525.Az

Şərəfli adların qayıdışı


 

Şərəfli adların qayıdışı

Sovet sisteminin özünəməxsus xüsusiyyətlərindən biri tarixdə, ədəbiyyat tarixində lay-lay ləkələrsaxlamağı idi. Müəyyən tarixi şəxsiyyətlər, ədəbiyyat, elm, incəsənət xadimləri sanki heç həyatda olmamışdılar. əgər hər halda qısaca xatırlansalar belə, mütləq alçaldılmış şəkildə xatırlanmalıydılar. Bu boşluq müəyyən hadisələrə münasibətdə özünü göstərirdi. Həmin hadisələrə ya kökündən məhəl qoyulmurdu, ya da onlara toxunulanda  şərhi tamamilə əks müstəvidə, saxta, kommunist ideologiyasının müəyyən tələblərinə uyğun verilirdi. “ ləkələrinqırmızı damcılardan - Stalin repressiyaları qurbanlarının qanından əmələ gəldiyi məqamlar da az olmurdu.

Şükürlər olsun ki, dövr dəyişdi (bizlər,müasirləri tərəfindən heç birmənalı qarşılanmasa da) keçmişin real hadisələri barədə tarixi həqiqətləri bərpa etmək, xalqımızın mənəvi, mədəni həyatında iz qoymuş insanların şərəfli adlarını özlərinə qaytarmaq imkanı yarandı. Bu istiqamətdə qətiyyətli, məqsədyönlü ardıcıl şəkildə fəaliyyət göstərənlərdən biri görkəmli ədəbiyyatşünas-alim Vilayət Quliyevdir.

70-ci illərdə dərin zəkalı tənqidçi kimi ədəbiyyata gələn, bununla yanaşı, yaxşı bildiyi ingiliscədən tərcümələri daxil olmaqla tərcüməçiliklə məhsuldar məşğul olan Vilayət Quliyev siyasi fəaliyyətə önəm verib, yeni yaradılmış partiyalardan birinin üzvü olub, Milli Məclisin deputatı seçilib, xarici işlər naziri vəzifəsində çalışıb. Son illər Azərbaycanın Polşada səfiri işləyib, hal-hazırda isə bizim Macarıstandakı səfirimizdir. Onun bu səmərəli fəaliyyətinin bütün sahələrinə önəm verməklə yanaşı hesab edirəm ki, Vilayətin elmi ictimai həyatımıza verdiyi ən böyük töhfə onun ədəbiyyat siyasi publisistika tariximizin araşdırılmayan ya az araşdırılan səhifələri ilə bağlı apardığı dəyərli tədqiqatlarıdır.

M.F.Axundzadə haqqında olan filmin ssenarisi üzərində işləyərkən mən bu böyük maarifçinin həyat fəaliyyəti ilə bağlı əlimə düşən materiallarla tanış oldum. O cümlədən onun əlifba islahatları uğrunda apardığı mübarizəsi bu məsələylə bağlı İstanbula getməsi, orada bu problemi Türkiyə alimləriylə müzakirə etməsi faktları burada əks olunmuşdu. Bu elm xadimləri arasında hansısa Əli Suavi Əfəndinin adı çəkilirdi. Bu kimdi belə? Bizim Azərbaycanda mən onunla bağlı heç bir məlumat əldə edə bilmədim. Hətta son dövrlər nəşri daxil olmaqla Axundzadənin əsərlərinin müxtəlif nəşrlərinin şərhlər bölümündə onun haqqında heç deyilmirdi. Amma bununla belə, onunla polemika Mirzə Fətəli üçün necə önəmli olmuşdusa o, buna bütöv bir məqalə həsr etmişdi.

Budur, artıq ssenari tamamlanıb, film istehsalata buraxılıb mən maraqla Vilayət Quliyevin “525-ci qəzet dərc olunanMirzə Fətəli Əli Suavi: bir mübahisənin tarixçəsiyazısını oxuyuram. Məqalədə Axundzadənin bu opponenti barədə xeyli maraqlı açıqlamalar var. Elə bircə nəhəng türk şairi dramaturqu Namiq Kamalın onun haqqında olan təqdimatı nəyə desən dəyər. V.Quliyev  N.Kamalın öz dostuna, Türkiyənin digər böyük şairi Əbdülhaqq Həmidə yazdığı məktubdan bir parçanı təqdim edir:

Əli Suavi heç sənin tanıdığın təbiətdə olan adam deyil. Onun üzünə çəkdiyi maskaya aldanmısan. Mənimlə iki il yoldaşlıq etdi. O, çox qərəzli dünyada misli-bərabəri görünməyən şarlatan bir insandır. Hər şeyə çox asanlıqla inanmadığım halda özünü mənə yeddi-səkkiz dil bilən birisi kimi göstərmişdi. qədər cahil idisə, bir o qədər məğrur idi”.

V.Quliyev Əli Suavinin Mirzə Fətəlinin təqdim etdiyi əlifba islahatları layihəsinə olan qısqanc münasibətinin səbəblərini izah edir. Demə, Əli Suavinin özünün belə bir layihəsi olub o, bu məsələdə birinciliyi kiməsə başqasına vermək istəməyib. Bununla yanaşı, Vilayət obyektiv alim kimi onun redaktorluq fəaliyyətini elmi işlərini qeyd edir. Suavinin qiyamçı naturasını qabartmaqla bərabər bu türkün sonda onun ölümünə səbəb olan şəxsi fədakarlığına da hörmətlə yanaşır.

Mən Vilayət Quliyevin Əhməd Ağayevin (Ağaoğlu) onun ailəsinin həyatıyla bağlı əvvəllər bizim geniş ictimaiyyətə məlum olmayan faktları işıqlandırması istiqamətində uzun illik əməyini yüksək qiymətləndirirəm.

Bizim XX əsrin birinci onilliyindəki ictimai-siyasi, jurnalistika tariximizi Əhməd bəysiz təsəvvür etmək mümkün deyil. Həmçinin onun Türkiyəyə getdikdən sonra orada gördüyü işləri qeyd etməmək olmaz.  Vilayət QuliyevAğaoğlukitabında Əhməd Ağaoğlunun dramatik hadisələrlə dolu həyatına mərhələ-mərhələ işıq tutduqca, impulsiv, inadkar, enerji dolu, qorxmaz, prinsipial, barışmaz bir insanın mənalı portretini yaradır.

Kitaba verilənAğaoğluadında hardasa bir cəmlik nəzərdə tutulur. Belə ki, ailənin bu soyadının daşıyıcıları arasında Əhməd bəylə yanaşı onun övladları - qızı Sürəyya oğlu Səməd sayılıb-seçilən şəxsiyyətlər olub. Sürəyya xanım Türkiyədə hüquq təhsili almış ilk qadındır. Siyasətçi, yazıçı Səməd Ağaoğlu baş nazirin müavini Adnan Menderes hökumətində nazir olub. Hüquq siyasət sahələrində şəxsi xidmətlərini unutmadan, atalarının - o böyük insanın həyat fəaliyyəti ilə bağlı bizlərə miras qoyduqları dəyərli xatirələrə görə onlara minnətdar olmalıyıq. Bu xatirələrin məxsusi Əhməd bəylə bağlı hissələrini Vilayət Quliyev öz kitabına daxil edib.

Vilayətin şəxsi mətnindən, həmçinin Əhməd bəyin övladlarının memuarlarından biz maarifçinin həyatıyla az qala lap uşaqlıq dövrlərindən başlayaraq tanış oluruq. Şuşa məktəbində oxuduğu dövrlərdə çoxluq təşkil edən erməni uşaqları onu onun yerliləri olan azərbaycanlı şagirdləri döyürmüşlər. Zorakılığa qarşı bu ilk müqavimət hissləri yetkinlik dövründə onda erməni təcavüzkarlığına qarşı təşkilat yaratmaq ideyasına rəvac verir. Vilayət Quliyev öz araşdırmasında yazır: “Bu məqsədlə Əhməd Ağaoğlu 1906- ildə doktor Kərim bəy Mehmandarovun Ələkbər bəy Rəfibəyovun fəal iştirakı iləDifaitəşkilatını formalaşdırmağa başladı”.

Fransada təhsil aldığı illərdə o, neçə-neçə elm mədəniyyət xadimləriylə - Ceyms Darmster, Ernast Renan, İppolit Tenlə tanış olur. Şərqin böyük mütəfəkkiri Cəmaləddin Əfqani ilə yaxın münasibətlər qurur. Bütün bunlar vətənə qayıtdıqdan sonraFrənk Əhmədləqəbi almış A.Ağaoğlunun dünyagörüşünün formalaşmasında əhəmiyyətli mərhələ oldu. Növbəti mərhələ Əhməd bəyin Bakıya gəlişi, jurnalistlik, publisistlik fəaliyyətinə başlaması idi. Bu işə o, Əlimərdan Topçubaşov Əli bəy Hüseynzadə ilə birlikdə Bakınn rusdilliKaspiqəzetində başladı. Sonra Əli bəylə birlikdə ana dilindəHəyatqəzetini nəşr etmək  onlara müəssər olur. Sonralar, artıq müstəqil olaraq Əhməd bəyİrşadqəzetini buraxır. Qəzetin nəşri xeyli sayda maliyyə, senzura xarakterli çətinliklərlə müşayiət olunur. Əhalinin mürtəce təbəqəsi bu düşmən münasibətdən kənarda qalmır. Onların göstərişiylə Əhməd bəy hətta Bakı qoçuları tərəfindən döyülür.

Vətəndə yaşamaq get-gedə dözülməz olurdu. Odur ki, sonda Əhməd bəy Əli bəy vətəni tərk etmək məcburiyyətində qalırlar. Türkiyəyə gəldikdən sonra da onlar burada bütün həyatları boyu bir-biriylə dostluq münasibətlərində oldular. Səməd AğaoğluAtamın dostlarıkitabında bu dostluq barəsində isti sözlərlə danışır. “Belə adamlardan biri atamın bəyaz saqqallı, bənizli, gözəl gözlü, şair, rəssam, müsiqişünas, filosof, jurnalist, astroloq, professor, doktor olan qafqazlı dostu idi”. 

Bu, Əli bəy Hüseynzadənin portretidir. Səməd bəy atasının əqidə əməl dostu Əli bəy Hüseynzadənin dilindən belə bir maraqlı fakt da gətirir: “Əhməd bəylə birlikdə Batumda idik. İstanbulda barışıq elan edilmiş, dövlət təslim olmuşdu. Bir gün eyni otaqda, çarpayılarımızda uzanmışdıq. Əhməd bəy məndən yanımda Hafiz Şirazinin kitabı olub-olmadığını soruşdu.

-Nəyinə gərəkdir?

-Fala baxmaq istəyirəm.

-Yoxdur. Ancaq TassonunXilas edilmiş Qüdskitabı var. İkinci cildidir. Bir halda ki, fala baxmaq istəyirsən, o da Hafiz kimi böyük insandır. Sən soruş, mən baxım.

Əhməd bəy sualını verdi:

-Məmləkətin gələcəyi necə olacaq?

Kitabın hələ qatı açılmamış səhifələrindən birinə baxıb ordakı sözləri oxumağa başladım:

-Ey məndən gələcəyin necə olacağını soruşan adam! Keçmiş zamanların təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, Şərqin ən qaranlıq günlərində sarı saçlı bir qəhrəman ortaya çıxacaq, milləti ətrafına toplayaraq hürriyətə zəfərə aparacaq”.

Əhməd bəy bunun kitabdan olduğuna inanmayıb elə bilir ki, Əli bəy zarafat eləyir. Amma sonra bunun həqiqətən Tassodan sitat olduğunu biləndə hər iki dost bu öncəgörənliyin dəqiqliyinə heyrətlənir. Axı türk xalqını istiqlala qələbəyə qovuşduran Mustafa Kamalın da sarışın saçları var idi.

Vilayət Quliyev Əhməd bəyin Atatürklə mürəkkəb münasibətlərini detallarla təsvir edir. Bəzən Atatürk tərəfindən əzizlənərək yüksək vəzifələrə, Böyük Millət Məclisinə deputat təyin edilən Əhməd bəy bəzən elə həmin Mustafa Kamal tərəfindən layiq olmadığı ittihamlarla üzləşir. Atatürkün Əhməd bəyə onun burada, Türkiyədə qonaq, gəlmə olması iradı isə tamamilə yerinə düşməmişdi. Əhməd bəy Qazinin bu sözlərinə onun bütün yüksək rütbəli qonaqları qarşısında  layiqli cavab verir. Atatürkün böyüklüyü onda idi ki, dərhal üzr istəyib onu düzgün başa düşmədiklərini deyərək Əhməd bəyi qucaqlayıb öpür. Amma Əhməd bəy bundan sonra da ziyafətdə qalmaq istəməyərək qalxıb gedir. O, müxtəlif sahib-mənsəblərə şəxsi çəkişmələrdə, parlament kürsüsündə daha kəskin cavablar verirdi.

Turançılığa olan dəyişməz, sarsılmaz ideyalarına, bu ideyalara qatı sadiqliyinə görə o, həm çar Rusiyası, həm Türkiyənin işğalı zamanı Antanta qüvvələri tərəfindən təqiblərə məruz qalmışdı. Gənc türklər partiyasının digər fəallarıyla birlikdə o da, Əli bəy Maltaya sürgün olunurlar. o, heç nəyə baxmayaraq, öz əqidəsinə, öz qafqazlı soy-kökünə xəyanət etmədi, həyatının sonuna qədər danışığında Azərbaycan dilinin xüsusiyyətlərini qoruyub saxladı. Həyat yoldaşı Sitarə xanıma göndərdiyi məktubda onların doğma Qarabağda, Şuşada birgə keçən gənclik illərini xatırlayır: “Xəyalım lap uzaqlara, gənclik zamanına, Qarabağa, Qalanın o gözəl dağlarına, Başucaya, Daşaltına, Heydər düzünə, Dəlik daşa, Şahneçinə, o yerlərdəki gəzintilərimizə pərvazlandı. Bütün keçmiş, bütün qohumlar, dostlar, evimiz, küçələrimiz, bağçamız bircə-bircə gözlərimin önündə canlandı”. 

Vilayət Quliyev sürgündən qayıtdıqdan sonra Əhməd bəyin həyatına olan təhlükə barədə məlumat verir. “Nemezisadlı erməni terror təşkilatı guya ermənilərin kütləvi qırılmasına görə, qisas alacaqları adamların hamısının siyahısını tərtib edir. Əhməd bəy Ağaoğlu həmin siyahıda birinci olur. Qafqazdan olan dostu, erməni professor Barsamyan onu bu məsələdən xəbərdar edib ehtiyatlı olmağı məsləhət görür. Özü harada, harada, Türkiyədə - türklərin vətənində!

Sürəyya Ağaoğlu öz xatirələrində belə yazır: “Türkiyədə türklər əleyhinə o zamanlar nələr söyləndiyini bu gün (Sürəyya xanım xatirələrini ötən əsrin 70-ci illərində qələmə almışdı - A.) təsəvvürə gətirmək belə imkansızdır. İnsan o günkü Türkiyə ilə indikini müqayisə edəndə tüklərinin ürpərdiyini hiss edir”. 

Sürəyya xanım Türkiyənin bütöv bölgələrinin İngiltərə, Fransa, İtaliya Yunanıstanın orduları tərəfindən işğal olunduğu dönəmləri nəzərdə tutur. İstanbul büsbütün işğalçıların tapdağı altında idi.

Tarixin ən böyük ədalətsizliyi məntiqsizliyi guya milyon yarım erməninin məhv edildiyi 1915-ci ilsoyqırımındansonra zərərdidə ermənilərin İstanbulun orta göbəyində oturaraq, ən gəlirli yerləri nəzarət altında saxlayaraq məmləkətin həqiqi sahiblərini - Anadolu türklərini soyqırımda, qaniçənlikdə, biri-birindən dəhşətli cinayətlərdə ittiham etmələri idi. heç kimin ağlına gəlmirdi bu yalançıalçaldılmış təhqir edilmişadamların özlərinin əlləri dirsəyə qədər Osmanlı türklərinin, eləcə onlara öz torpaqlarında sığınacaq verən azərbaycanlıların qanına batıb! Bəlkə dünya tarixində gəlmələrin yerli, avtoxton əhaliyə qarşı bu cür vəhşiliyinin, bu cür nifrət qəzəbinin ikinci bir nümunəsini tapmaq qeyri-mümkündür”.

Bu sitat Vilayət Quliyevin “525-ci qəzetZerkaloqəzetlərinin bir neçə nömrəsində dərc edilmiş silsilə yazılarından götürülüb. Həmin yazı erməni terrorunun daha bir qurbanına - Behbud xan Cavanşirə həsr olunub.

Məşhur Cavanşirlər nəslinin davamçısı, Şuşanın təməlini qoymuş Pənah xanın nəticəsi Behbud xan orta məktəbdə səkkiz il tacir oğlu Stepan Şaumyanla bir yerdə oxuyub. Müstəqillik dönəmində bir müddət Azərbaycan Demokratik Respublikasının daxili işlər naziri, onun parlamentinin üzvü olub. İxtisasca mühəndis olan, bir neçə Avropa dilləri bilən Behbud xan təhsilini Almaniyada almışdı.

Bolşevik rejiminin caynaqlarından canını qurtaran B.Cavanşir oradan Parisə getmək məqsədilə cavan rus həyat yoldaşı Tamara ilə İstanbula gəlir. Ər-arvad bir müddət Ə.Ağaoğlunun evində yaşayır:

Behbud xan uca boylu, ağbəniz, qara qaşlı, iri qara gözləri olan yaraşıqlı bir adamdı. Şirin azəri ləhcəsi ilə danışırdı. Duruşu, hərəkətləri, sözləri ilə hamı üçün qəribə bir sərbəstlik mühiti yaradırdı. Evdə hamımızın sevdiyi bir qonaq olmuşdu. Evimiz yenə Qarabağ havası ilə dolmuşdu. Anam da bu hava içərisində daha az xəstə, daha az yorğun görünürdü”-deyə Səməd AğaoğluHəyat bir macəra!” adlı xatirələrində Qarabağdan gələn əziz qonağı xatırlayaraq yazırdı.

Vilayət Quliyev Ağaoğlular ailəsi üzvlərinin xatirələrinə istinadən yazır ki, Əhməd bəy Sitarə xanım Cavanşirlərə onların evini tərk etməməyi məsləhət görüb. Çünki bu, təhlükəliydi. Amma Behbud xanın həyat yoldaşının təkidiylə onlar İstanbulun məşhurPere Palasotelinə köçürlər.

Vilayət Quliyev yazır: “1921-ci il iyulun 18-, gecə saat 23 radələrində otelin o zamankı italyan səfirliyinə uzanan qərb qanadı önündə terror aktı nəticəsində Behbud xan Cavanşir öldürüldü. Qətli törədən daşnak partiyasının üzvü, erməni özünümüdafiə alayı adlanan hərbi qurumun döyüşçüsü, erməni milli ordusunun keçmiş əsgəri Misak Torlakyan idi. Bakıda fəaliyyət göstərən erməni milli şurasının keçmiş sədri Abraham Gülxəndanyan  Behbud xanı təsadüfən küçədə görmüş tanımışdı. bu bədbəxt təsadüf günahsız bir insanın taleyini həll etmişdi. Özünün məhkəmədəki etirafına görə Torlakyana yoldaşlarına Əhməd Ağaoğlunun izinə düşərək aradan qaldırmaq tapşırılmışdı. Yeni məlumat alındıqdan sonra onlar fikirlərini dəyişdirmiş Behbud xan Cavanşiri öldürməyi qərara almışdılar”.

Bəli, bir gör insan taleyi bəzən necə adi təsadüflərdən asılı olur. “Pere Palasotelinə köçmək bir yana, əgər Behbud xan küçədə onu tanıyan Gülxəndanyana (soyada bir bax!) rast gəlməsəydi, bir neçə gündən sonra gənc xanımıyla Parisdə olacaqdı kifayət qədər imkanlı adam olduğundan, bu şəhərdə çox güman ki, rahat uzun bir ömür yaşayacaqdı.

Həmin günlərdəPere Palasotelində qalan tanınmış Amerika yazıçısı Con Dos-PassosŞərq ekspressikitabında (“Konstantinopol. İyun, 1921. Qətlfəsli) bu səs-küylü qətl hadisəsindən bəhs etmişdi.

Cinayət üstündə yaxalanan terrorçunun etirafı: “Behbud xanın boyu çox uca idi. Ona görə açdığım atəş  başına yox, böyrünə dəydi. İlk güllə onu yerə yıxmadı. Əksinə, mənim əllərimdən bərk-bərk yapışdı. Üzünü mənə tərəf çevirməklə işimi daha da asanlaşdırdı. İki dəfə sinəsinə atəş açdım. O, yıxıldı. Qaçıb gizlənmək istəyirdim. Elə bu zaman kimsə məni tutdu. Behbud xanın qardaşı idi. Onun da üzünə atəş açdım. Ancaq məni buraxmadı. Təslim olmağı qərara aldım. Çünki polislər bizə yaxınlaşırdılar”.

sizcə, bu cür iyrənc etirafından sonra məhkəmədə əsə-əsə layiq olduğu cəzanı gözləyən qatilin aqibəti necə oldu?

Vilayət Quliyev Türkiyə jurnalisti Murad Gülçinin prosesin stenoqramı dərc olunmuş  Erməni intriqalarının pərdə arxası. Torlakyan davasıkitabından sitat gətirir: “İşğal altındakı İstanbulda Behbud xanın öldürülməsini məmnunluq hissi ilə qarşılayan ermənilər dərhal Torlakyanı xilas etmək üçün səylərini birləşdirdilər. Onlar məhkəməyə qırx nəfərə yaxın şahid gətirmişdilər”. 

Məhkəmədə ilk ingilis ittihamçı qanuna meyilli adam olduğundan onu dərhal ölkəni idarə edən işğalçıların iradəsiylə hərəkət edən, daha itaətkar bir ingilislə əvəz etdilər. Saxta şahidlərin köməyi ilə Türkiyənin İstanbul şəhərində günahsız insanın - azərbaycanlı zadəganın qatili azadlığa buraxıldı. Ermənilər qatili mili qəhrəman kimi qarşıladılar.

Eynilə bu cür Berlində guya hadisəni affekt vəziyyətində törətdiyi adıyla Tələt paşanın qatili Soqomon Teyliryan da bəraət aldı. Qatillər üçün verilən bütün bəraətverici qətnamələr sonralar bütün dünyada törədilən terror aktları üçün zəmin yaratdı (o cümlədən müxtəlif ölkələrdə türk diplomatlarına qarşı törədilən terror aktlarına da).

Bizim günlərdə siyasi qətllər çox vaxt guya ali məqsədlər, qisas arzusu, ədalətin bərpası adıyla izah olunur. Yaxud da, sadəcə affekt vəziyyətində olmuş qeyri-normal insanların hərəkəti kimi dəyərləndirilir.

Beləcə, həmin illərdəaffekt vəziyyətindəolan erməni terrorçuları tərəfindən Azərbaycan Demokratik Respublikasının altı görkəmli xadimi gənc türklərin altı rəhbəri qətlə yetirilib. Bu altılardan sonuncusu Birinci Dünya müharibəsində əlli min ermənini şəxsən labüd ölümdən xilas etmiş Camal paşa idi. Elə Behbud xan da daxili işlər naziri postunu tutarkən zorakılığın istənilən təzahürlərinin, o cümlədən ermənilərə münasibət daxil olmaqla - hər yolla qarşısını alırdı. Müasirlərinin dediklərinə görə, hətta bir sözü iki olmayan Bakı qoçuları da ondan oddan qorxan kimi qorxurmuş.

Amma tarixən olduğu kimi, erməni terrorçuları heç onlara münasibətdə günahı olanlardan yox, parlaq, qeyri-adi şəxsiyyətlərdən qisas alıblar. Çünki məqsəd heç bəyan edildiyi kimi qisas deyil, məqsəd düşmən milləti başsız, gücsüz, dayaqsız qoymaq, onu ən samballı ən əsas nümayəndələrindən məhrum etməkdir. Qətllərinqara siyahı bu vaxtacan məhz bu prinsiplə hazrlanıb hazırlanır. İkinci məqsəd isə sadəcə qorxutmaqdır.

V.Quliyevin yazdığına görə, Azərbaycan Türkiyə xadimlərinin məhvi haqqında qərarDaşnaksütunpartiyasının 1919-cu ildə İrəvanda baş tutan IX qurultayında Osmanlı imperiyasının keçmiş təbəəsi Şaan Natalinin (Akop Ter-Akopyan) təşəbbüsüylə qəbul olunub. O, həmçinin adıyla belə dəhşət yaradanQisasın bibliyasıkitabının müəllifidir.

Vilayət Quliyevin son dönəmlərdəki əhəmiyyətli işlərindən biri M.Şaxtaxtinskinin H.Ağayev Ə.Topçubaşovla polemikasına həsr olunmuşÜç aqilin davasıməqaləsinin dərcidir. Amma bu yazıda mən ona toxunmayacağam, belə ki, başqa bir essemdə bu haqda ətraflı danışmışam.

Dünya miqyasında tanınan türkoloq alim Əhməd Cəfəroğlunun, Əhməd Ağaoğlunun, Səməd Ağaoğlunun əsərlərinin Azərbaycan türkcəsinə uyğunlaşdırılaraq müvafiq ön söz şərhlərlə nəşri (həm ölkəmizdə ilk dəfə!) Vilayət Quliyevin milli ədəbiyyatşünaslıq elmi, bütünlükdə cağdaş Azərbaycan mədəni ictimai fikri qarşısındakı mühüm xidmətlərindən biri kimi dəyərləndirilməlidir.

V.QuliyevinPolşada Azərbaycan siyasi mühacirətinin irsindən” (XX əsrin 30-cu illəri”) toplusu da yeniliyi monumentallığı baxımından Azərbaycan elminə verilən yeni töhfə oldu. Müəllifin bizim siyasi mühacirlərin məqalələrini, çıxışlarını topladığı bu samballı materiallar onlara yazılan ön söz, müəlliflər barədə məlumatlar şərhlərlə müşayiət olunur.

Topluya Məmməd Əmin Rəsulzadənin ondan artıq məqalə çıxışları, həmçinin Mir Yaqubun, Azərinin, Mirzə Balanın, Cahangir bəy Kazımbəyin (sonuncu Gəncə üsyanı haqqındadır) məqalələri daxil edilib. Məlum olduğu kimi, M.Ə.Rəsulzadə 1931-ci ildə Polşaya köçür. Azərbaycandakı ailəsini itirdikdən illər sonra o, kübar ailədən olan Vanda adlı polşalıyla evlənir. Sovet hökumətinin Türkiyə hökumətinə olan açıq-aşkar təzyiqlərindən sonra azərbaycanlı siyasi mühacirlər ölkədən çıxarıldılar M.Ə.Rəsulzadənin ardınca onlar da Polşada məskunlaşdılar. Sovet İttifaqının rəqiblərinə rəğbət bəsləyən ölkə rəhbəri marşal Y.Pilsudski onlara sığınacaq verdi.

Öz tarixi vətənləri Azərbaycandan məhrum olan, qardaş Türkiyədən qovulan siyasi mühacirlər Polşada həddindən artıq çətin şəraitdə öz xalqının şərəf ləyaqəti uğrunda haqq mübarizələrini davam etdirdilər. Onlar burada jurnallar buraxır, digər Qafqaz nəşrlərində çıxışlar edirdilər. Vilayət Quliyev isə bu materialları bir yerə toplayıb. Bəli, Polşada səfirlik illəri belə səmərəli oldu. Düzdür, o özü təvazökarlıqla onun kitabında Polşadakı azərbaycanlı mühacirlərin hələ öyrənilməmiş işıq üzü görməmiş irsinin yalnız xırda bir hissəsinin toplandığını qeyd etsə , burada təqdim olunan mətnlər böyük tarixi əhəmiyyətə malikdirlər.

M.Ə.Rəsulzadə siyasi mühacir kimi müxtəlif ölkələrdə - Türkiyədə, Finlandiyada, Almaniyada, Rumıniyada başqalarında yaşayıb. Amma onun 125 illik yubileyi yalnız Polşada qeyd edilib. 2009-cu ilin 6-9 dekabrında Varşava universitetində Məmməd Əminə həsr edilmiş beynəlxalq konfrans keçirilib.

Konfransın işindən orada Rəsulzadə irsi ilə məşğul olan xarici ölkə tədqiqatçılarının iştirakından bəhs edən Vilayət Quliyev yazır: “Azərbaycan Respublikasının  Varşavadakı səfiri kimi polyak, türk, gürcü, amerikan, fransız alimlərinin mənsub olduğum xalqın görkəmli oğlu haqqındakı heyranlıq dolu sözlərini eşitmək mənə çox xoş idi”.

Kitaba yazdığı  Söz fikir vasitəsi ilə mübarizəbaşlıqlı ön sözdə Vilayət haqlı olaraq qeyd edir:

Söz doğma xalqına, doğma vətəninə xidmət etmək istəyi ilə alışıb-yanan adamların yeganə silahı idi. Səslərinin eşidilməsi üçün onlar məqalə kitablar yazırdılar. Konfranslar sessiyalar keçirirdilər, paktlar memorandumlar imzalayırdılar. Notalar bəyannamələr tərtib edirdilər. Piket mitinqlər keçirirdilər. bu susmayan səsin sayəsində xalqın müstəqillik istəyi, onun hər cür milli siyasi basqıdan azaq olmaq niyyəti çətinlikləri dəf edərək yaşayırdı.

Nəhayət, tarixi an gəlib yetişdi. Onların səsi eşidildi. Onların irsinə tələbat yarandı. Bu irsin həqiqi sahibləri tapıldı. Keçmiş Sovet İttifaqının onilliklər boyu öz həqiqi  tarixlərindən ayrı salınmış xalqları insan həyatındakı ən böyük nemət - azadlıq üçün kimə minnətdar olduqlarını qismən olsa öyrənə bildilər”.

Bu yaxınlarda Polşanın aparıcı nəşriyyatlarından birində Vilayət QuliyevinPolşa tatarları Azərbaycandaadlı diqqətəlayiq kitabı çap edilib. Həmin kitabda ilk Cümhuriyyətimizin qurulmasında dövlət institutlarının yaradılmasında mühüm xidmətləri olan general Masey Sulkeviç, Leon Olqerd Mirzə Kriçinski kimi öyrənilməmiş, lakin xalqımızın azadlıq mücadiləsinə töhfələrinə görə böyük minnətdarlıq hissinə layiq şəxsiyyətlər haqqında ilk dəfə zəngin arxiv sənədləri əsasında geniş, hərtərəfli məlumat verilib.

Bu sözlərə əlavə etmək lazımdır ki, XX əsrdə xalqımızın gerçək tarixi ilə bu gün tanış olmaq üçün bizlərə imkan yaradan bir neçə əsl alimdən biri Vilayət Quliyev özüdür.

O, layiq olmadan unudulan şərəfli adları bizlərə qaytaranlardandır.

o, bu işi ardıcıl, yorulmadan, ləyaqətlə yerinə yetirir.

 





30.09.2012    çap et  çap et