525.Az

"Bavariya" "Barselona"nı darmadağın etdi (Video)


 

"Bavariya" "Barselona"nı darmadağın etdi <b style="color:red">(Video)</b> Bu gün UEFA Çempionlar Liqasının yarımfinalına  start verilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə Avropanın iki nəhəngi – Almaniyanın “Bavariya” klubu ilə İspaniyanın “Barselona” klubu üz-üzə gəlib. Oyuna maraq həddindən artıq çox olsa da, azarkeşlər yalnız bir komandanın - "Bavariya"nın baxımlı oyununu izləyib. "Barselona" isə adına yaraşmayan oyunu ilə yadda qalıb. Nəticədə "Bavariya" rəqibinə 4:0 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, cavab qarşılaşması mayın 1-də baş tutacaq. 

Çempionlar Liqası, yarımfinal, ilk oyunlar

23 aprel

23:45. "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) - 4:0 
Qollar:
 Tomas Müller, 25 (1:0), 82 (4:0), Mario Qomes, 49 (2:0), Aryen Robben, 73 (3:0)

24 aprel

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Real" (İspaniya)

 





24.04.2013    çap et  çap et