525.Az

Britaniya generalının Bakı gündəlikləri


 

Britaniya generalının Bakı gündəlikləri

(Bakının azad edilməsinin 94 illiyinə həsr olunur)

(Əvvəli ötən şənbə saylarımızda)

 

Vəziyyətin ağırlığına baxmayaraq Sentrokaspi rəsmiləri Denstervilin hələ bir müddət İranda ləngiyərək daha böyük hərbi güc toplamasını məqbul sayırdılar: “Onların belə bir sarsaq fikri vardı ki, qüvvələr hamısı gəlib çatana qədər Ənzəlidə gözləyim, sonra Bakıya gəlim təntənəli şəkildə şəhərə daxil olum. Onlar hesab edirdilər ki, əgər ingilis generalı bir ovuc əsgərlə gəlsə, bu yerli əhaliyə son dərəcə pis təsir göstərəcək, adamların mübarizə əhval-ruhiyyəsinin  yerli-dibli yox olmasına gətirib çıxaracaq.”- deyə Denstervil gündəliyində yazırdı.

Lakin xəyalpərvərdiktatorlardanfərqli olaraq Denstervil öz imkanlarından daha yaxşı xəbərdar idi. Ona görə həyatının ən böyük işlərindən birini təxirə salmaq niyyətində deyildi. Bakıya səfər hazırlıqlarının vüsət aldığı günlərdə o,  qərargahınıKrogergəmisinə köçürmüşdü. Cənubi Afrika Respublikasının holland əsilli prezidentinin adını daşıyan həmin gəmidə çar Rusiyasının üç rəngli bayrağı qaldırılmışdı. Bu simvolika yerli inqilabçıların - Ənzəlidəki hərbi-inqilab komitəsinin xoşuna gəlməmişdi. Bolşevik nümayəndə heyəti general Denstervilin yanına gələrəkəksinqilabi hərəkətinqarşısını almağı tələb etmişdi. Öz növbəsində general da bolşeviklərə heç bir rəğbətinin olmadığını əsas gətirərək qırmızı sovet bayrağı altında üzməyəcəyini bildirmişdi. Uzun mübahisədən sonra tərəfər kompromisə gəlmişdilər: gəmidə tərsinə asılmış köhnə rus bayrağı qaldırmaq qərara alınmışdı. heç kəs rənglərin bu şəkildəki düzümü nəticəsində rus bayrağının serb bayrağına çevirdiyinin fərqinə varmamışdı. Beləliklə, Bakıda qaldığı bir ay ərzində Denstervilin qərargah gəmisində qəribə bir təsadüf nəticəsində serb bayrağı asılmışdı.

 

İngilislər Bakıda

 

İngilis generalı indiyə qədər sularında Britaniya gəmilərinin şırım açmadığı yeganə dənizdə - Xəzər dənizində holland əsilli Cənubi Afrika prezidentinin adını daşıyan gəmidə serb bayrağı altında inqilabçı rus şəhərindəki erməniləri türk əsarətindən xilas etmək üçün fars limanından  yola düşürdü” - deyə Denstervil  gündəliyində özünün anlaşılmazlıqlar məcmusuadlandırdığı  yuxarıda izahı verilən səfər qəribəliklərinə aydınlıq gətirmişdi. 

Avqustun 17-, günün ikinci yarısında Densterforsun əsas qüvvələri Bakıya varid oldu. “Krogergəmisi dəniz limanının qərb səmtində, indiki Azneft meydanı yaxınlığında,  Qafqaz Merkuricəmiyyətinin anbarları ilə üzbəüz lövbər saldı. Gündəlikdəki qeydlərdən göründüyü kimi, Bakı çağırılmamış qonaqları şiddətli xəzri ilə qarşılamışdı. Göyərtəyə qalxan polkovnik Keyvort vəziyyətlə bağlı qısa raport verdi. Lakin ingilislərin gəlişi xüsusi şadlıq əhval-ruhiyyəsi yaratmamışdı. Denstervili qarşılayan Sentrokaspi hökumətinin beşdiktatoru”, ələlxüsus da erməni Milli Şurasının üzvləri ilk andan pərtliklərini gizlədə bilməmişdilər. Onlar şəhərə çoxlu ingilis əsgərinin, silah sursatın gətiriləcəyini gözləyirdilər. Ümidlərin doğrulmaması həm yeni müttəfiqlərə, həm birgə mübarizənin gələcəyinə böyük inamsızlıq yaratmışdı. Şaumyanın oğlu, tarixçi Levon Şaumyanın yazdığına görə, general Denstervil pərtlik ümidsizlik əhval-ruhiyyəsinin britaniyalıları xilaskar missiyasında görən şəhər əhalisi (təbii ki, yerli azərbaycanlılar qətiyyən bu kateqoriyaya daxil deyildi) arasında yayılmaması üçün bicliyə əl atmışdı. Qüvvələrin say etibarı ilə çoxluğu illüziyasını yaratmaq məqsədi ilə hərbi hissələrə eyni küçələrdən dönə-dönə  keçmək əmr olunmuşdu...

Bakıda keçirdiyi ilk gün Denstervildiktatorlarabir saatlıq audensiya verdi. Qərargah, hərbi qospital, zabit yataqxanası kazarmalar üçün seçilmiş binalarla tanış oldu. İngilislərin qərargahıAvropaotelində  (sovet hakimiyyəti illərində Göy göladı altında   mehmanxana kimi istifadə olunurdu - V.Q.), bəzi xidmətlər isə yaxınlıqdakıMetropolotelində (indiki Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinin binası - V.Q.) yerləşmişdi. Hər iki bina öz gözəlliyi, möhtəşəmliyi, daxili tərtibatının zənginliyi ilə generalı heyran buraxmışdı. Bakı buxtasında lövbər atmışKrogergəmisində ingilis generalının mənzil-qərargahı vardı. O, əsasən burada qalırdı. Lakin gəmidə gecələməsinin təhlükə yaranan anda dərhal qaçmaq imkanı ilə əlaqələndirilməsi haqda şaiyələr yayılanda Denstervil bütöv bir həftəni atəş altındakıAvropaotelində keçirməli olmuşdu.

Ümumiyyətlə, Bakıya düşdüyü ilk saatlardan Denstervil həqiqətən neft milyonlar səltənətinəayaq basdığının fərqinə varmışdı. “Bakının dənizdən görünüşü çox əzəmətlidir. - deyə o, yazırdı. - Sahil küçəsindəki evlərin hamısı alman arxitekturasına müəyyən üstünlük verilməklə ən dəbdəbəli Avropa memarlıq üslubları ilə tikilib. Bakı əla, fundamental binaları olan çox gözəl  şəhərdir. Mərkəzdə qızılı künbəzi üzərində xaçı olan rus kilsəsi yüksəlir”. Nadir ağaclarla süslənən, müharibə şəraitinə baxmayaraq gecələr parlaq işıqlandırılan, “sırtıq qızların xəstə görünüşlü oğlanların artilleriya atəşi sədaları altında gəzməkdən çəkinmədikləriBakı bulvarı da gözəlliyi ilə generalı cəlb etmişdi.

Denstervilin diqqətini çəkən ikinci heyrətamiz Bakı reallığı neft mədənləri  idi. O, təəssüratını belə ifadə etmişdi: “Limana yaxınlaşarkən ilk gördüyümüz Bibi-Heybətin neft mədənləri oldu. Onlar dəniz sahili boyunca, şəhərdən iki mil məsafədə yerləşir. Neft quyuları biri-birinə çox yaxındır. Hamısının üzərində zəruri avadanlıqlar qüllə quraşdırılmışdı. Başqa sözlə, əgər ərazidə min quyu qazılmışdısa, min qüllə vardı. Qüllələr taxtadan tikilmişdi, yanğından qorumaq üçün bayır tərəfdən suvaq  vurulmuş nazik dəmir təbəqədən üzlük çəkilmişdi. Onlar uzaqdan ağacları qurumuş nəhəng sirli  meşəni xatırladırdı”.

Avstriyalı türk müharibə əsirlərinin saxlandıqları Nargin adası da Denstervilin diqqətindən yayınmamışdı. Rəsmi təmaslardan sonra o,  avqustun 18- 19-da polkovniklər Dunkanın Hoskinin müşaiyəti ilə Bayıldan Masazır gölünə qədər uzanan cəbhə xətti, habelə Bakı qoşunlarının döyüş mövqeyi ilə tanış olmuş, araşdırmalar aparmışdı. Gördüyü mənzərələrin ingilis generalında  nikbin duyğular oyatmadığını söyləməyə ehtiyac yoxdur.

Densterforsun tərkibindəki Şimali Stafford alayı şəhərin əsas girişini - Qurd qapısını, Varvik Uorçester batalyonlarının isə Biləcəri istiqamətini qoruması qərara alınmışdı. Döyüş qabiliyyətli ingilis əsgərlərinin sayı 900 nəfərdən çox deyildi. Ona görə bütün cəbhə xətti boyunca bu qüvvələri yerli hərbi hissələr arasında səpələmək zərurəti yaranmışdı. Ön xəttə komandanlıq polkovnik Keyvorta həvalə olunmuşdu. Polkovnik Faviel isə piyada briqadasına rəhbərlik edirdi. Bu vəziyyət sentyabrın 14- qədər dəyişməmişdi.

İngilislər Qafqaz İslam ordusu ilə döyüş şəraitində ilk dəfə avqustun 26-da qarşılaşdılar. Həmin gün onlar Binəqədidə, palçıq vulkanı yaxınlığında türk hücumunu dəf etməyə çalışmışdılar. Denstervilin yazdığına görə dörd dəfə buna müvəffəq olmuşdular. Lakin ehtiyat qüvvə kimi saxlanan iki erməni batalyonu döyüşə getməkdən boyun qaçırdığından sonda mövqeləri buraxıb geri çəkimişdilər. Türk ordusu Bakının azad olunması baxımından mühüm məntəqə sayılan palçıq vulkanı rayonuna nəzarəti ələ almışdı. İngilislər ciddi itki vermişdilər:  3  zabit 70 əsgər öldürülmüş, 35 nəfər yaralanmışdı.

Həmin ərəfədə Denstervil şəhərdə yox idi. O, yalnız ertəsi gün Mirzə Kiçik xanla görüşmək üçün getdiyi Ənzəlidən geri dönmüşdü. Görüş baş tutmamışdı, lakin yeni toplar xeyli sayda dənizçi gətirmək mümkün olmuşdu. Həmin toplarla Xəzərdəki ticarət donanmasını silahlandıraraq türklərə dənizdən müqavimət göstərmək nəzərdə tutulurdu.  Bahalıqdan daim şikayətlənən general bu dəfə Bakıda 20 rubla satılan qarpızları Ənzəlidə 2 rubldan aldığını qeyd etməyi yaddan çıxarmamışdı. Eyni zamanda şəhərin qısa zamanda süqutu ilə bağlı təhlükə artdığından gündəliklərini Həmədana göndərmiş, sonrakı qeydlərini ayrıca bloknotda aparmağa başlamışdı.

Vəziyyətin artıq nəzarətdən çıxmaqda olduğunu görən Denstervil dərhal baş komandan Dokuçayevlə görüşmüşdü. Doğrudur, o gündəliklərində Birinci Dünya müharibəsinin alovlarından çıxmış rus generalının bir tərəfdən erməni Milli Şurası, o biri tərəfdən isə əsgər matros deputatları sovetinin əlində əsir qaldığını etiraf edirdi. Bununla belə yalnız şəhərin deyil, özlərinin taleyinin həll olunduğu məqamda Dokuçayev həmkarlarından daha çox tələbkarlıq qətiyyət gözləyirdi. Sonuncu belə hadisələrin təkrarlanmayacağı ilə bağlı söz vermişdi.

Denstervil iradlarını Sentrokaspi  rəhbərliyinə bildirmişdi. Polkovnik fon der Fless istisna olunmaqla onların heç birinin cəbhə xəttində görünmədiyini, kabinetlərində məlumatları oxumaq, xəritələri öyrənmək yerinə yetirilməyən direktivlər hazırlamaqla günlərini keçirdiklərini sərt  şəkildə diqqətə çatdırmışdı. Burada da  ən qısa zamanda dönüş yaradılacağı vəd edilmişdi.

Lakin hər iki vədin boş söz olduğuna inanmaq üçün uzun müddət gözləmək lazım gəlməmişdi. Sonrakı günlərdə türklər intensiv şəkildə yeni hücum hazırlıqlarına başlamışdılar. Avqustun 31- Binəqədi yüksəkliyi uğrunda döyüşlərə start verilmişdi.  Türklərin hücuma atıldığını görən erməni əsgərləri mövqeləri qoyub qaçmışdılar. Denstervil Digah kəndindəki ingilis bölmələrini təcili şəkildə bura gətirməyə məcbur olmuşdu. Lakin bu manevr fayda verməmişdi. Həmin gün Qafqaz İslam ordusu ağır döyüşlərdən sonra kəndi ələ keçirmişdi. Densterfors iki zabit, 34 əsgər (buraya ölənlər, yaralananlar itkin düşənlər daxil idilər) itirmişdi. İngilislər həmin döyüşdə erməni hərbi hissələrinin  qorxaqlığı xəyanəti ilə üzləşmişdilər.

Denstervil bu münasibətlə yazırdı: “Hadisələrin son dərəcə gərgin şəkil aldığı vaxt şəhərdə mayor Enqelin komandası altındakı yerli batalyonlardan birinə rast gəldim. Bu elə an idi ki, əsgərlər özləri əmr gözləmədən əsla vaxt itirmədən könüllü döyüşə atılmalı idilər. Amma həmin batalyonun döyüşçüləri heç bir şey olmamış kimi arxalarını düşmənə çevirərək şəhərə qayıtmağa başlamışdılar. Mayor Engel iki başqa ingilis zabiti ilə birlikdə onları dayandırmağa çalışmışdı. Nəhayət, dəmiryol xəttinin yaxınlığında istəyinə nail olmuşdu. Lakin bu vaxt yerli batalyon döyüşçülərinin üçdə ikisi artıq özlərini şəhərə çatdırmışdılar”. 

Bakı ətrafındakı möhkəmləndirilmiş müdafiə nöqtələrindən sayılan Binəqədi Digah kəndlərinin türk-Azərbaycan hərbi hissələri tərəfindən tutulması  Denstervilin səbir kasasını doldurdu. General Sentrokaspi diktaturası rəhbərliyinə baş komandan Dokuçayevə ünvanladığı 31 avqust tarixli ultimativ xarakterli məktubda  onları bütün ümidləri ingilislərə bağlayaraq əllərini ağdan-qaraya vurmamaqda təqsirləndirərək yazırdı: “ Bilirsiniz ki, son altı ayda mən Bakının müdafiəsinə yardım göstərmək üçün yollar axtarırdım. İyulun sonunda bolşevik hakimiyyəti devrildi Bakıya dəvət olundum. Həmin dövrdə ixtiyarımda məhdud sayda qoşun hissələri vardı. Lakin İranda cərəyan edən mürəkkəb hadisələrə Kiçik xan hərəkatına görə hətta onların da yalnız az bir hissəsini Bakıya göndərə bildim. Bir müddət sonra Kiçik xanla sülh bağladım sərbəst qalan kontingenti vaxt itirmədən Bakıya göndərdim. Eyni zamanda Bağdadla teleqraf əlaqəsi yaradaraq oradan gələn hərbi hissələrin mütəmadi şəkildə sizin sərəncamınıza verilməsini təmin etdim. Onu da unutmamalısınız ki, Bağdadla Ənzəlinin arası 900 verstdir, yollar pis vəziyyətdədir. Belə yollarla qoşunların hətta avtomobillə hərəkəti çox ciddi çətinliklərlə bağlıdır”.

Daha sonra Denstervil etibarlı mənbələrdən aldığı məlumata görə həmin dövrdə Bakıda 15 000 nəfərlik mütəşəkkil hərbi qüvvənin mövcudluğunu, onların normal təlim görmədiklərini, amma  yetərincə yaxşı silahlandıqlarını şəhəri qorumaq üçün əzmkarlıq göstərməyə hazır olduqlarını yazır. Onun fikrincə, bu şərtlər daxilində artilleriya ilə təchiz edilmiş 2-3 min nəfərlik ingilis hissələri yerli qüvvələrlə əlbir şəraitdə Bakının müdafiəsinə ciddi töhfə verə bilərdi.

Təəssüf ki, Bakı rəhbərliyi əsassız yerə ən azı 16 000 nəfər ingilis əsgərinin gəlməsini gözləyirdi, - deyə Denstervil yazırdı. - Hərbi biliklərinin son dərəcə məhdudluğu ucbatından onlar  bu qədər çoxsaylı qoşun hissələrinin öz silah sursatları, intendant xidməti, geyim, ərzaq ehtiyatı s. birlikdə 900 verst məsafəni qət etmələri üçün necə çox vaxt tələb olunduğunu ağıllarına da gətirmirdilər. Onlar düşünürdülər ki,həmin qüvvələr şəhərin müdafiəsi üçün yetərlidir (əslində bu, həqiqətən belə idi), yerli hissələr isə ön xətdən arxaya çəkilərək hərbi təlimlər keçə bilərlər. Eşitdiyimə görə bizim gəlişimiz şəhər əhalisini dərin kədərə qərq etmiş müttəfiqlərin onları aldatması ilə bağlı söz-söhbət başlanmışdı. Amma əvvəlcədən razılaşdırdığımız kimi qoşunların sayı ilə bağlı məndən heç bir dəqiq rəqəm tələb olunmamışdı”.

Türk ordusu yalnız Bakı uğrunda savaşla kifayətlənmirdi. Həmin günlərdə Həmədan Qəzvin yaxınlığında da britaniyalılara qarşı hücum əməliyyatları aparılırdı. Bu da Denstervilin manevr imkanlarını məhdudlaşdırır, onu Bakıya gətirilməsi nəzərdə tutulan bir sıra hissələri İranda saxlamağa məcbur edirdi. Türklər Bağdaddan qərb istiqamətdə silahı yerə qoymamışdılar. Təsadüfi deyil ki, Bakı savaşının əsas simalarından sayılan Xəlil Paşa iki il əvvəl Bağdad çevrəsində ingilislərə sarsıdıcı zərbə endirmiş qələbə qazandığı yerin  adı ilə tarixəKut-əl Amara qəhrəmanıkimi daxil olmuşdu. Bağdadda türklərin yeni qələbəsi  Densterforsu faktiki mühasirə vəziyyətinə sala bilərdi.

Lakin bununla belə, Denstervil mübarizəni davam etdirmək əzmində idi. O, Bakı rəhbərliyinə yazırdı: “Belə şəraitdə biz müdafiə xəttini daha arxada, dəmir yolundan cənub tərəfdəki yüksəkliklərə qurmalı olacağıq. Yeni  manevr müdafiə xəttini əhəmiyyətli dərəcədə qısaldacaq. Amma bunun da öz üstünlüyü var: tutduğumuz mövqe geriyə çəkilməyimizin son hüdudu olmalıdır, çünki onun əldən verilməsi artıq həm şəhərin itirilməsidir. Bu yeni mövqe türklərə şəhərdən şimala şərqə doğru bütün Abşeron yarımadası tutmağa üç istiqamətdən ürəyi istədiyi vaxt Bakını bombardman etməyə iman verəcək”.

Denstervilin fikrincə, hətta bu şəraitdə şəhəri dəniz limanını qorumaq mümkün idi. Amma bir şərtlə ki, Bakı qoşunları indiyə qədər özlərində çatışmayan zəruri keyfiyyətlərə  yiyələnsinlər: yəni cəsarətlə vuruşmağı həlledici anda döyüş meydanından qaçmamağı bacarsınlar. Əks-təqdirdə Bakının təslimi yalnız an məcələsinə çevriləcək. Bu isə nəticə etibarı ilə çoxlu insan itkisi ilə müşaiyət olunacaq. “Mən öz qoşunlarımla birlikdə sona qədər mübarizə aparmaq niyyətindəyəm. Lakin vuruşmaq istəməyən əsgərlərlə savaş meydanına getmək hədər işdir” - deyə o, məktubuna ümidsizlik notları ilə yekun vurmuşdu.

Avqustun 31- axşam saat 8- general Dokuçayev hərbi şuranın iclasını çağırdı. Britaniyalılar tərəfdən toplantıda Denstervil, polkovniklər Kletterberq Stoks (Bakı qoşunlarının qərargah rəisi kimi o, həm Sentrokaspi hökumətinin təmsilçisi idi), kapitan Brey iştirak edirdi. Bakı hökuməti tərəfdən ordu donanma komandanları,”diktatorlar”, tam tərkibdə erməni Milli Şurası üzvləri, müxtəlif komitələrin nümayəndələri hərbi şuranın iclasına çağırılmışdılar. General Dokuçayevin sözünü tez-tez sıravi əsgər matrosların, hətta mülki şəxslərin kəsdiyi iclasda Denstervil sona qədər otura bilməmişdi. Bu anarxiyaya etiraz əlaməti kimi Hərbi Şuranın iclasını yarımçıq tərk etmişdi.

Sentyabrın 1- təhlükəli vəziyyətlə əlaqədar Bağdaddakı Britaniya ordusu qərargahından general Lyuin aeroplanla bir günlüyə Bakıya gəlmişdi. İki yüksək rütbəli ingilis hərbçisi mövcud situasiyanı müzakirə edərək şəhərin bundan sonrakı müdafiəsini lüzumsuz saymış Densterfors qüvvələrinin Ənzəliyə qaytarılması ilə bağlı qərar vermişdilər. Bu barədə Sentrokaspi diktaturası rəhbərliyini məlumatlandırmaq üçünAvropaotelində fövqəladə toplantı keçirilmişdi. Həmin toplantıda Denstervil iki həftədən bəri ürəyində yığılan bütün narazılıq hiddəti Bakıya ağalıq iddiasında olanlara çatdırmışdı.

Əsas tezislərini gündəliyinə köçürdüyü çıxışında o, demişdi: “Artıq Bakının taleyi ilə bağlı ciddi qərar qəbul etmək vaxtıdır. Güman ümidlər bir tərəfə buraxılmalıdır. Ancaq faktlarla hesablaşmalıyıq. Faktlar belədir: vuruşan yalnız mənim əsgərlərimdir. Onların sayı isə cəmisi 900 nəfərdir. Bundan sonra heç bir əlavə qüvvə olmayacaq. Türklər bütün hücumlardan qalib çıxırlar. Deməli, həlledici savaş üçün özlərində kifayət qədər cəsarət tapan kimi şəhərə girəcəklər.  Dünən generalların planının adi matros tərəfindən rədd edildiyi hərbi şuranın iştirakçısı oldum. Hələ onu demirəm ki, belə planların ümumiyyətlə heç bir mənası yoxdur! Bu gün səhər isə Binəqədi təpəsinin türklər tərəfindən ələ keçirildiyi döyüşü müşahidə etdim. Düşməni oradan vurub çıxarmaq üçün kiçik bir həmlə kifayət idi. Amma əvəzində sizin əsgərlərin arxalarını düşmənə çevirib əllərini ciblərinə qoyaraq Bakıya tərəf yol aldıqlarını müşahidə etməli oldum. Bundan sonra yenidən baş komandanla görüşdüm. Bir daha planları müzakirə etdik. Mənə elə gəlir ki, artıq hər şey aydındır. Yaxşısı budur özünüz fikirləşin:  əgər hücum əmri veriləndə əsgərləriniz həmişə qaçmağa fürsət axtarırsa, xəritələri öyrənməyin, yaxud yeni, möhkəmləndirilmiş istehkamlarla  bağlı müzakirələr aparmağın mənası var? Əgər ordunuz döyüş meydanından qaçmaqdan başqa bir şey bacarmırsa, bu can çəkişməsini uzatmaq dinc əhalinin həyatını daim təhlükə altında saxlamaq nəyə lazımdır? Mən bundan sonra qəhrəman əsgərlərimi boş yerə ölümə göndərmək istəmirəm. Krasnovodska gedəcəyəm, Türküstanda yeni, daha faydalı işə başlayacam. Məsləhətləşmələrinizi davam etdirmək üçün sabah səhərə qədər gözləyəcəm. Dərhal bayraq qaldırın şəhərin təslimi ilə bağlı aşağıdakı şərtləri irəli sürün (amma əvvəlcə mümkün vasitələrlə müdafiə xəttini möhkəmləndirməyi yaddan çıxarmayın): “Əgər 48 saat ərzində bütün qadın uşaqları, eləcə bizim hərbi qüvvələri çıxarmağa imkan yaradırsınızsa, o zaman Bakını heç nəyə zərər toxundurmadan, dağıntılara yol vermədən sizə təslim edirik. Əks-təqdirdə, son patrona qədər vuruşacağıq. İtkiləriniz çox ağır olacaq. Bütün elektrik stansiyalarını Batumiyə neft vuran nasos stansiyalarını partladacağıq. Bu da nəticə etibarı ilə şəhəri ələ keçirməyə göstərdiyiniz bütün cəhdlərin üstündən xətt çəkəcək. Qələbə qazansanız da, tam bir məğlubiyyətlə üzləşəcəksiniz”.

Sentrokaspi diktaturasının rəsmiləri, hərbçilər erməni Milli Şurası üzvləri əvvəlcə Denstervilin dedikləri ilə razılaşsalar da, bütün gecəni davam edən müzakirələrdən sonra fikirlərini dəyişmiş britaniyalılara əks ultimatum göndərmişdilər. Sentrokaspidiktatorlarınınhamısı tərəfindən imzalanan həmin sənəddə deyilirdi: “Qorxaq təklifə etirazımızı bildiririk. Vəziyyət nəzarət altındadır. Siz güzəştə getməməlisiniz. Əgər tək bir gəmi dənizə çıxsa, batıracağıq. Sonra isə topları sizin piyadalarınıza qarşı çevirəcəyik. Şəhərin müdafiəsi bütün vasitələrlə davam etdiriləcək”. Öz növbəsindəmüdafiə nazirigeneral Baqratuni Densterforsun yenidən Ənzəliyə qayıtmasına prinsip etibarı ilə etiraz bildirməsə , bu qərarın icrasını təxirə salmağı xahiş etmişdi.

Müttəfiqlərin bir-birlərinə qarşı çıxmaları üçün münbit şərait yarandığı anda Denstervilin müəyyən dərəcədə güzəştə getməsi qarşıdurmanı səngitdi. Nəticədə ingilis hərbi hissələri daha iki həftə Bakıda qalmalı oldu. LakinDensterforsun komandanı özünün əks tələblərini irəli sürmüşdü. Sentyabrın 3- general Dokuçayevə göndərdiyi məktubda o, heç bir hərbi təcrübəsi olmayandiktatorlarınəmrlərini yerinə yetirməyəcəyini,  ordusunun kiçik hissələrə bölünməsinə yol verməyəcəyini bildirirdi. Eyni zamanda ön atəş xəttindəki  Britaniya zabitlərinə müstəqil qərarlar qəbul etmək, hətta zəruri saydıqları anda cəbhədən çəkilmək səlahiyyəti verilmişdi. Denstervil bunu özünün son xəbərdarlığı adlandırır yeni  diskussiyalara lüzum görmədiyini bildirirdi.

 İngilislər Bakıda qalsalar da, Qafqaz İslam ordusunun hücumlarının intensivləşdiyi sentyabr günlərində onlarda əvvəlki entuziazm yox idi. Çox güman ki, sentyabrın 1- keçirdiyi toplantıdan aldığı qaramsar təəssürat nəticəsində Denstervil ertəsi gün gündəliyində türklərə rəğbətdən daha çox Sentrokaspi hökumətinə antipatiyanın təzahürü kimi qiymətləndirilə biləcək sətirləri yazmışdı: “Sakitlikdir. Heç cür başa düşə bilmirəm  ki, bu kütbeyin türklər şəhəri niyə götürmürlər? Yəqin düşmənin bütün maşın mexanizmləri (neft mədənlərindəki avadanlıqlar nəzərdə tutulur-V.Q.) korlayıb-dağıtmasından qorxurlar. Çünki bu nəticədə qələbəni boş, əhəmiyyətsiz bir şeyə çevirəcək”.

Vəziyyətin xüsusi ilə gərgin xarakter aldığı günlərdə Denstervil bəzən hətta özünü Bakının yeganə diktatoru elan etmək, hərbi mülki idarəçiliyi tam ələ almaq fikrinə düşdüyünü gizlətmirdi. O, təəssüf hissi ilə yazırdı ki, çətin sınaqlardan çıxmış, yüksək hərbi məharətə inzibatçılıq bacarığına malik bir sıra zabit həmkarları yanında olsaydı, tərəddüd etmədən Bakıda hakimiyyətə yiyələnər türklərə öz yerini göstərərdi...

            Əlbəttə, 1918-ci ilin sentyabr günlərində bunun dərəcədə mümkün inandırıcı olması artıq məsələnin başqa tərəfidir.

            Peşəkar hərbçi Denstervil passiv müdafiə mövqeyinin yaxşı heç bir şeylə nəticələnməyəcəyini aydın başa düşürdü. Üstəlik bu müdafiə olduqca yarıtmaz təşkil edilmişdi. Ona görə ingilis generalı Bakının uzun müddət dirəniş göstərməsində hətta türkləri günahlandıraraq yazırdı: “Əgər türklər həqiqətən yaxşı əsgərlər olsaydılar, şəhəri çoxdan alardılar. Çünki onların həlledici hücumla hər gün, hər saat öz məqsədlərinə çatmaq imkanı vardı. Çünki yerli hərbi hissələrin başıpozuqluğu ucbatından elə gün, elə gecə olmamışdı ki, müdafiə xəttində ən azı bir-iki mil məsafə boyunca boşluq yaranmasın. Şəhər azadlığa buraxılmış alman avstriyalı hərbi əsirlərlə dolu idi. Bakının 80 minlik tatar əhalisi (Denstervil erməni-rus mənbələrinə əsaslanaraq əslində 300 minlik şəhər əhalisinin yarıdan çoxunu təşkil edən azərbycanlıların sayını bu qədər göstərirdi - V.Q,) birmənalı olaraq türklərə rəğbət bəsləyirdi. Ona görə düşmən həmişə bizim qoşunlarımızın yerləşmə mövqelərindən xəbər tuturdu”.

 

(Ardı var) 

 





30.09.2012    çap et  çap et