525.Az

Google fərdi məlumatlar toplamasına görə cərimələndi


 

Google fərdi məlumatlar toplamasına görə cərimələndi<b style="color:red"></b> Almaniya Google şirkətini istifadəçilərin fərdi məlumatlarını toplamasına görə 145 min avro cərimələyib.
 
TASS-Telekom-un məlumatına görə, Hamburq İnformasiya Mühafizəsi üzrə Dövlət Agentliyi Google şirkətinə məxsus Street View servisi üçün fotoşəkillər çəkən avtomobilin köməyi ilə mühafizəsiz simsiz şəbəkələrdən istifadəçi məlumatlarını toplaması ilə bağlı qərar çıxarıb. İstifadəçi parolları, elektron poçt ünvanları və fotoşəkillər daxil olmaqla məlumatlar 2008-2010-cu illər arasında yığılıb.
 
Öz növbəsində Google şirkəti qeyd edir ki, heç vaxt istifadəçilərin fərdi məlumatlarını özündə saxlamayıb.
 
Qeyd edək ki, oxşar pozuntulara görə şirkət 2011-ci ildə Fransa hüquq tənzimləyiciləri tərəfindən 100 min avro məbləğində cərimə olunmuşdu.
 





23.04.2013    çap et  çap et