525.Az

Kerri universitetdə müəllimlik edəcək


 

Kerri universitetdə müəllimlik edəcək<b style="color:red"></b> ABŞ-nın sabiq dövlət katibi Con Kerri bitirdiyi universitetdə müəllimlik edəcək.
 
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, o, yeni tədris ilindən Yel Universitetində proqramların birinin kuratoru olacaq.

C. Kerrinin tədris edəcəyi kurs qlobal problemlərin həllinə aiddir.
 
O, avtoritar rejimlər, ekstremizm, iqlim dəyişiklikləri  və süquta uğramaqda olan dövlətlər barədə seminarları aparacaq.
 
Qeyd edək ki, C. Kerri 1966-cı ildə Yel Universitetini bitirib. O, 2013-2017-ci illərdə ABŞ dövlət katibi postunu tutub.
 





17.02.2017    çap et  çap et