525.Az

İspaniya kralının bacısının ərinə 6,3 il həbs cəzası verildi


 

İspaniya kralının bacısının ərinə 6,3 il həbs cəzası verildi<b style="color:red"></b> İspaniya kralının bacısının ərinə 6 il 3 ay həbs cəzası verilib.
 
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, maliyyə fırıldağında ittiham olunan İnyaki Urdanqarin barəsində qərarı Palma-de-Malyorka şəhər məhkəməsi verib.
 
İ. Urdanqarinin həyat yoldaşı, İspaniya kralının bacısı Kristina de Burbon həmin maddə ilə günahsız hesab olunaraq sərbəst buraxılıb.
 
Kristina 265 min avro, onun həyat yoldaşı isə 512 min avro məbləğində cərimələnib. Prokurorluğun qənaətinə görə, Urdanqarin ailəsi və biznes tərəfdaşı Dieqo Torresin başçılıq etdiyi ictimai təşkilat Balevar adaları və Valensiya büdcəsindən böyük həcmdə vəsait cəlb edib. Müxtəlif idman tədbirlərinin keçirilməsi üçün yerli hakimiyyət orqanları ilə bağlanan müqavilələrin dəyəri bilərəkdən şişirdilib və pul sonra şəxsi şirkətlərin hesabına köçürülüb. İctimai təşkilatın bu üsulla azı 6 milyon avro pul mənimsədiyi bildirilir.
 





17.02.2017    çap et  çap et