə təcrübənin öyrənilməsindən danışıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə Elm və təhsil komitəsinin əməkdaşları, həmçinin Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor Həsən Hüseynov iştirak ediblər.

 





17.02.2017    çap et  çap et