525.Az

Xamneyinin təmsilçisi Azərbaycan şou-biznesindən danışdı


 

Xamneyinin təmsilçisi Azərbaycan şou-biznesindən danışdı<b style="color:red"></b>

İranın ali dini lideri Ayətullah Əli Xamneyinin təmçilsçisi Seyid Həsən Amili Azərbaycanın xanım müğənniləri təhqir edib.

525.az-ın modern.az-a istinadən verdiyi xəbərə görə, Seyid Həsən Amili azərbaycanlı müğənnilərin yüngül əxlaqlı olduğunu, efirlərdə ancaq soyunaraq şou göstərdiyini vurğulayıb.

Seyid Həsən Amili Azərbaycan rəsmilərinə və millət vəkillərinə müraciət edərək müsəlman qadınlarının yüngül hərəkətlərinə göz yummamağa, yarıçılpaq qadınların efirlərə çıxmasının qarşısını almağa çağırıb.

Azərbaycanlı xəstələrin müalicə almaq üçün İrana axışdığını deyən ayətullah ölkəmizdə təhsil və səhiyyə sahəsində ciddi problemlərin olduğunu bildirib.

 





23.04.2013    çap et  çap et